Nəbatat bağlarından və dendroloji parklardan elmi, mədəni-maarif və tədris məqsədləri üçün istifadə edilir.
Nəbatat bağlarında və dendroloji parklarda elmi tədqiqatlar qiymətli, nadir və məhv olmaq təhlükəsi qarşısında olan bitki növlərinin yetişdirilməsi, seleksiyası və artırılması sahəsində aparılır.
Nəbatat bağları və dendroloji parklar elmi məlumat bankları, fondlar, muzeylər, kitabxanalar və arxivlər yarada, onların fəaliyyəti barədə elmi, elmi-populyar və başqa ədəbiyyatlar nəşr edə, habelə seleksiya, toxumçuluq və tingçilik sahəsində əhaliyə ödənişli xidmətlər göstərə bilər.
Nəbatat bağlarında və dendroloji parklarda bu idarələrin profilinə uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar, bitkilərin satışı üçün ixtisaslaşdırılmış mağazalar və başqa obyektlər ola bilər.
XI fəsil
Müalİcə-sağlamlaşdırma yerlərİ və kurortlar