Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:

dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;

milli parklar;

təbiət parkları;

ekoloji parklar;

dövlət təbiət yasaqlıqları;

təbiət abidələri;

zooloji parklar;

nəbatat bağları və dendroloji parklar;

müalicə-sağlamlaşdırma yerləri və kurortlar;

geoloji parklar.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin digər növləri nəzərdə tutula bilər.

Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü, 4-cü, 8-ci, 9-cu və 11-ci abzaslarında göstərilən xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərinə onların kateqoriyasından asılı olmayaraq təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusu verilir. Statusu olan xüsusi mühafizə olunan təbiət ərazilərinin rəmzləri (bayraq, emblem və sair) ola bilər.

Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü, 4-cü, 6-cı və 11-ci absazlarında göstərilən xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri üzrə ümumi əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver