3.1. Yerin təki haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və beynəlxalq müqavilələrindən ibarətdir. Energetika ilə bağlı yerin təkindən istifadə münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən xüsusi qaydalarla tənzimlənir.
3.2. Ələt azad iqtisadi zonasında yerin təkindən istifadə sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.