Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və tibb müəssisələri

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz səlahiyyətləri daxilində:

16.1.1. yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri arasında sanitar-gigiyenik biliklərin yayılmasını, habelə sağlam həyat tərzinin təbliğini təşkil edirlər;

16.1.2. tibbi-tərbiyə müəssisələri şəbəkələrinin inkişafını təmin edirlər;

16.1.3. dörd yaşınadək itmiş, atılmış, valideyn himayəsindən məhrum olmuş uşaqların sutka ərzində qəbulunu və saxlanılmasını həyata keçirirlər;

16.1.4. valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanların tibbi müayinəsini təmin edirlər, sağlamlıq vəziyyəti nəzərə alınmaqla onların yerləşdirilməsi üzrə tövsiyələrini hazırlayırlar;

16.1.5. valideyn himayəsindən məhrum olmuş, yaxud valideynləri çətin həyat vəziyyətində olan dörd yaşınadək uşaqların saxlanılmasını və onların tərbiyəsini həyata keçirirlər, habelə həmin uşaqların yerləşdirilməsində qəyyumluq və himayə orqanlarına kömək göstərirlər;

16.1.6. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərmək üçün yetkinlik yaşına çatmayanlarda tibbi əks göstəricilərin olub-olmaması barədə arayış verirlər;

16.1.7. alkoqollu içkilər, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanları aşkar edirlər, onların uçotunu, müayinəsini, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların müalicəsini aparırlar, yetkinlik yaşına çatmayanlar arasında alkoqolizmin, narkomanlığın, toksikomanlığın və bununla bağlı onların davranışında yaranan pozuntuların profilaktikası üzrə öz səlahiyyətləri daxilində digər tədbirlər həyata keçirirlər;

16.1.8. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, bu xəstəliklərə düçar olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və müalicəsini həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə həyata keçirirlər.

16.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaları həyata keçirən tibb müəssisələri barədə məlumat verirlər.

16.3. Bu Qanunun 16.1-ci maddəsində göstərilən funksiyaları həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və tibb müəssisələrinin vəzifəli şəxsləri bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver