Nəbatat bağlarının və dendroloji parkların təşkili üçün torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada onların daimi istifadəsinə verilir.
Nəbatat bağlarında və dendroloji parklarda bitkiləri yetişdirmək və onları ora gələn adamlara göstərmək üçün - ekspozisiya, elmi tədqiqatlar aparmaq üçün - elmi, gələn adamlara xidmət göstərmək üçün - ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları ayrılır.
Nəbatat bağlarında və dendroloji parklarda onların vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar olmayan və orada yetişdirilən bitkilərin məhvinə səbəb ola bilən hər hansı fəaliyyət və təsir qadağandır.