3.0. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
3.0.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və hüquq pozuntularının qarşısını almaq. Bunların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmaq;
3.0.2. yetkinlik yaşına çatmayanların hüquqlarını və qanuni mənafelərini qorumaq;
3.0.3. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial-pedaqoji və sosial-psixoloji reabilitasiyasını təmin etmək;
3.0.4. yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq;
3.0.5. yetkinlik yaşına çatmayanlar tərəfindən alkoqollu içkilərin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş və ya həkimin təyinatı olmadan narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq.