4.1. Yaşayış minimumu əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bu Qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir və təsdiq olunur.
4.2. İstehlak səbətinə daxil olan qida məhsulları, qeyri-qida məhsulları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.
4.3. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.
4.4. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.