Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin kateqoriyaları

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və yerli əhəmiyyətli kateqoriyalara bölünür.

Dövlət təbiət qoruqlarının, geoloji parkların və milli parkların əraziləri respublika əhəmiyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir.

Dövlət təbiət yasaqlıqları, təbiət parkları, təbiət abidələri, zooloji parklar, nəbatat bağları və dendroloji parklar respublika əhəmiyyətli və ya bölgə əhəmiyyətli, müalicə-sağlamlaşdırma yerləri və kurortlar isə beynəlxalq və ölkə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər. Təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilə bilər.

Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanı tərəfindən beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri müəyyən edilə bilər.

Respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, onların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisə və təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla, müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver