Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə həyata keçirilir.
Yerin təkindən istifadə üzrə idarəçiliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Faydalı qazıntıların çıxarılması isə yer təkinin istifadəçilərinin funksiyalarına aiddir.
Yerin təkindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) faydalı qazıntı yataqlarının işlənilməsini, yaxud faydalı qazıntılar çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən müəssisələrin təsərrüfat fəaliyyəti funksiyalarını yerinə yetirə bilməz.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.