Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Yerin təkindən istifadənin müddətləri

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir.

Yerin təki aşağıdakı müddətlərə verilir:

geoloji öyrənilmə üçün — 5 ilədək müddətə;

faydalı qazıntıların çıxarılması üçün — 25 ilədək müddətə;

göstərilən istifadə növləri birləşdirildikdə — 30 ilədək müddətə.

Faydalı qazıntıların çıxarılması məqsədilə yerin təkindən istifadə müddəti onların işlənilməsinin yerin təkindən səmərəli istifadəni və onun mühafizəsini təmin edən texniki-iqtisadi əsaslandırılmasının nəticəsindən asılı olaraq müəyyən edilir.

Yer təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və istismarı, xüsusi mühafizə edilən obyektlərin yaradılması və digər məqsədlər üçün müəyyən müddətə və ya daimi verilə bilər.

Yerin təkindən istifadə müddətləri istifadə hüququnun verildiyi gündən hesablanır.

Yer təkinin istifadəçisi icazə şərtlərini yerinə yetirərsə, tərəflərin razılığı ilə yerin təkindən istifadənin müddəti uzadıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver