Məhkəmə qərarları › İş №1-1(3-8)-10/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-8)-10/2026

25.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1-1(3-8)-10/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X13 ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 329.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏ Y Y Ə N E T D İ : Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü ilə (Hakim Əliyev Fikrət Hüseyn oğlu) ## ### 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan R, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 329.1- ci maddələri ilə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəli ## ### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödənilmiş və orada saxlanılan 999 (doqquz yüz doxsan doqquz) manat pulun 520 (beş yüz iyirmi) manatı dəymiş ziyanın əvəzi kimi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, 479 (dörd yüz yetmiş doqquz) manat hissəsi isə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 verilməsi, zərərçəkmiş şəxs-mülki iddiaçı zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməsi və dəymiş ziyana görə 7886 (yeddi min səkkiz yüz səksən altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 109 (bir yüz doqquz) manat, Kürdəmir rayonundan Bakı və Sumqayıt şəhərlərində yerləşən hərbi hissəyə, istintaq orqanına və məhkəmə iclaslarına gedib-gəlməsi ilə bağlı 1000 (bir min) manat olmaqla, ümumilikdə 8995 (səkkiz min doqquz yüz doxsan beş) manat pul Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs2 verilməsi hökm edilmişdir. İ İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, habelə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi R hərbi rütbəsində xidmətdə olarkən 2025-ci ilin mart ayının sonlarında hərbi hissənin tibb məntəqəsində olan zaman saat 10-11 radələrində həmin məntəqədə müalicə olunan hərbi hissənin 3-cü artilleriya batareyasının 2-ci taqımının 2-ci topunun heyət nəfəri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər zərərçəkmiş şəxs1 görüb özünü təqdim edərək təklikdə söhbət etməyə başlamış, bir neçə dəqiqə sonra aralarında səmimi münasibət yaratmaqla, gələcəkdə baş verə biləcək hər hansı problemlə bağlı atası zərərçəkmiş şəxs2 ilə əlaqə saxlamaq üçün sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini almış və zərərçəkmiş şəxs1 etibarını qazandıqdan sonra üzərində artıq əşya olub-olmamasını soruşaraq ciblərində olan hər şeyi çıxartmasını istəmişdir. zərərçəkmiş şəxs1 atası zərərçəkmiş şəxs2 adına olmaqla onun istifadəsinə və sərəncamına verdiyi xxxx ASC-yə aid «4169 7388 8153 7827» nömrəli “Birbank” kartını və 420 manat nağd pulu cibindən çıxararaq stolun üzərinə qoyduqda o, sonuncunun maddi imkanının yaxşı olduğunu düşünüb yaranmış əlverişli şəraitdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədilə o, heç bir real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək və zərərçəkmiş şəxs1 xeyrinə hər hansı hərəkət etmək niyyətində olmadığı halda ona bu qədər məbləğdə vəsaitin siravi əsgərin üzərində olmasının cinayət məsuliyyətinə səbəb olacağı, barəsində cinayət işinin başlanacağı, özünün guya hərbi hissə komandirinin xalasıoğlu olması, uzun müddət hərbi hissədə xidmət etməsi, R hərbi rütbəsində olması və qulluq mövqeyi ilə əlaqədar olaraq hərbi hissədə xüsusi nüfuza malik olması barədə həqiqətə uyğun olmayan məlumatlar bildirmiş, zərərçəkmiş şəxs1 barəsində cinayət işinin başlanmasını istəmədiyini dedikdə, o, vermiş olduğu vəsaitlər müqabilində guya hərbi hissə komandiri vasitəsi ilə barəsində cinayət işinin başlanmamasını təmin edəcəyi barədə yalan vədlər verərək özünə inandırmış, zərərçəkmiş şəxs1 isə verilən vədə inanaraq həmin təkliflə razılaşmış və vədin yerinə yetirilməsi müqabilində həmin nağd pul ilə bank kartının Təqsirləndirilən şəxs qalmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixədək ələ keçirmiş olduğu zərərçəkmiş şəxs1 məxsus 420 manat nağd pul və bank kartında olan 100 manat pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləmiş, ## ##### 2025-ci il tarixdə saat 11-1N radələrində hərbi hissə ərazisində olarkən zərərçəkmiş şəxs1 yaxınlaşıb bank kartını geri qaytararaq bir daha üzərində pul gəzdirməməli olduğunu, vermiş olduğu vədi üzrə guya məsələni həll etdiyini və narahat olmamasını bildirmişdir. zərərçəkmiş şəxs1 bank kartında hər hansı vəsait qalıb-qalmadığını soruşduqda, Təqsirləndirilən şəxs vədi üzrə heç bir real hərəkət etmədiyi halda ümumilikdə 520 manat pul vəsaitini guya hərbi hissə komandirinə qonaqlıq verərək onu bağışlamasını təmin etdirdiyini bildirmiş, bununla da Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 məxsus 520 manat məbləğində pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, ## ##### 2025-ci il tarixdə saat 21 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan zərərçəkmiş şəxs1 atası zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaratmış, özünü oğlu zərərçəkmiş şəxs1 komandiri kimi təqdim edərək söhbət etməyə başlamış, danışıq zamanı aralarında səmimi münasibət yarandıqdan sonra zərərçəkmiş şəxs1 sağlamlığının zəif olduğunu, tez-tez xəstələndiyini, ailəsinin Kürdəmir rayonunda yaşadığını, qeyd edilən səbəblərə görə əsgərin atası zərərçəkmiş şəxs2 narahat olduğunu öyrənib əlverişli şəraitdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirməklə qanunsuz qazanc etmək qərarına gəlmişdir. Cinayətkar niyyətini reallaşdırmaq məqsədi ilə o, söhbət zamanı zərərçəkmiş şəxs2 guya oğlunun tibb məntəqəsində müalicə olunarkən və hərbi hissədə xidmətdə olarkən çətinlik çəkdiyini, nəzarətsiz buraxılacağı təqdirdə sağlamlığında problemlər yarana biləcəyini, dərman və müalicə xərcləri üçün davamlı pul lazım olacağını, əks təqdirdə övladının səhhətində ciddi problemlər yarana biləcəyini bildirərək hərbi hissə komandirinin xalasıoğlu olması, xidməti ilə əlaqədar olaraq komandirlə daim ünsiyyətdə olması, uzun müddət hərbi hissədə xidmət etməsi, R hərbi rütbəsində olması, qulluq mövqeyi ilə əlaqədar olaraq hərbi hissədə xüsusi nüfuza malik olması və buna görə də hərbi hissədə oğlunu daim nəzarətdə saxlama imkanının olması barədə həqiqətə uyğun olmayan məlumatlar və yalan vədlər verməklə özünə inandırmış, həmçinin heç bir real imkana və səlahiyyətə malik olmadığı halda, o cümlədən onların xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan müntəzəm qaydada pul göndəriləcəyi təqdirdə həmin vəsaitlərin zərərçəkmiş şəxs1 müalicə olunması istiqamətində yönəldəcəyini zərərçəkmiş şəxs2 təklif etmişdir. Sonuncu verilən vədlərə inanaraq həmin təkliflə razılaşmış və vəsaitləri yaxın günlərdə göndərməyə başlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamasını, övladı zərərçəkmiş şəxs1 müalicəsi və digər qayğıları ilə bağlı şəxsən həmin vəsaitləri xərcləyəcəyini bildirib pul vəsaitlərini özünə məxsus “xxxx”- ASCnin «4169-7388-0248-9892» nömrəli bank kartına göndərməsini tapşırmışdır. Bundan sonra zərərçəkmiş şəxs2 aralarında olan razılığa əsasən Kürdəmir və Sabirabad rayonu ərazisində yerləşən müxtəlif ödəniş terminallarından Təqsirləndirilən şəxs qeyd etdiyi bank kartına ## ##### 2025-ci il tarixdə saat 18:11-da 350 manat, ## ##### 2025ci il tarixdə saat 16:55-də 400 manat, ## ##### 2025-ci il tarixdə saat 10:00-da 50 manat, ## ##### 2025-ci il tarixdə saat 09:51-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 11:49da 70 manat, ## ##### 2025-ci il tarixdə saat 12:28-də 35 manat, ## ##### 2025-ci il tarixdə saat 17:45-də 200 manat, ## ##### 2025-ci il tarixdə saat 18:44-də 40 manat, ## ##### 2025-ci il tarixdə saat 18:34 40 manat, ## ##### 2025-ci il tarixdə saat 15:12-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 15:55-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 23:06-da 50 manat, ## ### 2025- ci il tarixdə saat 13:49-da 50 manat, ## ### 2025ci il tarixdə saat 18:42-də 300 manat, ## ### 2025-ci il tarixdə saat 18:12-də 60 manat, ## ### 2025-ci il tarixdə saat 14:33-də 530 manat, ## ### 2025-ci il tarixdə saat 22:49da 60 manat, ## ### 2025-ci il tarixdə saat 17:54-də 50 manat, ## ### 2025-ci il tarixdə saat 18:28-də 100 manat, ## ### 2025-ci il tarixdə saat 14:15-də 30 manat, ## ### 2025ci il tarixdə saat 12:16-da 60 manat, ## #### 2025-ci il tarixdə saat 14:40-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 19:16-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 11:18də 380 manat, ## #### 2025-ci il tarixdə saat 07:51-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 13:36-da 200 manat, ## #### 2025-ci il tarixdə saat 18:01-də 40 manat və ## #### 2025-ci il tarixdə saat 21:31-də 60 manat olmaqla ümumilikdə 3455 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs1 tibb məntəqəsində müalicələrini başa çatdıraraq öz bölməsinə yazılması səbəbindən artıq zərərçəkmiş şəxs2 inandırmaqda çətinliklər çəkdiyini görüb başqa bəhanələrlə aldatma üsulunu dəyişərək yenidən sonuncunun bir qədər zəifləmiş etibarını tam bərpa etməklə pulunu ələ keçrməkdən ibarət niyyətini davam etdirmək qərarına gəlmişdir. Bu məqsədilə o, 2025ci ilin iyun ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək heç bir real imkana və səlahiyyətə malik olmadığı halda, habelə onların xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan zərərçəkmiş şəxs2 guya hərbi xidməti ilə əlaqədar dövlət orqanında yüksək vəzifədə çalışan tanışının olduğunu və 5000 (beş min) manat pul müqabilində həmin tanışı vasitəsilə övladı zərərçəkmiş şəxs1 hərbi xidmətə yararsızlıqla ordu sıralarından tərxis etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar vermiş, həmçinin oğlunun guya bir neçə həftə ərzində ordu sıralarından tərxis olunacağı ilə bağlı yalan vədlər verib yenidən özünə inandırmışdır. zərərçəkmiş şəxs2 verilən vədlərə inanaraq həmin təkliflə razılaşmış və övladının ordu sıralarından tərxis olunması üçün tələb olunan vəsaitləri yaxın günlərdə göndərməyə başlayacağını bildirmişdir. Bir neçə gün sonra o, zərərçəkmiş şəxs2 artıq pulun aidiyyəti şəxslərə verilməli olduğunu bildirdiyindən aralarında olan razılığa əsasən sonuncu Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində quraşdırılan “MilliÖn” ödəniş terminalı vasitəsilə ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “xxxx”-ASC-nin «4169-7388-0248-9892» nömrəli bank kartına 4170 manat pul vəsaiti göndərmişdir. Təqsirləndirilən şəxs növbəti iki həftə ərzində müxtəlif tarixlərdə zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq sonuncuya guya övladının tərxis olunması prosesinin yekunlaşmadığını, bunun üçün hərbi ayaqqabı, forma və s. əşyalar alınmalı olduğunu, sənədləşdirmə işləri üçün müvafiq rüsumların ödənilməli olmasını, habelə ehtiyata buraxılmaqla əlaqədar müxtəlif istiqamətlərə xərclərlə bağlı uydurma məlumatlar verib zərərçəkmiş şəxs2 aldadaraq vahid niyyəti üzrə özünə inandırmağa davam etmiş, zərərçəkmiş şəxs2 isə aralarında olan razılığa əsasən Kürdəmir rayonunun ərazisində yerləşən müxtəlif ödəniş terminallarından Təqsirləndirilən şəxs məxsus həmin bank kartına ## #### 2025-ci il tarixdə saat 20:00-da 100 manat, ## #### 2025-ci il tarixdə saat 22:09-da 300 manat, ## #### 2025-ci il tarixdə saat 17:36-da 20 manat, ## #### 2025-ci il tarixdə saat 12:27-də 30 manat, ## #### 2025-ci il tarixdə saat 18:18-də 70 manat, ## #### 2025-ci il tarixdə saat 15:53-də 100 manat, ## #### 2025-ci il tarixdə saat 10:53-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 14:37-də 20 manat və ## #### 2025-ci il tarixdə saat 18:18-də 50 manat, yəni cəmi 740 manat olmaqla övladının ordu sıralarından tərxis olunması üçün ümumilikdə özünə məxsus 4910 manat məbləğdə pul vəsaitini sonuncuya göndərmiş, lakin Təqsirləndirilən şəxs bütün hallarda verdiyi vədlər üzrə heç bir real hərəkət etməyərək ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs2 məxsus 8365 manat məbləğində pulu ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs, təkrarən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə hərbi xidmətdə olarkən, 2025-ci ilin avqust ayında saat 11 radələrində N nömrəli hərbi hissənin əməliyyat taborunun yerləşdiyi üç mərtəbəli binanın giriş hissəsində olduğu vaxt oradan keçən həmin hərbi hissənin artilleriya divizionunun 3-cü artilleriya batareyasının 2-ci taqımının 2-ci topunun heyət nəfəri vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər zərərçəkmiş şəxs1 görüb yanına, binanın zirzəminin giriş hissəsinə çağırmış, zərərçəkmiş şəxs1 atasının onun barəsində şikayət etdiyini bildiyini demiş, zərərçəkmiş şəxs1 aldadaraq pullarını aldığını ona dedikə Təqsirləndirilən şəxs heç kimdən qorxmadığını, vəzifəli qohumlarının olduğunu deyərək əsəbiləşmiş, əsəbi halda zərərçəkmiş şəxs1 yaxınlaşıb rəis olmaqla tabeliyində olan əsgər zərərçəkmiş şəxs1 sağ üz nahiyəsinə sol əli ilə bir qüvvətli sillə zərbəsi və qarın boşluğuna sağ ayağının diz nahiyəsi ilə bir qüvvətli zərbə vurmaqla ona qarşı zor tətbiq etmiş, bununla da Təqsirləndirilən şəxs, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. II Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünü ədalətsiz və qərəzsiz olduğunu bildirərək, hökmün ləğv edilməsini və barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm qanunsuz və ədalətsiz olmaqla yanaşı onun hüquq və azadlıqlarını kobud şəkildə pozmuşdur. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Məhkəmə onun lehinə olan sübutları nəzərə almamışdır. Onun əməli mülki xarakterli olmaqla dələduzluq cinayətinin tərkib əlamətlərinə malik deyil. Bundan başqa onun ərazi bütövlüyümüzün bərpası uğrunda və antiterror əməliyyatlarında gedən döyüşlərdə, Kəlbəcərin azadlığı uğrunda, Xocalı, Əskəparan və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirakı, evli olmaqla himayəsində üç azyaşlı övladının olması, Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, R dövlət ittihamçısı3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində zərərçəkmiş şəxs1 və R.zərərçəkmiş şəxs1 qarşı dələduzluq və zərərçəkmiş şəxs1 zor tətbiq etdiyi cinayətləri tam etiraf etmiş, həmin ifadəsi zərərçəkmiş şəxs1 və R.zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həmçinin məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə üst-üstə düşmüşdür. Bundan əlavə, baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə R.zərərçəkmiş şəxs1la mobil telefon vasitəsi ilə danışmış, həmçinin ittihamda göstərilən vaxtlarda və məbləğlərdə bank kartı vasitəsi ilə pul almışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirliliyi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər R.zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs1, şahidlər şahid5, şahid4, şahid2, şahid1 və ibtidai istintaqa verdiyi ifadəsi elan edilərək sübut kimi tədqiq edilmiş şahid3 ifadələri, R.zərərçəkmiş şəxs1 ərizəsi, baxış keçirilməsi haqqında protokollar, ödəniş tapşırığı, MN-in N nömrəli hərbi hissə komandirinin müvafiq əmrdən çıxarışları, habelə məhkəmə istintaqı zamanı araşdırılmış digər halları və tədqiq edilmiş sənədləri ilə sübuta yetirilmişdir. Bildirilir ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün qiymətləndirilmiş, sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edilərək ona qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs olunun barəsində qeyd olunan məhkəmə hökmündə Cinayət və Cinayət Prosessual Qanunvericiliyinin tələblərinin pozulması halına yol verilməmiş, hökmdə əks etdirilmiş nəticələr məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq edilmiş və təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmuşdur. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini təmin etməməklə, həmin iş üzrə Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək, mübahisəli hökmün dəyişdirilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha ağır cəza təyin olunmasını və mülki iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hökm qəbul olunarkən bir çox qanun pozuntularına yol verilmiş, tərəfindən qaldırılmış vəsatətlər araşdırılmamış və nəticədə əsassız hökm qəbul olunmuşdur. Belə ki, ilk növbədə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi araşdırılmamış, Təqsirləndirilən şəxs həmin cinayəti bir neçə dəfə təkrarlamasını, dəymiş ziyanı ödəməyə cəhd göstərməməsini araşdırmamış, onun zərərçəkənə ağır maddi və mənəvi ziyan vurmasını nəzərə almayaraq heç bir hüquq normasına istinad etmədən hökm çıxarmışdır. Qeyd olunan hallar araşdırılmadan təqsirləndirilən şəxsə barəsində daha yüngül cəza tətbiq olunmuşdur. Həmçinin məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin bir daha öz cinayət əməlini etiraf etməsi iş materialları ilə sübut olunur. Bundan əlavə məhkəmə hökm çıxararkən çoxsaylı pul köçürmələrini, şahid ifadələrini, bank çıxarışlarını, telefon danışıqlarını, zor tətbiq etmə faktı ilə təqsirkar şəxsin əməlinin tam sübuta yetirilməsini nəzərə almamışdır. Həmçinin məhkəmə cəza təyin edərkən cinayətin davamlı xarakter daşımasını, zərərin ödənilməməsini, təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməsini, maddi və mənəvi zərər yetirməsini lazımi qaydada nəzərə almamışdır. Yuxarıda qeyd olunan səbəblərdən cəza həddindən artıq yüngül cəza olmaqla ədalətli hesab edilə bilməz. Həmçinin məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək vurulmuş maddi ziyanı geri qaytarmamaq üçün oğlu zərərçəkmiş şəxs1 bədəninə və üz nahiyəsinə bir neçə dəfə vuraraq ona fiziki zor tətbiq etmişdir. Bundan əlavə məhkəmə tərəfindən mülki iddiası qismən təmin edilmiş, əsas kimi ona dəymiş ziyanın 11000 manat olmasının sübut edilə bilmədiyi qeyd edilmişdir. Halbuki, o, istər Bakı şəhərinə, istərsə də istintaq orqanına getdiyi müddətdə xeyli maddi ziyana düşmüşdür. Hər dəfə taksi pulu vermiş, lakin onlardan qəbz tələb etməmişdir. III Proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Bu ittiham əsassız irəli sürülüb. O, əsgəri təhqir etməmiş və ona əl qaldırmamışdır. Himayəsində 3 azyaşlı övladı var. Bundan başqa, Aprel döyüşlərində, Vətən müharibəsində (II Qarabağ müharibəsi) və antiterror əməliyyatlarında iştirak etmişdir. Dəymiş 7886 manat zərərə gəlincə, işlədiyi dövrdə olsaydı bunu ödəyə bilərdi. Hazırda maddi imkanı yoxdur. Barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cəza təyin edilərkən himayəsində 3 azyaşlı övladının olması, döyüşlərdə iştirakı və əvvəllər məhkum olunmaması nəzərə alınaraq, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın tətbiq edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi şəxsin himayəsində üç azyaşlı övladının olmasını və döyüşlərdə iştirak etməsini yüngülləşdirici hallar kimi nəzərə almışdır. Lakin dəymiş zərər ödənilmədiyindən həmin həddə cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənildikdən sonra yenidən kassasiya şikayəti vermək hüququ vardır. Zərərçəkənin verdiyi apellyasiya şikayətinin də dəlilləri əsassızdır və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. IV Hüquqi məsələlər: Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməməli və Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini apellyasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 329.1-ci maddələri ilə təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmış və birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələlər üzrə mövqeyinin, gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur, apellyasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 329.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ## #### 2023cü il tarixdən Müdafiə Nazirliyinin H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, ## ###### 2024-cü il tarixdən etibarən həmin hərbi hissənin xüsusi əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı operatoru vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi R hərbi rütbəsində xidmətini davam etdirmiş, ## #### 2025-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət edərək “süzənək” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş, orada olan zaman saat 10-11 radələrində həmin məntəqədə müalicə olunan hərbi hissənin 3-cü artilleriya batareyasının 1-ci taqımının 1-ci topunun heyət nəfəri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər zərərçəkmiş şəxs1 görüb özünü təqdim edərək təklikdə söhbət etməyə başlamış, hər hansı çətinliyinin olub-olmaması ilə maraqlanaraq ehtiyacı olduqda ona müraciət edə biləcəyini bildirmişdir. zərərçəkmiş şəxs1 ilə yoldaşlığı olmuş, zərərçəkmiş şəxs1 atası Rövşən Mehbalı üçün xərclik pulu onun kartına atmış, o da Mehbalıya vermişdir. Həmçinin Rövşəndən borc pul almışdır, nə Mehbalını, nə də Rövşəni aldatmamışdır. Buna baxmayaraq borcu olmasını qəbul edir, amma məbləğlə razı deyildir. Mehbalını vurmamış, ona qarşı zor tətbiq etməmişdir. İstintaqda göstərdikləri həqiqəti əks etdirmir. Gələcəkdə imkanı olsa zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəkdir, hazırda imkanı yoxdur. 44 X8 iştirak etmiş, medallarla təltif edilmişdir, müharibə veteranıdır, evlidir, üç azyaşlı uşağı var. Təqsirləndirilən şəxs istintaq zamanı göstərmişdir ki, ## #### 2025- ci il tarixdə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olan zaman zərərçəkmiş şəxs1 görüb özünü təqdim edərək təklikdə söhbət etməyə başlamış, hər hansı çətinliyinin olubolmaması ilə maraqlanaraq ehtiyacı olduqda ona müraciət edə biləcəyini bildirmişdir. Bununla bağlı atası zərərçəkmiş şəxs2 050-324-57- ** saylı mobil nömrəsini almış, aralarında səmimi münasibət yarandıqdan sonra artıq əşya olub-olmamasını soruşaraq ciblərində olan hər şeyi çıxartmasını istəmiş, zərərçəkmiş şəxs1 xxxx ASC-yə aid «4169 7388 8153 7827» nömrəli “Birbank” kartını və müxtəlif nominalda əskinaslardan ibarət nağd pulu cibindən çıxararaq stolun üzərinə qoyduqda o, əskinasların çoxluğunu görüb pulları sayaraq 420 manat məbləğdə pul vəsaiti olduğunu müəyyən etmiş, zərərçəkmiş şəxs1 bu qədər pul vəsaitini üzərində gəzdirməsinin cinayət olduğunu bildirmiş, sonuncunun maddi imkanının yaxşı olduğunu düşünüb pula ehtiyacı olduğu üçün yaranmış vəziyyətdən istifadə edərək onu aldadıb nağd və kartda olan pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə ona siravi əsgərin üzərində bu qədər pul olmasının cinayət məsuliyyətinə səbəb olacağı, barəsində cinayət işinin başlanacağı, hərbi hissə komandirinin xalasıoğlu olması, uzun müddət hərbi hissədə xidmət etməsi, R hərbi rütbəsində olması və qulluq mövqeyi ilə əlaqədar olaraq hərbi hissədə xüsusi nüfuza malik olması barədə həqiqətə uyğun olmayan məlumatlar bildirmiş, zərərçəkmiş şəxs1 ona inanaraq barəsində cinayət işinin başlanmasını istəmədiyini deyib etdiyi qanunsuz hərəkətin nəticələrini aradan qaldırması üçün nə etməli olduğunu soruşduqda, o, vermiş olduğu vəsaitlər müqabilində guya hərbi hissə komandiri vasitəsi ilə barəsində cinayət işinin başlanmamasını təmin edəcəyi barədə yalan vədlər verərək özünə inandırmış, zərərçəkmiş şəxs1 isə problem yaşamaq istəmədiyini deyərək razılaşmış və həmin nağd pul ilə bank kartının onda qalmasına etiraz etməmişdir. ## ##### 2025-ci il tarixdə stasionar qaydada müalicəsi yekunlaşdığı üçün tibb məntəqəsindən ayrılmış, həmin gün axşam saat 21 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş şəxs1 aldığı sonuncunun atası Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan vətəndaş zərərçəkmiş şəxs2 istifadəsində olan 050- ***-**-** saylı mobil nömrəyə zəng edərək telefon əlaqəsi yaratmış, özünü oğlu zərərçəkmiş şəxs1 V kimi təqdim edərək söhbət etməyə başlamış, övladı ilə bağlı hər hansı sualları olacağı təqdirdə istifadəsində olan nömrə ilə əlaqə saxlamalı olduğunu demiş, telefon danışığı zamanı aralarında səmimi münasibət yarandıqdan sonra zərərçəkmiş şəxs1 sağlamlığının zəif olduğunu, tez-tez xəstələndiyini, ailəsinin hərbi hissənin yerləşdiyi ərazidən uzaqda, Kürdəmir rayonunda yaşadığını, qeyd edilən səbəblərə görə əsgərin atası zərərçəkmiş şəxs2 narahat olduğunu, övladının bank kartını və pul vəsaitini ələ keçirməsindən xəbərsiz olduğunu öyrənib zərərçəkmiş şəxs2 da aldadaraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Söhbət zamanı zərərçəkmiş şəxs2 guya oğlu tibb məntəqəsində müalicə olunarkən və hərbi hissədə xidmətdə olarkən çətinlik çəkdiyini, lazımi dərman vəsaitlərinin olmadığını, onun nəzarətsiz buraxılacağı təqdirdə sağlamlığında ciddi problemlər yarana biləcəyini, dərman və müalicə xərcləri üçün davamlı pul lazım olacağını, əks təqdirdə övladının səhhətində ciddi problemlər yarana biləcəyini bildirmiş, zərərçəkmiş şəxs2 qeyd olunanlarla bağlı narahat olduğunu deyərək kömək etməsini xahiş etdikdə o, hərbi hissə komandirinin xalasıoğlu olması, xidməti ilə əlaqədar olaraq komandirlə daim ünsiyyətdə olması, uzun müddət hərbi hissədə xidmət etməsi, R hərbi rütbəsində olması, qulluq mövqeyi ilə əlaqədar olaraq hərbi hissədə xüsusi nüfuza malik olması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu olmadığına görə də hərbi hissədə oğlunu daim nəzarətdə saxlama və gündəlik hərbi hissədən kənara çıxaraq lazımı dərman vasitələrini alıb gətirmə imkanlarının olması barədə məlumatlar və yalan vədlər deməklə müntəzəm qaydada pul göndəriləcəyi təqdirdə həmin vəsaitlərin zərərçəkmiş şəxs1 müalicə olunması istiqamətində yönəldəcəyini zərərçəkmiş şəxs2 təklif etmişdir. zərərçəkmiş şəxs2 təkliflə razılaşmış və vəsaitləri yaxın günlərdə göndərməyə başlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs narahat olmamasını, zərərçəkmiş şəxs1 müalicəsi və digər qayğıları ilə bağlı həmin vəsaitləri təyinatı üzrə xərcləyəcəyini, gələcəkdə pul vəsaitlərini özünə məxsus “xxxx”-ASC-nin «4169-7388-0248-9892» nömrəli bank kartına göndərməsini və aralarında baş tutmuş razılıqla bağlı övladı əsgər zərərçəkmiş şəxs1 qəti şəkildə məlumat verilməməsini tapşırmış, zərərçəkmiş şəxs2 aralarında danışdıqları söhbətdən heç bir kəsin məlumatı olmayacağını bildirmiş və söhbət yekunlaşmışdır. Aralarındakı razılığa əsasən zərərçəkmiş şəxs2 onun istifadəsində olan bank kartına ## ##### 2025-ci il tarixdə saat 18:11-da 350 manat və ## ##### 2025-ci il tarixdə saat 16:55-də 400 manat pul vəsaiti göndərmişdir. Həmin vəsaitləri öz ehtiyacları üçün xərcləmiş, zərərçəkmiş şəxs2 həmin vəsaitlərin övladının müalicə olunmasına xərcləndiyini, pulları göndərməyə davam etməli olduğunu bildirmişdir. ## ##### 2025-ci il tarixədək ələ keçirmiş olduğu zərərçəkmiş şəxs1 məxsus 420 manat nağd və bank kartında olan 100 manat vəsaiti H.Z.Tağıyev qəsəbəsi ərazisində şəxsi ehtiyacları üçün müxtəlif istiqamətlərdə xərcləmiş, ## ##### 2025-ci il tarixdə 11-1N radələrində hərbi hissə ərazisində olarkən zərərçəkmiş şəxs1 yaxınlaşaraq ələ keçirmiş olduğu bank kartını geri qaytararaq bir daha üzərində pul gəzdirməməli olduğunu, komandirlə