Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Yerin təkindən istifadənin prinsipləri

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerin təkindən istifadə aşağıdakı prinsiplərə əsaslanır:

yerin təkindən səmərəli, kompleks və təhlükəsiz istifadənin təmin edilməsi;

ətraf mühitin mühafizəsinin təmin edilməsi;

mineral-xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsi;

yerin təkindən istifadənin aşkarlıq şəraitində həyata keçirilməsi;

yerin təkindən istifadəyə investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması;

yerin təkindən istifadənin ödənişli olması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver