I. Xidməti və mülki silahın Dövlət Kadastrı (bundan sonra “kadastr” adlanacaq) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, aparılır və Azərbaycan Respublikasında dövriyyəyə icazəsi olan xidməti və mülki silah barədə sistemləşdirilmiş məlumatı özündə əks etdirən rəsmi sənəddir.
II. Xidməti və mülki silah və onun döyüş sursatı barədə məlumatlar konkret silahın modelinin sertifikatlaşdırılmasının müsbət nəticələri əsasında Kadastra daxil edilir.
III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edilmiş qaydada Kadastra edilmiş dəyişikliklər və əlavələr barədə məlumatlar dərc edir, Kadastr üç ildə bir dəfə yenidən nəşr edilir.
IV. Kadastrın aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.