danışdığını, narahat olmamasını demişdir. zərərçəkmiş şəxs1 bank kartında hər hansı vəsait qalıb-qalmadığını soruşduqda, Təqsirləndirilən şəxs ümumilikdə 520 manat vəsaiti guya hərbi hissə komandirinə qonaqlıq verərək onu bağışlamasını təmin etdirdiyini bildirmiş, bu barədə atası da daxil olmaqla heç bir kəsə məlumat vərməməsini tapşırmışdır. zərərçəkmiş şəxs1 təşəkkür edərək minnətdarlığını bildirmiş və baş verənlərdən heç bir kəsin məlumatı olmayacağını demişdir. Növbəti tarixlərdə zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1 müalicə olunması üçün onun bank kartına ## ##### 2025-ci il tarixdə saat 10:00-da 50 manat, ## ##### 2025-ci il tarixdə saat 09:51də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 11:49-da 70 manat, ## ##### 2025-ci il tarixdə saat 12:28-də 35 manat, ## ##### 2025-ci il tarixdə saat 17:45-də 200 manat, ## ##### 2025-ci il tarixdə saat 18:44-də 40 manat, ## ##### 2025-ci il tarixdə saat 18:34 40 manat, ## ##### 2025-ci il tarixdə saat 15:12-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 15:55-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 23:06-da 50 manat, ## ### 2025ci il tarixdə saat 13:49-da 50 manat, ## ### 2025-ci il tarixdə saat 18:42-də 300 manat, ## ### 2025-ci il tarixdə saat 18:12-də 60 manat, ## ### 2025-ci il tarixdə saat 14:33-də 530 manat, ## ### 2025-ci il tarixdə saat 22:49-da 60 manat, ## ### 2025-ci il tarixdə saat 17:54-də 50 manat, ## ### 2025-ci il tarixdə saat 18:28-də 100 manat, ## ### 2025ci il tarixdə saat 14:15-də 30 manat, ## ### 2025-ci il tarixdə saat 12:16-da 60 manat, ## #### 2025-ci il tarixdə saat 14:40-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 19:16-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 11:18-də 380 manat, ## #### 2025-ci il tarixdə saat 07:51-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 13:36-da 200 manat, ## #### 2025-ci il tarixdə saat 18:01-də 40 manat və ## #### 2025-ci il tarixdə saat 21:31-də 60 manat olmaqla həmin tarixədək ümumilikdə 3455 manat pul göndərmişdir. Bu müddətlərdə o, zərərçəkmiş şəxs2la yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncuya hər dəfə dərman vasitələrinin alınması, nəqliyyat daşıma xərcləri, qidalanma məsrəfləri və s. kimi uydurma məlumatlar verərək həmin vəsaitlərin zərərçəkmiş şəxs1 müalicə olunması istiqamətində xərcləndiyini bildirmişdir. Hərbi hissədə olarkən zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdən etibarən ## #### 2025-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərildiyini, sağlamlığında heç bir problem olmadığını öyrənmiş, artıq müalicə adı altında zərərçəkmiş şəxs2 vəsaitlərini almağın, sonuncunu inandırmağın çətin olacağını düşünmüş, Rövşəm Mütəllimovun pul vəsaitlərini ələ keçirməyə davam etdirmək üçün artıq başqa ad altında aldatmaq qərarına gəlmişdir. Həmin gün, 2025-ci ilin iyun ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncuya oğlu zərərçəkmiş şəxs1 guya sağlamlığı ilə bağlı ordu sıralarından tərxis etdirəcəyini bildirmiş, guya hərbi xidməti ilə əlaqədar olaraq dövlət orqanında yüksək vəzifədə çalışan tanışının olduğunu, 5000 manat pul müqabilində həmin tanışı vasitəsilə övladı zərərçəkmiş şəxs1 hərbi xidmətə yararsızlıqla ordu sıralarından tərxis etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar vermiş, qeyd olunanlarla bağlı köməklik təklif etmişdir. zərərçəkmiş şəxs2 verilən vədlərə inanaraq həmin təkliflə razılaşmış və övladının ordu sıralarından tərxis olunması üçün tələb olunan vəsaitləri yaxın günlərdə göndərməyə başlayacağını bildirmişdir. O, özünə məxsus “xxxx”-ASC-nin «4169-7388-0248-9892» bank kartının rekvizit məlumatlarının ekran görüntüsünü zərərçəkmiş şəxs2 050-772-10-89 nömrəsinə bağlı “vatsap” mobil tətbiqinə göndərərək həmin məlumatların guya övladının tərxis olunması üçün nəzərdə tutulan rüsumun ödəniləcəyi dövlət hesabının məlumatları olduğunu bildirmiş, qısa müddət ərzində ilkin olaraq rüsum məbləği olaraq müəyyən edilmiş 4170 manat vəsaiti göndərməli olduğunu bildirmişdir. Bir neçə gün sonra o, zərərçəkmiş şəxs2 artıq pulun aidiyyəti şəxslərə verilməli olduğunu bildirdiyindən aralarında olan razılığa əsasən zərərçəkmiş şəxs2 ## #### 2025-ci il tarixdə ona məxsus “xxxx”- ASC-nin «4169-7388- 0248-9892» nömrəli bank kartına 4170 manat pul vəsaiti yollamışdır. Növbəti iki həftə ərzində müxtəlif tarixlərdə zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq sonuncuya guya övladının tərxis olunması prosesinin yekunlaşmadığını, bunun üçün hərbi ayaqqabı, forma və s. əşyalar alınmalı olması, sənədləşdirmə işləri üçün müvafiq rüsumların ödənilməli olması, habelə ehtiyata buraxılmaqla bağlı müxtəlif istiqamətlərə xərclərlə bağlı yalan məlumatlar verib zərərçəkmiş şəxs2 aldadaraq vahid niyyət üzrə özünə inandırmağa davam etmiş, zərərçəkmiş şəxs2 ona məxsus həmin bank kartına ## #### 2025-ci il tarixdə saat 20:00-da 100 manat, ## #### 2025-ci il tarixdə saat 22:09-da 300 manat, ## #### 2025- ci il tarixdə saat 17:36-da 20 manat, ## #### 2025-ci il tarixdə saat 12:27-də 30 manat, ## #### 2025-ci il tarixdə saat 18:18-də 70 manat, ## #### 2025-ci il tarixdə saat 15:53-də 100 manat, ## #### 2025-ci il tarixdə saat 10:53-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 14:37- də 20 manat və ## #### 2025-ci il tarixdə saat 18:18də 50 manat olmaqla övladının ordu sıralarından tərxis olunması üçün əlavə olaraq 740 manat olmaqla ümumilikdə 4910 manat məbləğdə pul vəsaitini yollamış, həmin vəsaitləri öz ehtiyacları üçün xərcləmişdir. zərərçəkmiş şəxs2 2025-ci ilin iyul ayının sonlarında övladının tərxis olunmadığını görüb almış olduğu vəsaitləri qaytarmasını tələb etməyə başladıqda müxtəlif bəhanələrlə bundan yayınmış, zərərçəkmiş şəxs2 06-## ###### 2025-ci il tarixdə istifadəsində olan 050-324-57- ** saylı mobil nömrədən onun istifadəsində olan 077-718-24-01 nömrəyə zəng edərək övladı zərərçəkmiş şəxs1 da aldadaraq pulunu ələ keçirdiyini, barəsində Kürdəmir rayon Polis şöbəsinə müraciət etdiyini, baş verənlərlə bağlı cavab verməli olduğunu bildirdikdə ələ keçirmiş olduğu vəsaitləri geri qaytarmayacağını bildirmişdir. O, N nömrəli hərbi hissədə xidmətdə olarkən 2025-ci ilin avqust ayında saat 11 radələrində Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əməliyyat taborunun yerləşdiyi üç mərtəbəli binanın giriş hissəsində durarkən oradan keçən zərərçəkmiş şəxs1 görüb yanına, binanın zirzəmi hissəsinin giriş hissəsinə çağırmış, zərərçəkmiş şəxs1 atasının onun barəsində şikayət etdiyini bildiyini demiş, zərərçəkmiş şəxs1 aldadaraq pullarını aldığını ona dedikə Təqsirləndirilən şəxs heç kimdən qorxmadığını, vəzifəli qohumlarının olduğunu deyərək əsəbiləşmiş, yuxarı rütbəli şəxslə kobud danışdığına görə zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün əsəbi halda sonuncuya yaxınlaşıb sağ üz nahiyəsinə sol əli ilə bir qüvvətli sillə zərbəsi və qarın boşluğuna sağ ayağının diz nahiyəsi ilə bir qüvvətli zərbə vurmuş, sonuncunun yıxıldığını görüb hərəkətlərini dayandıraraq oranı tərk etmişdir. N nömrəli hərbi hissə komandiri, habelə hər hansı hərbi qulluqçu ilə qohumluq əlaqəsi olmamış, baş verənlərlə bağlı heç bir kəsə məlumat verməmişdir. ## ###### 2025ci il tarixdə xidmət müddəti başa çatmamış ordu sıralarından tərxis olunmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Kürdəmir rayonunun Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşayır, oğlu zərərçəkmiş şəxs1 ## ####### 2006-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, hər hansı ağır xəstəlikdən əziyyət çəkməsə də, hərbi xidmətə çağırılmamışdan əvvəl onun təzyiq problemləri, ağciyərlərində zəiflik və boğulma halları olmuş, uşaqlıqdan cüssəsi zəif olduğundan tez-tez hərarətin artması, soyuqdəymə kimi xəstəliklərə tutulmuş, fiziki olaraq çəkisi normadan az olmuş, adətən ev şəraitində müayinə və müalicə olunmuş, 2024-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən hərbi xidmətə yararlı hesab edilərək Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək və ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddətlərdə Gəncə şəhərində yerləşən qospitalda stasionar müalicə olunmuş, müalicələrinin yekunlaşma tarixlərinə müvafiq olaraq ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək və ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək məzuniyyətə buraxılmış, məzuniyyətini Kürdəmir rayonun Ərəbqubalı kəndində yaşadıqları evdə keçirmiş, öskürməsi və bədəninə soyuqdəyməsi, habelə temperaturunun yüksək olması səbəbindən məzuniyyət zamanı da ev şəraitində müalicə olunmuş, məzuniyyəti bitib hərbi hissəyə qayıdarkən zərərçəkmiş şəxs1 müalicəsi və qidalanması üçün xərcləməsi məqsədi ilə 600 manat nağd pul və gələcəkdə oğluna pul vəsaitini yollamaq məqsədi ilə özünə məxsus xxxxa aid 4169 7388 8153 **** nömrəli bank kartını vermiş, həmin karta gələcəkdə ## ##### 2025-ci il tarixdə və ## ##### 2025-ci il tarixdə hər dəfəsində 50 manat olmaqla ümumilikdə 100 manat pul göndərmişdir. Övladı zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdə N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə xidmətini davam etdirməsi üçün göndərilmiş, zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdə soyuqladığı üçün tibb məntəqəsində müalicə aldığını öyrənib narahat olmuşdur. ## ##### 2025-ci il tarixdə axşam saat 21 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən tanımadığı bir nəfər zəng edib Təqsirləndirilən şəxs olduğunu deyərək özünü oğlu zərərçəkmiş şəxs1 V kimi təqdim etməklə söhbət etməyə başlamış, Təqsirləndirilən şəxs övladı ilə bağlı hər hansı sualı olacağı təqdirdə istifadəsində olan həmin nömrə ilə əlaqə saxlamalı olduğunu demiş, o, Təqsirləndirilən şəxs övladının komandiri olduğuna inandığı üçün oğlu zərərçəkmiş şəxs1 sağlamlığının zəif olduğunu, tez-tez xəstələndiyini, özlərinin uzaqda, Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşadıqlarını, qeyd edilən səbəblərə görə narahat olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 tibb məntəqəsində müalicə olunarkən və hərbi hissədə xidmətdə olarkən çətinlik çəkdiyini, lazımi dərman vəsaitlərinin olmadığını, nəzarətsiz buraxılacağı təqdirdə sağlamlığında problemlər yarana biləcəyini, dərman və müalicə xərcləri üçün davamlı pul lazım olacağını, əks təqdirdə övladının səhhətində ciddi problemlər yarana biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərini eşidib narahat olmuş, kömək etməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs hərbi hissə komandirinin xalasıoğlu olduğunu, xidməti ilə əlaqədar olaraq komandirlə daim ünsiyyətdə olduğunu, uzun müddət hərbi hissədə R hərbi rütbəsində xidmət etdiyini, qulluq mövqeyi ilə əlaqədar olaraq hərbi hissədə xüsusi nüfuza malik olduğunu, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu olmadığına görə də hərbi hissədə oğlunu daim nəzarətdə saxlama və gündəlik hərbi hissədən kənara çıxaraq lazımı dərman vasitələrini alıb gətirmə imkanlarının olduğunu demiş, pul göndəriləcəyi təqdirdə həmin vəsaitlərin zərərçəkmiş şəxs1 müalicə olunması istiqamətində yönəldəcəyini ona təklif etmişdir. O, övladının sağlamlığından narahat olduğu üçün təkliflə razılaşmış və vəsaitləri yaxın günlərdə göndərməyə başlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs narahat olmamasını, zərərçəkmiş şəxs1 müalicəsi və digər qayğıları ilə bağlı şəxsən həmin vəsaitləri təyinatı üzrə xərcləyəcəyini, gələcəkdə pul vəsaitlərini sonuncuya məxsus “xxxx”-ASC-nin «4169-7388-0248- 9892» nömrəli bank kartına göndərməsini və aralarında baş tutmuş razılıqla bağlı övladı əsgər zərərçəkmiş şəxs1 qəti şəkildə məlumat verilməməsini tapşırmış, o, cavab olaraq əldə etdikləri razılıqla bağlı heç bir şəxsin məlumatı olmayacağını Təqsirləndirilən şəxs bildirmiş və aralarındakı söhbət yekunlaşmışdır. Uzun müddət kənd təsərrüfatı ilə qazanıb saxladığı vəsaitləri Kürdəmir və Sabirabad rayonlarının ərazisindən Təqsirləndirilən şəxs təqdim etmiş olduğu karta yollamağa başlamış, ## ##### 2025-ci il tarixdə saat 18:11-da 350 manat, ## ##### 2025-ci il tarixdə saat 16:55-də 400 manat, ## ##### 2025-ci il tarixdə saat 10:00-da 50 manat, ## ##### 2025-ci il tarixdə saat 09:51-də 50 manat, ## ##### 2025ci il tarixdə saat 11:49-da 70 manat, ## ##### 2025-ci il tarixdə saat 12:28-də 35 manat, ## ##### 2025-ci il tarixdə saat 17:45-də 200 manat, ## ##### 2025-ci il tarixdə saat 18:44-də 40 manat, ## ##### 2025-ci il tarixdə saat 18:34 40 manat, ## ##### 2025-ci il tarixdə saat 15:12- də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 15:55-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 23:06-da 50 manat, ## ### 2025-ci il tarixdə saat 13:49-da 50 manat, ## ### 2025-ci il tarixdə saat 18:42-də 300 manat, ## ### 2025-ci il tarixdə saat 18:12-də 60 manat, ## ### 2025-ci il tarixdə saat 14:33-də 530 manat, ## ### 2025ci il tarixdə saat 22:49-da 60 manat, ## ### 2025-ci il tarixdə saat 17:54-də 50 manat, ## ### 2025-ci il tarixdə saat 18:28-də 100 manat, ## ### 2025-ci il tarixdə saat 14:15-də 30 manat, ## ### 2025-ci il tarixdə saat 12:16-da 60 manat, ## #### 2025-ci il tarixdə saat 14:40-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 19:16-da 50 manat, ## #### 2025ci il tarixdə saat 11:18-də 380 manat, ## #### 2025-ci il tarixdə saat 07:51-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 13:36-da 200 manat, ## #### 2025-ci il tarixdə saat 18:01də 40 manat və ## #### 2025-ci il tarixdə saat 21:31-də 60 manat olmaqla sonuncu tarixədək ümumilikdə 3455 manat pul göndərmişdir. Bu müddətlərdə o, Təqsirləndirilən şəxsla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs hər dəfə dərman vasitələrinin alınması, nəqliyyat daşıma xərcləri, qidalanma məsrəfləri və s. kimi uydurma məlumatlar verərək həmin vəsaitlərin zərərçəkmiş şəxs1 müalicə olunması istiqamətində xərcləndiyini bildirmişdir. Övladı zərərçəkmiş şəxs1la telefon əlaqəsi yaratsa da Təqsirləndirilən şəxsla aralarında əldə olunmuş razılıqla bağlı oğluna heç bir məlumat verməmiş, baş verənləri zərərçəkmiş şəxs1 gizli saxlamışdır. 2025-ci ilin iyun ayının sonlarında istifadəsində olan 050- ***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil nömrədən zəng edərək oğlu zərərçəkmiş şəxs1 guya sağlamlığı ilə bağlı ordu sıralarından tərxis ediləbilmə imkanının olduğunu bildirmiş, hərbi xidməti ilə əlaqədar olaraq dövlət orqanında yüksək vəzifədə çalışan tanışının olduğunu, 5000 manata yaxın pul müqabilində həmin tanışı vasitəsilə övladı zərərçəkmiş şəxs1 hərbi xidmətə yararsızlıqla ordu sıralarından tərxis etdirə biləcəyi barədə ona məlumatlar vermiş, qeyd olunanlarla bağlı köməklik təklif etmişdir. O, Mirhseyn Kərimov tərəfindən verilən vədlərə inanaraq həmin təkliflə razılaşmış və övladının ordu sıralarından tərxis olunması üçün tələb olunan vəsaitləri yaxın günlərdə göndərməyə başlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus “xxxx”- ASC-nin «4169-7388-0248- 9892» bank kartının rekvizit məlumatlarının ekran görüntüsünü onun 050-772-10-89 nömrəsinə bağlı “vatsap” mobil tətbiqinə göndərərək həmin məlumatların övladının tərxis olunması üçün nəzərdə tutulan rüsumun ödəniləcəyi dövlət hesabının məlumatları olduğunu demiş, qısa müddət ərzində ilkin olaraq 4170 manat məbləğdə vəsaiti göndərməli olduğunu ona bildirmişdir. ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “xxxx”-ASC-nin «4169-7388-0248-9892» nömrəli bank kartına özünə məxsus 4170 manat pul vəsaiti yollamışdır. Təqsirləndirilən şəxs növbəti iki həftə ərzində müxtəlif tarixlərdə onunla əlaqə saxlayaraq guya övladının tərxis olunması prosesinin yekunlaşmadığını, bunun üçün hərbi ayaqqabı, forma və s. əşyalar alınmalı olması, sənədləşdirmə işləri üçün müvafiq rüsumların ödənilməli olması, habelə ehtiyata buraxılmaqla bağlı müxtəlif istiqamətlərə xərclərlə əlaqədar yalan məlumatlar verib onu aldatmışdır. O, övladının tərxis olunacağına inandığı üçün aralarında olan razılığa əsasən əlavə olaraq Təqsirləndirilən şəxs məxsus həmin bank kartına ## #### 2025-ci il tarixdə saat 20:00-da 100 manat, ## #### 2025-ci il tarixdə saat 22:09-da 300 manat, ## #### 2025-ci il tarixdə saat 17:36-da 20 manat, ## #### 2025-ci il tarixdə saat 12:27-də 30 manat, ## #### 2025-ci il tarixdə saat 18:18-də 70 manat, ## #### 2025-ci il tarixdə saat 15:53-də 100 manat, ## #### 2025-ci il tarixdə saat 10:53-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 14:37-də 20 manat və ## #### 2025-ci il tarixdə saat 18:18-də 50 manat olmaqla övladının ordu sıralarından tərxis olunması üçün ümumilikdə 4910 manat məbləğdə pul vəsaitini yollamışdır. 2025-ci ilin iyul ayının sonlarında övladının tərxis olunmadığını görüb almış olduğu vəsaitləri qaytarmasını Təqsirləndirilən şəxs tələb etməyə başladıqda sonuncu müxtəlif bəhanələrlə pulları qaytarmaqdan yayınmışdır. ## #### 2025-ci il tarixdə oğlu zərərçəkmiş şəxs1 növbəti məzuniyyətə gəldikdə sonuncu ilə söhbət edərkən Təqsirləndirilən şəxs adında komandirinin olub-olmadığını, hərbi hissədə xüsusi qaydada müalicə olunub-olunmadığını, Təqsirləndirilən şəxs onun müalicə olunmasında, xüsusi dərmanlardan istifadə edilməsində iştirak edib-etməməsini soruşduqda, zərərçəkmiş şəxs1 ona cavab olaraq, Təqsirləndirilən şəxs tanısa da komandiri olmadığını, müalicəsinin adi qaydada aparılmış olduğunu, 2025-ci ilin may ayından etibarən ümumiyyətlə tibb məntəqəsinə müraciət etmədiyini, sağlamlığında heç bir problem olmadığını, xidmət müddəti ərzində Təqsirləndirilən şəxs onun xeyrinə heç bir hərəkət etmədiyini, əksinə 520 manat vəsaitini ələ keçirdiyini bildirdikdə, o, nəyə görə bu barədə əvvəlcədən məlumat vermədiyini soruşmuş, zərərçəkmiş şəxs1 vermiş olduğu vəsaitləri başqasına verdiyinə görə onun tərəfindən tənbeh olunacağından qorxuduğu üçün bu barədə məlumat vermədiyini cavab olaraq bildirmişdir. ## #### 2025-ci il tarixdə Kürdəmir rayon polis şöbəsinə gedərək baş verənlərlə bağlı Təqsirləndirilən şəxs barəsində rəsmi qaydada şikayət etmişdir. 