Qanunvericilik › Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formaları

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin əsas formaları aşağıdakılardır:

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının büstlərinin qoyulması;

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi;

“Şəhid” Memorial Kompleksinin yaradılması;

dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qoyulması;

vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin qorunması və abadlaşdırılması;

döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanlarının qoyulması;

həlak olanlar haqqında Respublika “Xatirə kitabı”nın aparılması;

həlak olanlar haqqında materialların mediada yayılması, onların qəhrəmanlığına həsr olunmuş ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, muzey və sərgilərin təşkil edilməsi.

Dövlət və yerli özünüidarə orqanları həlak olanların xatirəsini əbədiləşdirmək üçün digər tədbirləri də həyata keçirə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver