Qanunvericilik › Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Axtarış işlərinin təşkili

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Axtarış işləri naməlum əsgər məzarlarının, əsgər cənazələrinin tapılması, həlak olanların və itkin düşənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə aparılır.

Axtarış işləri müvafiq icra hakimiyyəti orqanları və axtarış işlərinə icazəsi olan müvafiq ictimai birliklər tərəfindən yerli proqramlar əsasında həyata keçirilir.

Hərbi əməliyyatlar getmiş ərazilərdə özbaşına axtarış işləri aparmaq və əsgər məzarlarını açmaq qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver