Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Xidməti və mülki silah satışı ilə məşğul olmağa hüququ olan müəssisələrin vəzifələri

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Xidməti və mülki silah satışı ilə məşğul olmaq hüququ olan müəssisələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1) satışda olan silahın sertifikatına malik olmalı;

2) əldə edilmiş və satılmış xidməti və mülki silahın uçotunu, eləcə də on il müddətində uçot sənədlərinin saxlanılmasını təmin etməli;

3) satışda olan xidməti və mülki silahdan atılmış gilz və güllə nümunələrini Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının nəzdində olan gülləgilztekasına təqdim etməli;

4) satışda olan silahın mühafizəsini və təhlükəsiz saxlanılmasını təmin etməli;

5) xüsusi icazə tələb olunmayan silah istisna olmaqla, alıcıdan xidməti və ya mülki silahın əldə edilməsinə icazəni təqdim etməyi tələb etməli;

6) satılmış xidməti və ya mülki silah, habelə onların alıcısı barədə üç gün ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına onun tərəfindən müəyyən edilmiş forma üzrə məlumat təqdim etməli və özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsi barədə alıcının xüsusi icazəsində qeyd aparmalıdırlar.

II. Müvafiq növ xidməti və ya mülki silahın əldə edilməsinə xüsusi icazəni təqdim etməmiş fiziki və hüquqi şəxslərə belə silahın, eləcə də nömrəsiz və damğasız silahın və ya standarta uyğunluğu barədə işarəsi olmayan patronların satışı qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver