Nəbatat bağları və dendroloji parklar Azərbaycan Respublikası və dünya florasının bitki kolleksiyalarını formalaşdırır və onların qorunub saxlanılmasını təmin edir.
Nəbatat bağları və dendroloji parklar müəyyən edilmiş qaydada bitkilərin idxalını və ixracını, onların başqa botaniki profili idarələrlə dəyişdirilməsini təmin edir.
Nəbatat bağlarında və dendroloji parklarda kolleksiya və təcrübə sahələri, tingliklər, herbarilər və toxum fondları yaradılır.