Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə, bu Qanunun 44-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödənişlidir.
Yerin təkindən istifadəyə görə yer təki istifadəçiləri aşağıdakıları ödəyirlər:
yerin təkindən istifadə haqqı;
mədən vergisi;
mineral-xammal bazasının bərpasına ayırmalar;
dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqqı;
dağ-mədən ayırması və geoloji ayırma statusunun verilməsinə görə dövlət rüsumu.
Yerin təkindən istifadəçilər həmçinin qanunvericiliklə nəzərdə tutulan digər ödəniş və vergiləri ödəyirlər.