06-## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək övladı zərərçəkmiş şəxs1 da aldadaraq pulunu ələ keçirdiyini, barəsində Kürdəmir rayon Polis şöbəsinə müraciət etdiyini, baş verənlərlə bağlı cavab verməli olduğunu bildirdikdə Təqsirləndirilən şəxs ələ keçirdiyi vəsaitləri qaytarmayacağını bildirmişdir. Bundan sonra hüquq mühafizə orqanında zərərçəkmiş şəxs1 öyrənmişdir ki, övladı 2025-ci ilin avqust ayında saat 1N radələrində hərbi hissə ərazisində Təqsirləndirilən şəxs aldadaraq pulunu ələ keçirdiyini dedikə Təqsirləndirilən şəxs heç kimdən qorxmadığını, vəzifəli qohumlarının olduğunu deyərək əsəbiləşmiş, yuxarı rütbəli şəxslə kobud danışdığına görə zərərçəkmiş şəxs1 cəzalandırmaq üçün əsəbi halda sonuncuya yaxınlaşıb sağ üz nahiyəsinə sol əli ilə bir qüvvətli sillə zərbəsi və qarın boşluğuna sağ ayağının diz nahiyəsi ilə bir qüvvətli zərbəsi vurmuşdur. Hələ də ona və oğluna dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun həbsini istəyir. Dəymiş ziyanın ödənilməsi barədə mülki iddia vermişdir, mülki iddiasının təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Kürdəmir rayonunun Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşamış, o ## ####### 2006-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, hər hansı ağır xəstəlikdən əziyyət çəkməsə də, hərbi xidmətə çağırılmamışdan əvvəl onun təzyiq problemləri, ağciyərlərində zəiflik və boğulma halları olmuş, uşaqlıqdan zəif uşaq olmuş tez-tez soyuqdəymə, hərarətin artması kimi xəstəliklərə tutulmuş, fiziki olaraq çəkisi normadan az olmuş, adətən ev şəraitində müayinə və müalicə olunmuş, 2024-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən hərbi xidmətə yararlı hesab edilərək Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək, ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək Gəncə şəhərində yerləşən qospitalda stasionar müalicə olunmuş, müalicələrinin yekunlaşma tarixlərinə müvafiq olaraq ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək və ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək məzuniyyətə buraxılmış, məzuniyyətini Kürdəmir rayonun Ərəbqubalı kəndində yaşadıqları evdə keçirmiş, öskürməsi və bədəninə soyuqdəyməsi, habelə temperaturunun yüksək olması səbəbindən məzuniyyət zamanı da ev şəraitində müalicə olunmuş, məzuniyyəti bitib hərbi hissəyə qayıdarkən atası X7 ona müalicəsi və qidalanması üçün xərcləməsi məqsədi ilə 600 manat nağd pul və gələcəkdə uzaq məsafədən pul vəsaitini yollamaq məqsədi ilə xxxxa aid 4169 7388 8153 **** nömrəli bank kartını vermiş, həmin karta ## ##### 2025ci il tarixdə və ## ##### 2025-ci il tarixdə hər dəfəsində 50 manat olmaqla ümumilikdə 100 manat pul göndərmişdir. O, ## #### 2025-ci il tarixdə N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə xidmətini davam etdirməsi üçün göndərilmiş, ## #### 2025-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə soyuqladığı üçün müaciət etmiş və stasionar müalicəyə qəbul olunmuş, bu barədə atası ilə xatırlamadığı şəxsdən almış olduğu telefon vasitəsi ilə danışarkən məlumat vermişdir. 2025- ci ilin mart ayının sonlarında hərbi hissənin tibb məntəqəsində olan zaman saat 10-11 radələrində həmin məntəqədə müalicə olunan bir nəfər şəxs onu görüb yanına gələrək Təqsirləndirilən şəxs olduğunu deməklə təklikdə söhbət etməyə başlamış, hər hansı çətinliyinin olub-olmaması ilə maraqlanaraq ehtiyacı olduqda özünə müraciət edə biləcəyini bildirmiş, bununla bağlı atasının ***-***-**-** saylı mobil nömrəsini vermiş, aralarında səmimi münasibət yarandıqdan sonra Təqsirləndirilən şəxs ciblərində artıq əşya olub-olmamasını soruşaraq ondan ciblərində olan hər şeyi çıxartmasını istəmiş, atasının məzuniyyətdən qayıdarkən verdiyi xxxx ASC-yə aid «4169 7388 8153 7827» nömrəli “Birbank” kartını və müxtəlif nominalda əskinaslardan ibarət 420 manat nağd pulu cibindən çıxararaq stolun üzərinə qoyduqda Təqsirləndirilən şəxs, pul vəsaitlərini sayaraq bu qədər pul vəsaitini üzərində gəzdirməsinin cinayət olduğunu bildirmiş, siravi əsgərin üzərində bu qədər pul olmasının cinayət məsuliyyətinə səbəb olacağını, barəsində cinayət işinin başlanacağını, hərbi hissə komandirinin xalasıoğlu olduğunu, uzun müddət hərbi hissədə xidmət etdiyini, R hərbi rütbəsində olduğunu və qulluq mövqeyi ilə əlaqədar olaraq hərbi hissədə xüsusi nüfuza malik olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onun barəsində cinayət işinin başlanmasını istəmədiyini deyib etdiyi qanunsuz hərəkətin nəticələrini aradan qaldırması üçün nə etməli soruşduqda, Təqsirləndirilən şəxs vermiş olduğu vəsaitlər müqabilində hərbi hissə komandiri vasitəsi ilə barəsində cinayət işinin başlanmamasını təmin edəcəyini bildirdikdə, o, problem yaşamaq istəmədiyini deyərək nağd pul ilə bank kartının onda qalmasını, barəsində cinayət işinin başlanmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə, o isə ## ##### 2025-ci il tarixdə stasionar qaydada müalicəsi yekunlaşdıqları üçün tibb məntəqəsindən ayrılmışlar. ## ##### 2025-ci il tarixdə 11-1N radələrində hərbi hissə ərazisində olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ələ keçirmiş olduğu bank kartını geri qaytararaq bir daha üzərində pul gəzdirməməli olduğunu, komandirlə danışdığını, narahat olmamasını demişdir. Təqsirləndirilən şəxs bank kartında hər hansı vəsait qalıb-qalmadığını soruşduqda, Təqsirləndirilən şəxs ümumilikdə 520 manat vəsaiti hərbi hissə komandirinə qonaqlıq verərək onu bağışlamasını təmin etdirdiyini bildirmiş, bu barədə atası da daxil olmaqla heç bir kəsə məlumat vərməməsini tapşırmışdır. zərərçəkmiş şəxs1 məmnun olmuş, Təqsirləndirilən şəxs təşəkkür edərək minnətdarlığını bildirmişdir. Baş verənlərlə bağlı heç bir kəsə məlumat verməmişdir. 2025-ci ilin may ayından etibarən hər hansı qaydada müalicə olunmamış, sağlamlığında hər hansı problem yaranmamışdır. ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezam olunmuşdur. ## #### 2025-ci il tarixdə on günlük növbəti məzuniyyətinə buraxılmış, ailəsinin yaşadığı Kürdəmir rayonunun Ərəbqubalı gəndinə gəlmiş, atası zərərçəkmiş şəxs2 ilə söhbət edərkən sonuncu Təqsirləndirilən şəxs adında komandirinin olub-olmadığını, hərbi hissədə xüsusi qaydada müalicə olunub-olunmadığını, Təqsirləndirilən şəxs onun müalicə olunmasında, xüsusi dərmanlardan istifadə edilməsində iştirak edib-etməməsini soruşduqda, o, atasına cavab olaraq, Təqsirləndirilən şəxs tanısa da komandiri olmadığını, müalicəsinin adi qaydada aparılmış olduğunu, 2025-ci ilin may ayından etibarən ümumiyyətlə tibb məntəqəsinə müraciət etmədiyini, sağlamlığında heç bir problem olmadığını, xidmət müddəti ərzində Təqsirləndirilən şəxs onun xeyrinə heç bir hərəkət etmədiyini, əksinə Təqsirləndirilən şəxs onu aldadaraq 520 manat vəsaitini ələ keçirdiyini bildirdikdə, zərərçəkmiş şəxs2 nəyə görə bu barədə əvvəlcədən məlumat vermədiyini soruşmuş, o, vermiş olduğu vəsaitləri başqasına verdiyinə görə atası tərəfindən tənbeh olunacağından qorxuduğu üçün bu barədə məlumat vermədiyini cavab olaraq bildirmişdir. zərərçəkmiş şəxs2 onun müalicə olunması üçün 3455 manat və ordu sıralarından tərxis olunması üçün 4910 manat vəsaiti Təqsirləndirilən şəxs göndərdiyini dedikdə, o, tərxis olunması ilə bağlı heç bir prosesin olmadığını, Təqsirləndirilən şəxs ümumiyyətlə onun xeyrinə heç bir hərəkət etmədiyini bildirərək atasına dərhal hüquq mühafizə orqanlarına müraciət edilməli olduğunu bildirmişdir. zərərçəkmiş şəxs2 ## #### 2025-ci il tarixdə Kürdəmir rayon polis şöbəsinə gedərək baş verənlərlə bağlı Təqsirləndirilən şəxs barəsində rəsmi qaydada şikayət etmişdir. Atası 06-## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək övladını da aldadaraq pulunu ələ keçirdiyini, barəsində Kürdəmir rayon Polis şöbəsinə müraciət etdiyini, baş verənlərlə bağlı cavab verməli olduğunu bildirmişdir. ## ###### 2025-ci il tarixdə məzuniyyəti bitdiyinə görə xidmət yerinə, N nömrəli hərbi hissəyə qayıtmış, hərbi hissədə olarkən 2025-ci ilin avqust ayında saat 11 radələrində Təqsirləndirilən şəxs hərbi hissənin əməliyyat taborunun yerləşdiyi üç mərtəbəli binanın giriş hissəsində durarkən onu görüb yanına binanın zirzəmi hissəsinin giriş hissəsinə çağırmış, ona atasının barəsində şikayət etdiyini bildiyini dedikdə o, aldadaraq atası ilə onun pullarını ələ keçirdiyini bildirmiş, Təqsirləndirilən şəxs heç kimdən qorxmadığını, vəzifəli qohumlarının olduğunu deyərək əsəbiləşmiş, qudurduğunu, komandirlə necə danışmaq lazım olduğunu bilmədiyini deyib cəzalandırmaq üçün əsəbi halda ona yaxınlaşmış, sağ üz nahiyəsinə sol əli ilə bir qüvvətli sillə zərbəsi və qarın boşluğuna sağ ayağının diz nahiyəsi ilə bir qüvvətli zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmış, Təqsirləndirilən şəxs oranı tərk etmişdir. Hələ də ona və atasına dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun həbsini istəyir. Birinci instansiya məhkəməsində ifadə verən X11 ona qarşı irəli sürülmüş ittiham üzrə ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından etibarən heç bir yerdə işləməmiş, təxminən 2-3 il əvvəl tanış olduğu X3 vasitəsilə müxtəlif şəxslərin əlillik üzrə pensiya təyin olunması, X1 orqanlarında və gömrük orqanlarında işə düzəldilməsi ilə bağlı müraciətlərini qəbul etmişdir. O, həmin məsələləri həll etmək imkanına malik olmadığı halda bunu edəcəyini vəd edərək, X4 pensiya məsələsinin həlli üçün 3000 manat, X5 X1 orqanlarında işə düzəldilməsi ilə bağlı 4000 manat, X2 gömrük orqanlarında işə düzəldilməsi ilə bağlı isə 3000 manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərilən vəsaitləri qəbul etdiyini etiraf etmiş, lakin ittiham aktında qeyd edilən bəzi məbləğlərlə razılaşmadığını, məsələn, X4 işi ilə bağlı ona 6000 manat deyil, 3000 manat verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid - N nömrəli hərbi hissənin komandiri, R R şahid5 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N-cü ildən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi R hərbi rütbəsində xidmət etməyə başlamış, həmin tarixdən etibarən Təqsirləndirilən şəxs tanımışdır. Hərbi hissənin 3-cü artilleriya batareyasının 1-ci taqımının 1-ci topunun heyət nəfəri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər zərərçəkmiş şəxs1 ## #### 2025-ci il tarixdən etibarən tanımış, aralarında tabelikdən başqa münasibət olmamış, zərərçəkmiş şəxs1 xidmət müddəti ərzində ## #### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək, ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək və ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək olan müddətlərdə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, həmin müddətlərdə tibb xidməti rəisi vəzifəsini R şahid4 icra etmiş, ## ### 2025ci il tarixdən ## ### 2025- ci il tarixədək olan müddət ərzində xəstəliklə bağlı məzuniyyətə, ## #### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddətdə növbəti məzuniyyətə buraxılmış, tibb məntəqəsinə qəbul olunması, məzuniyyətə buraxılması onun əmri ilə rəsmləşdirilsə də, bunun müqabilində hər hansı şəxsdən hər hansı pul və s. maddi nemət almamış, bu barədə ona hər hansı təklif və ya vəd olunmamış, qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxsla hər hansı formada danışmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 müalicə olunması üçün 3455 manat və ordu sıralarından tərxis olunması üçün 4910 manat vəsaitləri sonuncunun atası zərərçəkmiş şəxs2 aldadaraq 2025-ci ilin aprel ayından iyul ayınadək müxtəlif tarixlərdə hissə-hissə almasını, həmçinin zərərçəkmiş şəxs1 520 manat məbləğdə vəsaitini 2025-ci ilin mart ayının sonları, aprel ayının əvvəllərində aldadaraq ələ keçirdiyini və 2025-ci ilin avqust ayında saat 1N radələrində hərbi hissənin əməliyyat taborunun yerləşdiyi üç mərtəbəli binanın giriş hissəsində durarkən zərərçəkmiş şəxs1 görüb yanına binanın zirzəmi hissəsinin giriş hissəsində cəzalandırmaq üçün sağ üz nahiyəsinə sol əli ilə bir qüvvətli sillə zərbəsi və qarın boşluğuna sağ ayağının diz nahiyəsi ilə bir qüvvətli zərbə vurmasını 2025-ci ilin avqust ayında öyrənmişdir. Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə xidmət müddəti başa çatmamış ordu sıralarından tərxis olunmuşdur. Birinci instansiya məhkəməsində şahid - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun tibb məntəqəsinin rəisi, R şahid4 göstərmişdir ki, 2024-cü ilin noyabr dekabr ayından 2025-ci sentyabr ayınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi vəzifəsini icra etmiş, hərbi hissənin hauitsalı artilleriya diviziyonunun 3-cü haubitsalı artılleriya batareyasının 1-ci taqımının 1-ci heyət nəfəri, əsgər zərərçəkmiş şəxs1 və hərbi hissənin xüsusi əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R Təqsirləndirilən şəxs 2025-ci ilin mart ayında tibb məntəqəsində olarkən xəstə qismində tanımış, əvvəllər tanımamış, aralarında hər hansı dostluq və qohumluq əlaqəsi olmamış, onlarla təklikdə ünsiyyət qurmamış, zərərçəkmiş şəxs1 xidmət müddəti ərzində ## #### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək, ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək və ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək olan müddətlərdə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək olan müddət ərzində xəstəliklə bağlı məzuniyyətə, ## #### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddətdə növbəti məzuniyyətə buraxılmış, bunun müqabilində hər hansı şəxsə hər hansı pul və s. maddi nemət verməsi, qeyd olunanlara bağlı hər hansı vəd və ya təklif etməsi barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdən 01 aprel 225-ci il tarixədək, ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək, ## ##### 2025-ci il tarixdən ## ### 2025ci il tarixədək tibb məntəqəsində stasionar müalicədə olmuşdur. zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs qeyd olunan müddətlərdə təmənnasız şəkildə hərkəs kimi müalicəyə qəbul olunaraq onlara tibbi yardım göstərilmiş, hər hansı əlavə imtiyaz tanınmamış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 müalicə olunması üçün 3455 manat və ordu sıralarından tərxis olunması üçün 4910 manat vəsaitləri sonuncunun atası zərərçəkmiş şəxs2 aldadaraq 2025-ci ilin aprel ayından iyul ayınadək müxtəlif tarixlərdə hissə-hissə almasını, həmçinin zərərçəkmiş şəxs1 520 manat məbləğdə vəsaitini 2025ci ilin mart ayının sonları, aprel ayının əvvəllərində aldadaraq ələ keçirdiyini və 2025-ci ilin avqust ayında saat 1N radələrində hərbi hissənin əməliyyat taborunun yerləşdiyi üç mərtəbəli binanın zirzəmi hissəsinin giriş hissəsində zərərçəkmiş şəxs1 rəislə düzgün danışmadığına görə cəzalandırmaq üçün sağ üz nahiyəsinə sol əli ilə bir qüvvətli sillə zərbəsi və qarın boşluğuna sağ ayağının diz nahiyəsi ilə bir qüvvətli zərbə vurmasını 2025- ci ilin avqust ayında hərbi hissədə olarkən xatırlamadığı şəxslərdən eşitmiş, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 və şahid1 şahid şahid4 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş (ezamiyyətdə olduğundan məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır) N nömrəli hərbi hissənin hərbi qulluqçusu şahid3 şahid şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs2 Sumqayıt Hərbi Prokurorluğuna ünvanlamış olduğu ## ###### 2025-ci il tarixli ərizəsindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs onun övladının müalicə olunması, daha sonra ordu sıralarından tərxis olunması adı altında aldadıb pullarını ələ keçirmişdir. «xxxx» MMC-dən daxil olmuş 01(bir) ədəd CD diskə keçirilmiş baxış protokolundan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına, ***-***-**-** saylı nömrə isə zərərçəkmiş şəxs2 adına rəsmiləşmiş, anten dairələrinin yerləşmə yerlərinə əsasən 2025-ci ilin aprel, iyun və iyul aylarında zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə bağlı mobil telefon Kürdəmir və Sabirabad rayonları ərazisində qeydə alınmışdır. Həmçinin qeyd olunan dövr ərzində həmin nömrələr arasında on bir dəfə mobil operator nömrəsi vasitəsi ilə telefon danışıqları aparılmışdır. zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən araşdırma orqanına təqdim edilən 40 (qırx) ədəd qəbzin kserosurətlərinə edilmiş ## ###### 2025-ci il tarixli baxış protokolundan görünür ki, zərərçəkmiş şəxs2 Kürdəmir və Sabirabad rayonları ərazisindən Təqsirləndirilən şəxs məxsus “xxxx”- ASC-nin «4169-7388-0248-9892» nömrəli bank kartına ## ##### 2025-ci il tarixdə saat 18:11-da 350 manat, ## ##### 2025ci il tarixdə saat 16:55-də 400 manat, ## ##### 2025-ci il tarixdə saat 10:00-da 50 manat, ## ##### 2025-ci il tarixdə saat 09:51-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 11:49da 70 manat, ## ##### 2025-ci il tarixdə saat 12:28-də 35 manat, ## ##### 2025-ci il tarixdə saat 17:45-də 200 manat, ## ##### 2025-ci il tarixdə saat 18:44-də 40 manat, ## ##### 2025-ci il tarixdə saat 18:34 40 manat, ## ##### 2025-ci il tarixdə saat 15:12-də 50 manat, ## ##### 2025-ci il tarixdə saat 15:55-də 50 manat, ## ##### 2025- ci il tarixdə saat 23:06-da 50 manat, ## ### 2025-ci il tarixdə saat 13:49-da 50 manat, ## ### 2025ci il tarixdə saat 18:42-də 300 manat, ## ### 2025-ci il tarixdə saat 18:12-də 60 manat, ## ### 2025-ci il tarixdə saat 14:33-də 530 manat, ## ### 2025-ci il tarixdə saat 22:49da 60 manat, ## ### 2025-ci il tarixdə saat 17:54-də 50 manat, ## ### 2025-ci il tarixdə saat 18:28-də 100 manat, ## ### 2025-ci il tarixdə saat 14:15-də 30 manat, ## ### 2025ci il tarixdə saat 12:16-da 60 manat, ## #### 2025-ci il tarixdə saat 14:40-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 19:16-da 50 manat, ## #### 2025-ci il tarixdə saat 11:18də 380 manat, ## #### 2025-ci il tarixdə saat 07:51-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 13:36-da 200 manat, ## #### 2025-ci il tarixdə saat 18:01-də 40 manat, ## #### 2025-ci il tarixdə saat 21:31-də 60 manat olmaqla ## ##### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək ümumilikdə 3455 manat pul göndərmiş, eyni qaydada Təqsirləndirilən şəxs məxsus həmin bank kartına ## #### 2025-ci il tarixdə 2000, 2000 və 170 olmaqla 4170 manat, ## #### 2025-ci il tarixdə saat 20:00-da 100 manat, ## #### 2025-ci il tarixdə saat 22:09-da 300 manat, ## #### 2025-ci il tarixdə saat 17:36-da 20 manat, ## #### 2025-ci il tarixdə saat 12:27-də 30 manat, ## #### 2025-ci il tarixdə saat 18:18-də 70 manat, ## #### 2025-ci il tarixdə saat 15:53-də 100 manat, ## #### 2025-ci il tarixdə saat 10:53-də 50 manat, ## #### 2025-ci il tarixdə saat 14:37-də 20 manat, ## #### 2025-ci il tarixdə saat 18:18-də 50 manat olmaqla 4910 manat məbləğdə pul göndərmişdir. "xxxx” ASC tərəfindən təqdim edilən “Təqsirləndirilən şəxs” adlı, 41697388******** nömrəli və “BİRBANK CASHBACK PLUS” növlü bank kartından edilmiş çıxarışa keçirilmiş ## ###### 2025-ci il tarixli baxış istintaq hərəkəti protokolundan görünür ki, 2025-ci ilin aprel ayından iyul ayınadək olan dövr ərzində aparılmış 40 əməliyyat nəticəsində həmin karta 350 manat, 400 manat, 50 manat, 50 manat, 70 manat, 35 manat, 200 manat, 40 manat, 40 manat, 50 manat, 50 manat, 50 manat, 50 manat, 300 manat, 60 manat, 530 manat, 60 manat, 50 manat, 100 manat, 30 manat, 60 manat, 50 manat, 50 manat, 380 manat, 50 manat, 200 manat, 40 manat, 60 manat, 170 manat, 2000 manat, 2000 manat, 100 manat, 300 manat, 20 manat, 30 manat, 70 manat, 100 manat, 50 manat, 20 manat və 50 manat olmaqla ümumilikdə 8365 manat məbləğdə pul vəsaiti mədaxil edilmişdir. "xxxx” ASC tərəfindən təqdim edilən ## ###### 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun (AZ**CTRE******************** nömrəli) depozit hesabına 999 (doqquz yüz doxsan doqquz) manat pul vəsaitini vurmuş olduğu ziyanın hissəsi qismində ödəmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## ###### 2024-cü il tarixli *** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci əməliyyat taqımının 1ci əməliyyat qrupunun kəşfiyyatçı operatoru vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## #### 2025-ci il tarixli ** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissədən gəldiyinə görə şəxsi heyətin siyahısına daxil edərək bütün növ təminata qoyulmuş və hərbi hissənin 3-cü artilleriya batareyasının 1-ci taqımının 1-ci topunun həyət nəfəri vəzifəsinə təyin edildiyindən həmin tarixdən vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin ## ###### 2025-ci il tarixli *** nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu R Təqsirləndirilən şəxs ehtiyata buraxılıb hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş ## ###### 2025-ci il tarixli, ***** nömrəli arayışdan görünür ki, zərərçəkmiş şəxs1 hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R Təqsirləndirilən şəxs ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər zərərçəkmiş şəxs1 arasında tabelik münasibətləri olmuş, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 rəis hesab edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə sübutların məcmusuna qiymət verib, düzgün olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 329.1-ci maddələri ilə təqsirli bilmiş, ona həmin maddələri ilə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» ##.##.2005-ci il tarixli qərarında göstərir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir(CPM-nin 349.5-ci maddəsi). Bundan başqa məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli və ## #### 2015-ci il 7 № -li qərarlarının tövsiyələrini nəzərə alır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.

3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 36-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin onun barəsində bəraət hökmünün çıxarılmasına dair dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, habelə rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Onun əməli zərərçəkmiş şəxslər R.zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs1, şahidlər şahid5, şahid4, şahid2, şahid1 və ibtidai istintaqa verdiyi ifadəsi elan edilərək sübut kimi tədqiq edilmiş şahid3 ifadələri, R.zərərçəkmiş şəxs1 ərizəsi, baxış keçirilməsi haqqında protokollar, ödəniş tapşırığı, MNin N nömrəli hərbi hissə komandirinin müvafiq əmrdən çıxarışları, habelə məhkəmə istintaqı zamanı araşdırılmış digər halları və tədqiq edilmiş sənədləri ilə sübuta yetirilmişdir. Ona görə də Kollegiya hazırda göstərilən dəlilləri özünü müdafiə kimi qiymətləndirir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir prosessual qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda qeyd edilən əməllərin törədilməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, bu əməllərin sonuncu tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından, onun təqsirsiz olmasına əsas verən sübutlar olmadığından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əsassız hesab edir. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini, ona təyin edilmiş cəza müddəti ilə bağlı hər iki tərəfin şikayətlərin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun törətdiyi əməlin ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab etmişdir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə kollegiyası da birinci instasiya məhkəməsinin Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ## #### 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir(## ##### 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan...Hüquqları Məhkəməsinin # #### 2013cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün əsas yoxdur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iddiaya dair dəlillərini araşdıraraq, həmin dəlilləri əsaslı hesab etmir və birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni də qanuni və ədalətli hesab edir. Belə ki, iş üzrə toplanmış mötəbər sübutlardan və ittiham aktının məzmunundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunazidd əməli nəticəsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 8365 (səkkiz min üç yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ümumilikdə 999 manat pul vəsaiti qoyulmuşdur. Həmin vəsaitin 479 manat hissəsi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ödənilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi riyazi hesablama qaydalarına və işin hallarına düzgün qiymət verərək müəyyən etmişdir ki, birbaşa dəymiş ziyanın ödənilməyən qalıq hissəsi 7886 (yeddi min səkkiz yüz səksən altı) manat təşkil edir. Mülki iddianın bu həcmdə təmin edilməsi obyektiv reallığı əks etdirir. Zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş qaydada 109 manat dövlət rüsumu ödədiyi iş sənədləri ilə təsdiq olunmuşdur. Zərərçəkmiş şəxsin cinayət prosesi ilə əlaqədar çəkdiyi əlavə xərclərin (yol xərclərinin) məbləğinə gəlincə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu xərcləri ağlabatanlıq və ədalətlilik meyarlarına uyğun təyin etməsi düzgündür. Belə ki, zərərçəkmiş şəxsin daimi yaşadığı Kürdəmir rayonundan Bakı və Sumqayıt şəhərlərində yerləşən müvafiq hərbi hissələrə, istintaq orqanına və məhkəmə iclaslarına mütəmadi gedib-gəlməsi faktı inkaredilməzdir. Bu gediş-gəliş nəticəsində şəxsə vurulan əlavə ziyanın 1000 (bir min) manat həcmində müəyyən edilməsi həm real xərclərin miqyasına, həm də işin ağlabatan hallarına tamamilə uyğundur və ədalətlidir. Yuxarıda qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi mülki iddianı araşdırarkən həm birbaşa dəymiş ziyanın qalıq hissəsini (7886 manat), həm dövlət rüsumunu (109 manat), həm də proses zamanı yaranan yol xərclərini (1000 manat) tam və ədalətli şəkildə nəzərə almışdır. Mülki iddiaçının apellyasiya şikayətində bu məbləğlərin artırılması barədə irəli sürdüyü dəlillər heç bir əlavə mötəbər sübutla əsaslandırılmır. Bu səbəbdən, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mülki iddiaya dair gəldiyi nəticə ilə tam razılaşır. Bundan başqa təqsirləndirilən şəxsin barəsində amnistiya aktının tətbiq edilməklə cəza müddətinin azaldılmasına dair dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 7.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslərə bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi barəsində tətbiq edilmir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 329.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə)ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 07(yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 329.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07(yeddi) iş saatına görə 77 (yetmiş yeddi) manat məbləğində vəsait Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar