16.1. Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Qanunun 9.0.2-ci, 9.0.3-cü və 9.0.7-ci maddələrində nəzərdə tutulan mühafizə tədbirlərini bu Qanunun 8.2.5-ci maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
16.2. Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.