Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(3-6)-9/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Zərərçəkmiş şəxs – zərərçəkmiş şəxs4, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ##### 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Təlim və tədris mərkəzinin Zabit, R və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun artilleriya və mina-tral bölməsinin müəllimi, R, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü ilə (hakim Fikrət Əliyev) Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Bundan əlavə hökmlə, mülki iddia təmin edilərək mülki cavabdeh Təqsirləndirilən şəxs 6.640 (altı min altı yüz qırx) manat pul alınaraq mülki iddiaçı zərərçəkmiş şəxs4 verilməsi qərara alınmış, qətimkan tədbiri və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində, R hərbi rütbəsində xidmətdə olarkən 2024-cü ilin iyun ayının ortalarında hərbi hissə ərazisində əvvəllər hərbi qulluqçu kimi xidmət etmiş, hazırda ehtiyatda olan, həmin hərbi hissənin maddi vəsaitlər anbarının radiotexnika anbarının saxlanc müdiri, mülki işçi İsrafilova Günel Mahir qızı ilə aralarında olan söhbət zamanı sonuncunun yenidən hərbi qulluqçu kimi xidmətə qəbul olunmaq arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq G.M.İsrafilovanın xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə qadın hərbi qulluqçularla bağlı qanunvericilikdə olan yaş məhdudiyyətinin götürüldüyünü deyərək 7000 (yeddi min) manat məbləğində pul müqabilində onun yenidən müddətdən artıq həqiqi hərbi xidmətə bərpa edilməsini təşkil edəcəyinə dair yalan vəd verib, G.M.İsrafilovanı özünə inandırmaqla razılığını almış, bundan sonra 2024-cü ilin iyun ayının ortalarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən həmin hərbi hissənin qərargahındakı xidməti otağında İsrafilova Günel Mahir qızından nağd şəkildə 7000 (yeddi min) manat pulu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2024cü ilin iyul-avqust aylarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə ərazisində həmin hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs4 ilə aralarında olan söhbət zamanı sonuncunun qardaşı şahid4 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq zərərçəkmiş şəxs4 xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 6500 (altı min beş yüz) manat məbləğində pulun verilməsi müqabilində şahid4 müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib, zərərçəkmiş şəxs4 özünə inandırmaqla razılığını almış, bundan sonra özünə məxsus “051-682-01-83” saylı mobil nömrə ilə qeydiyyata alınan “M10” hesabına zərərçəkmiş şəxs4 tərəfindən ## ####### 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu A.İsmayılov küçəsi ev 1 ünvanında yerləşən “Dünya” marketdəki ödəmə terminalından göndərilən 2000 (iki min) manat, ## ###### 2025-ci il tarixdə mobil tətbiq vasitəsilə göndərilən 3640 (üç min altı yüz qırx) manat, ## ##### 2025-ci il tarixdə isə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən marketdəki ödəmə terminalından göndərilən 1000 (min) manat məbləğində olmaqla, ümumilikdə vahid niyyətlə 6640 (altı min altı yüz qırx) manat pulu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025ci ilin fevral ayının sonları, mart ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros zərərçəkmiş şəxs3 ilə aralarında olan söhbət zamanı sonuncunun Hərbi Dəniz Qüvvələrinin Təlim və tədris mərkəzində təşkil olunan R hazırlığı kursuna qəbul olunmaq arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2500 (iki min beş yüz) manat məbləğində pulun verilməsi müqabilində onun həmin kursa qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib, zərərçəkmiş şəxs3 özünə inandırmaqla razılığını almış, bundan sonra növbəti gün Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən Su İdman Sarayının yanında görüşərək nağd şəkildə 800 (səkkiz yüz) manat, 2025-ci ilin mart ayının əvvəllərində isə hissəhissə olmaqla istintaqa məlum olmayan bank kartlarına köçürdüyü 1700 (min yeddi yüz) manat məbləğində olmaqla, ümumilikdə zərərçəkmiş şəxs3 vahid niyyətlə 2500 (iki min beş yüz) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə ərazisində mühafizə komendant bölüyünün 2-ci tağımının 1-ci manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbət zamanı sonuncunun xidmət yerini həmin hərbi hissənin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzinə dəyişmək arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 3000 (üç min) manat məbləğində pulun verilməsi müqabilində bir həftə ərzində onun xidmət yerinin dəyişdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib, zərərçəkmiş şəxs2 özünə inandırmaqla razılığını almış, bundan sonra 2025-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Kingsmart” adlı marketin qarşısında zərərçəkmiş şəxs2 nağd şəkildə verdiyi 3000 (üç min) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o Bundan əlavə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, hərbi hissənin hamam-çamaşırxana kombinatının rəisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R zərərçəkmiş şəxs1 barəsində xidmət yerinin dəyişdirilməsi ilə bağlı N nömrəli hərbi hissə komandanlığına təqdimat göndərilsə də, sonuncunun xidmət yerinin dəyişdirilməyəcəyini bildiyi halda, ## #### 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissə ərazisində zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə 2000 (iki min) manat məbləğində pulun verilməsi müqabilində onun təqdimatını geri qaytararaq xidmət yerinin dəyişdirilməsinin qarşısını alacağına dair yalan vəd verib, zərərçəkmiş şəxs1 özünə inandırmaqla razılığını almış, bundan sonra ## #### 2025-ci il tarixdə hərbi hissə ərazisində sözügedən təqdimatın hərbi hissəyə geri qaytarılması üçün zərərçəkmiş şəxs1 onun “xxxx” ASCə aid “5167********3757” nömrəli əməkhaqqı kartına köçürdüyü 2000 (iki min) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmünün dəyişdirilməsini, barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun əməlindən səmimi peşmançılığını, birinci məhkumluğunu, ailəli olmasını və himayəsində bir azyaşlı övladının olmasını, Vətən Müharibəsi veteranı olmasını, eyni zamanda şikayətçinin ziyanını qaytarmaq niyyətinin olmasını nəzərə alaraq, ona daha yüngül cəza növü təyin edə bilərdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs onun kadr zabiti olduğunu, vətən və dövlət qarşısında xidmətlərini, xüsusilə 44 günlük Vətən Müharibəsi zamanı döyüşdüyünü, müharibə veteran olduğunu, əməlindən peşman olmasını, evli olmaqla himayəsində astma xəsətliyindən əziyyət çəkən bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 istisna olmaqla digər zərərməkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini və barışıq əldə etməsini nəzərər alaraq Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)- */**** nömrəli hökmünün dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, müdafiə etdiyi şəxsin haqlı olduğunu bildirib ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Konstitusiyanın 129cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hazırkı cinayət işin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin olunması barədə müdafiə tərəfinin, apellyasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısı və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirlməlidir. Belə ki, apellyasiya şikayətindən və müdafiə tərəfinin apellyasiya baxışı zamanı çıxışlarından göründüyü kimi, məhkum edilmiş şəxs tərəfindən cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə hüquqi tövsifi, onun cinayət əməllərində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X5 ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən irəli gələn xahişə və məhkum edilmiş şəxsə təyin edilmiş cəzaya münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı aşağıdakı əsaslara görə sərtliyinə görə ədalətsiz hesab edir. Belə ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini, yəni törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların (himayəsində azyaşlı uşağının olması, dəymiş ziyanı qismən ödəməsi, 44 günlük Vətən Müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi) mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmasını qeyd edərək məhkum Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək onun cəmiyyətdən təcrid edilməsinə zərurət görmür və hesab edir ki, hökmlə ona təqsirli bilindiyi cinayət qanunun maddələri ilə təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi qanuni, əsaslı və ədalətli olardı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir: 1) Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə məhkum olunmamış, ilk dəfə cinayət mülkiyyət əleyhinə az ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. 2) Təqsirləndirilən şəxs ailə başçısı olmaqla evlidir, himayəsində ##.##.2022-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. 3) Təqsirləndirilən şəxs kadr zabiti olmaqla R hərbi rütbəsindədir. 44 günlük Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş, müharibə veteranıdır. 4) Təqsirləndirilən şəxs tərəfindən 5 epizod üzrə törədilmiş dələduzluq cinayət əməlləri ilə bağlı 4 zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilməklə barışıq əldə edilmiş, yalnız zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 vurulmuş 6.640 manat məbləğində maddi ziyan ödənilməmiş, lakin bununla bağlı təqsirləndirilən şəxsə qarşı mülki iddia təmin edilmişdir. 5) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərin dördü ilə barışıq əldə edilərək vurulmuş ziyan ödənildiyi və yalnız biri ilə maddi imkanının olmaması əsası ilə barışıq əldə olunmadığı bir vəziyyətdə, himayəsində azyaşlı uşağı olan Azərbaycan ordusunda xidmət edən və vətən müharibəsi veteranı olan zabitin azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanunun ədalət və humanizm prinsipinə zidd olmaqla yanaşı, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Məhkəmənin qənaətinə görə dövlətin kifayət qədər maddi vəsait sərf edərək yetişdirdiyi kadr zabitinin ilk dəfə mülkiyyət əleyhinə törədilən az ağır cinayətə görə azadlıqdan məhrum edilməsi, bununla da onun məhkum kimi saxlanılmasına yenidən büdcə vəsaitinin sərf edilməsi, gənc zabitin azyaşlı uşağı olan ailəsinin isə maddi sarsıntılar içində qalması əvəzinə, mülki iddia təmin olunduğu və məhkum edilmiş şəxsin aylıq məvacibindən 6.640 manat məbləğində ödənilməyən zərərin ödənilməsi mümkün olduğu bir vəziyyətdə ona şərti cəzanın təyin edilməsi, məhkumun islah olunmasını sübut etməyə şans verilməsi, maddi zərərin ödənilməsinə şərait yaradılması, bununla da dövlətin və cəmiyyətinin maraqlarının üstün tutulması deməkdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X8rşı, § 26). Bütün yuxarıda təsvir olunan halları, eləcə də qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq, məhkəmə məhkum edilmiş şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Məhkum edilmiş şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməklə təmin edilməli, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs şərti olaraq tətbiq edilməli və ona 3 (üç) il sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət onun xidmət etdiyi dövr ərzində hərbi hissə komandanlığına, xidmətdən təxris olunduğu halda isə yaşadığı (qeydiyyatda olduğu) ünvan üzrə müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulmalı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdılr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli qərarın elan olunduğu vaxtdan hesablansın, onun üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun xidmət etdiyi dövr ərzində hərbi hissə komandanlığı, xidmətdən təxris olunduğu halda isə yaşadığı (qeydiyyatda olduğu) ünvan üzrə müvafiq İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-6)-9/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-6)-9/2026
11.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver