Yerin təkindən səmərəli istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti istifadəçilər tərəfindən mövcud qanunvericiliyə, yer təkinin geoloji öyrənilməsi, istifadəsi və mühafizəsi sahəsində müəyyən edilmiş standartlara (normativlərə, qaydalara), dövlət uçotu və hesabatı qaydalarına riayət olunmasını təmin etmək məqsədilə həyata keçirilir.
Yer təkinin geoloji öyrənilməsinə, səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.