I. Xidməti və mülki silahı istehsal edən müəssisələrin aşağıdakı hüquqları vardır:
1) bu Qanunun tələblərinə uyğun olaraq silahı istehsal etmək və sifarişçiyə satmaq;
2) istehsal edilmiş silahın satışından gəlir əldə etmək;
3) silahın istehsalı ilə əlaqədar konstruktor-təcrübə işlərini həyata keçirmək.
II. Xidməti və mülki silahı istehsal edən müəssisələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
1) istehsalın təhlükəsizliyini, istehsala nəzarəti, buraxılan məhsulun müvafiq keyfiyyətini təmin etməli;
2) hazırlanmış silahın dövlət standartlarına uyğunluğunu müəyyənləşdirmək üçün onun sınağını keçirməli;
3) marka nişanı və qeydiyyat nömrəsi daxil edilən müvafiq jurnalda istehsal olunan silah və döyüş sursatlarının qeydiyyatını aparmalı;
4) hazırlanmış silahın, onun ehtiyat hissələrinin və döyüş sursatlarının mühafizəsini və təhlükəsiz saxlanılmasını təmin etməlidirlər.