Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Xidməti və mülki silahın sertifikatlaşdırılması

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikasında istehsal edilən və Azərbaycan Respublikasına başqa ölkələrdən gətirilən xidməti və mülki silahın bütün modelləri sertifikatlaşdırılmalıdır.

II. Xidməti və mülki silahın hazırlandığı ölkə ilə silahın sertifikatlaşmasının qarşılıqlı tanınması barədə razılıq yoxdursa, Azərbaycan Respublikasına silahı kənardan gətirən istehsalçıların, eləcə də vətəndaşların və hüquqi şəxslərin ərizələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada silahın sertifikatlaşdırılması aparılır.

III. Xidməti və mülki silahın sertifikatlaşdırılması ilə bağlı işin təşkilini, habelə sertifikatlaşdırılmaya dair texniki tələbləri və silahın sınaqdan keçirilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IV. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar sertifikatlaşdırılma nəticəsində müəyyən olunmuş tələblərə cavab verən xidməti və mülki silaha uyğunluq sertifikatı verirlər. Bu sertifikat Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın dövriyyəsi üçün əsasdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver