I. Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
II. Xidməti və mülki silahı Azərbaycan Respublikasına gətirən və Azərbaycan Respublikasından aparan şəxslər bu Qanunun və müvafiq xarici ölkənin qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.