Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Xüsusi elmi və mədəni əhəmiyyətə malik yer təki sahələrinin mühafizəsi

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi elmi və mədəni əhəmiyyətə malik nadir geoloji açılışlar, mineraloji törəmələr, paleontoloji obyektlər və yer təkinin bu qəbildən olan digər sahələri müəyyən olunmuş qaydada geoloji qoruqlar, dövlət yasaqlıqları, təbiət və mədəniyyət abidələri elan oluna bilər. Onların salamatlığına xələl gətirən hər hansı fəaliyyət qadağandır.

Yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən yer təkinin istifadəçiləri müvafiq sahədə həmin işləri dayandırır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə məlumat verir.

IV fəsil

Yer təkİnİn geolojİ tədqİqİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver