Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46-2

Maddə 46-2. Operatorların fəaliyyətinə dair tələblər

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Operatorlar aşağıdakı tələblərə cavab verməlidirlər:

1) sürət rejimləri nəzarət oluna bilən kiçik elektrik nəqliyyat vasitələrini icarəyə (istifadəyə) verməlidirlər;

2) kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səfər və operator barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsi üçün icarəçiləri (istifadəçiləri) Azərbaycan dilində xüsusi proqram təminatı ilə təmin etməlidirlər;

3) kiçik elektrik nəqliyyat vasitəsini bu maddənin I hissəsinin 2-ci bəndində göstərilən xüsusi proqram təminatından istifadə etməklə bağlanılan müqavilə əsasında icarəyə (istifadəyə) verməlidirlər;

4) icarəçiləri (istifadəçiləri) ödənişsiz çağrı mərkəzi xidmətləri ilə təmin etməlidirlər;

5) kiçik elektrik nəqliyyat vasitələrini qlobal məsafədən mövqe təyinetmə (“GPS”) cihazı ilə təmin etməli və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblərə riayət olunmasına nəzarət məqsədilə həmin cihazın məlumatlarını real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürməlidirlər;

6) kiçik elektrik nəqliyyat vasitələrinin istehsalçı tərəfindən müəyyən olunmuş eyniləşdirilmə məlumatlarını bu maddənin I hissəsinin 2-ci bəndində göstərilən xüsusi proqram təminatı vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmaqla ötürülməsini təmin etməlidirlər.

II. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitələrinin operatorlar tərəfindən icarəyə (istifadəyə) verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver