15.1. Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
15.2. Bu Qanunun 13.1.3−13.1.5-ci maddələrində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsinə, 13.1.7-ci maddəsində nəzərdə tutulan halda isə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilmir.
15.3. Dövlət və bələdiyyə mülkiyyətində olan yaşıllıqların bərpa dəyərini təşkil edən vəsait müvafiq olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna və bələdiyyə büdcəsinə ödənilir.
15.4. Yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir.