Yerin təkindən istifadə haqqı faydalı qazıntıların axtarışı və kəşfiyyatı işlərinə görə ödənilir. Haqqın miqdarı, işlərin dəyərindən faizlə və onun ödənilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Faydalı qazıntılar çıxarılması üçün verilmiş dağ-mədən ayırmasının sərhədlərində istifadəçidən faydalı qazıntının kəşfiyyatına görə ödənişlər alınmır.
Faydalı qazıntıların çıxarılmasına görə ödənişlər vergi qanunvericiliyinə uyğun olaraq ödənilir.
Faydalı qazıntılar çıxarılarkən normativdən artıq itkilərə görə ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada və miqdarda ödənilir.
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər, o cümlədən yeraltı qurğuların tikintisi və istismarı üçün yerin təkindən istifadəyə görə ödənişlər istifadəyə verilən yer təkinin hüdudlarının ölçülərindən, faydalılığından və ondan istifadə zamanı ekoloji tarazlığın pozulma təhlükəsinin səviyyəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilir.