Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənilməsi üçün yer təkinin verilməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Alternativ xammal mənbəyi olan dağ-mədən və digər istehsal sahələrinin tullantılarından istifadə imkanları olan hallarda yerin təki ümumi yayılmış faydalı qazıntıların çıxarılması üçün istifadəyə verilmir.