Dövlət təbiət qoruqlarının və yasaqlıqlarının, geoloji parkların, milli parkların təbiət abidələrinin, zooloji parklar, nəbatat bağlarının və dendroloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.
Yerli əhəmiyyətli təbiət parkları zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilə bilər.
Yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərə idarəçiliyi, istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, rejimi və məqsədli təyinatı saxlanılır, istifadəsi və mühafizəsi bu Qanunla, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.