11.0. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları aşağıdakılardır:
11.0.1. bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə, yaşıllıqlardan istifadə etmək;
11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq;
11.0.3. şəhərsalma və tikinti layihə sənədlərinin yaşıllıqlarla bağlı hissəsinin hazırlanması və qəbulu prosesində iştirak etmək;
11.0.4. yaşıllıqların mühafizəsinə dair məsələlərin müzakirəsində iştirak etmək;
11.0.5. yaşıllıqların mühafizəsi sahəsində tələblərin pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət vermək.