Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin maliyyələşdirilmə mənbələri

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.

Respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət kadastrının aparılması, elmi, mədəni-maarif və tədris tədbirləri dövlət büdcəsinin və ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına maliyyələşdirilir.

Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin saxlanması və təşkil edilməsi, onların inkişafı və yerləşdirilməsi üzrə sxemlərin hazırlanması, elmi, mədəni-maarif, tədris tədbirləri yerli büdcələrin və büdcədənkənar vəsaitlərin hesabına maliyyələşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver