Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri:

18.1.1. yetkinlik yaşına çatmayanların həyatının, sağlamlığının qorunması və təkrar hüquq pozuntusu törətməməsi üçün yetkinlik yaşına çatmayanların sutka ərzində qəbulunu və müvəqqəti saxlanılmasını təmin edir;

18.1.2. müvəqqəti təcridetmə mərkəzinə gətirilmiş yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik iş aparır, habelə qanunazidd əməllərin törədilməsinə imkan yaradan səbəb və halları müəyyən edir və bu barədə müvafiq dövlət orqanlarına məlumat verir;

18.1.3. yetkinlik yaşına çatmayanları qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə çatdırır və həmin müəssisələrdə saxlanan yetkinlik yaşına çatmayanların yerləşdirilməsi üzrə öz səlahiyyətləri daxilində digər tədbirləri görür.

18.2. Daxili işlər orqanlarının yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərinə aşağıdakı yetkinlik yaşına çatmayanlar yerləşdirilir:

18.2.1. məhkəmənin qərarı ilə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilənlər;

18.2.2. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi haqqında məsələyə məhkəmə tərəfindən baxılmasını gözləyənlər;

18.2.3. qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrini icazəsiz tərk edənlər;

18.2.4. həyatının, sağlamlığının qorunması və təkrar ictimai təhlükəli əməlin törədilməsinin qarşısının alınması, o cümlədən yaşayış yerinin, yaxud şəxsiyyətinin müəyyən edilməsi zərurətinin olduğu hallarda cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar;

18.2.5. şəxsiyyətini və ya yaşayış yerini müəyyən etmək mümkün olmadıqda, inzibati tənbeh tədbirlərinin tətbiqinə səbəb olmuş hüquq pozuntuları törətmiş və inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmış yetkinlik yaşına çatmayanlar.

18.3. Bu Qanunun 18.2-ci maddəsində göstərilən hallarda yetkinlik yaşına çatmayanlar müvəqqəti təcridetmə mərkəzlərinə prokurorun iştirakı təmin edilməklə baxılan məhkəmənin qərarına əsasən yerləşdirilirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver