Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Qanunun təyinatı

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Bu Qanun Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir.

II. Döyüş silahının istehsalı, satışı, əldə edilməsi, uçotu, saxlanılması, istifadə edilməsi, təmiri və məhvi qaydasını, habelə təlim və təltif silahına dair tələbləri, onların saxlanılması və təyinatı üzrə istifadə edilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver