Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiyası

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerin təkindən istifadə hüququ dayandırıldıqda və ya ləğv edildikdə faydalı qazıntıların çıxarılması üzrə müəssisələr və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilməlidir.

Bu proses başa çatanadək yer təkinin istifadəçisi bu Qanunla onun öhdəsinə qoyulmuş məsuliyyəti daşıyır.

Faydalı qazıntılar çıxaran müəssisə tamamilə, ya da qismən ləğv və ya konservasiya edildikdə dağ-mədən qazmaları və buruq quyuları əhalinin həyat və sağlamlığının təhlükəsizliyini, ətraf mühitin, binaların və qurğuların mühafizəsini, konservasiya müddəti ərzində isə həmçinin yatağın, dağ-mədən qazmalarının və buruq quyularının salamatlığını təmin edən vəziyyətə gətirilməlidir.

Faydalı qazıntılar çıxaran müəssisə və ya onun bölməsi, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğu ləğv və konservasiya edilərkən geoloji, markşeyder və digər sənədlər qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılır.

Faydalı qazıntılar çıxaran müəssisənin və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğunun ləğv və konservasiya edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv və ya konservasiya haqqında akt imzalandıqdan sonra qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver