4.1. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələr sisteminə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, əhalinin sosial müdafiəsi, təhsil, qəyyumluq və himayə, daxili işlər orqanları, tibb müəssisələri, habelə gənclərin işləri üzrə orqanlar daxildir.
4.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə fəaliyyətdə digər orqan, müəssisə və təşkilatların, cümlədən qeyri-hökumət təşkilatlarının iştirakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin orqanların səlahiyyətləri çərçivəsində həyata keçirilir.