Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Xidməti və mülki silahın ixracı və idxalı

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Xidməti və mülki silahın ixracı və idxalı Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

II. Xidməti və mülki silahın idxalı onun istehsalına, satışına hüququ və əldə edilməsinə icazəsi olan müvafiq hüquqi və fiziki şəxslər tərəfindən silahın sertifikatlaşdırılmasının keçirilməsindən və onun barəsindəki məlumatları Kadastra daxil etdikdən sonra həyata keçirilir. İdxal edilən silahın və onun döyüş sursatlarının damğası və ya standarta uyğunluğu barədə nişanı olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver