Geoloji parkların ərazilərində onların təbii geoloji və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən edilir:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
geoturizm və rekreasiya zonaları;
geomuzeylər və tədris-məşğələ obyektləri zonaları;
geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
XII fəsil
Xüsusİ mühafİzə olunan təbİət ərazİlərİnİn və obyektlərİnİn malİyyələşdİrİlməsİ və İqtİsadİ tənzİmlənməsİ