Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-209/2026 30.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxin nümayəndəsi-vəkil Nümayəndə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıl qızının və onun müdafiəçisi Fətəliyev İlqar Vaqif oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs İsmayıl qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə barəsində Gədəbəy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gədəbəy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** nömrəli (sədrlik edən Zamiq Rəsulov) hökmü ilə ##.##.1979-cu il tarixdə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs İsmayıl qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.12 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs İsmayıl qızı ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, mülki iddianın baxılmamış saxlanılması qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs İsmayıl qızı qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, ## ##### 2025-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu Söyüdlü kəndində özünə məxsus evin həyətində qardaşı arvadı Mürsəlova llhamə Lətif qızı ilə aralarında olan mülk mübahisəsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı İlhamə Mürsəlovanı əl-qol zərbələri və daş parçası ilə döyüb ona boyunun sıyrığı, sol bazunun şişkinliyi və geniş ölçülü qançırı, sol dizin şişkinliyi qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən llhamə Mürsəlovanın sağlamlığına yüngül zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İlhamə Mürsəlova qardaşı şahid3 arvadıdır. Ata və anası yaşlı olduqları üçün onlara baxır, valideynləriylə birlikdə Söyüdlü kəndində atasının evində yaşayır. Həmin sözügedən evlə bağlı İlhamə ilə aralarında mülki mübahisə olmuş və məhkəmə xeyrinə qərar qəbul etmişdir. Hadisə zamanı ## ##### 2025-ci il tarixdə saat 20 radələrində qeyd olunan eviin həyətində səs-küy eşidib çölə çıxmış, bu zaman Elşadin qızları Nabat və Ayanın qapını sındırdıqlarını görmüş, orada heç kimi vurmamış, bu barədə dərhal DİNin 102 qaynar xəttinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və məhkəməyə müraciət olunmalı olduğunu bildirib çıxıb getmişlər. Bundan sonra İlhamə yaşlı anası Xumayanı vurub ona xəsarət yetirmişdir. Lakin o nə İlhaməni, nə də ki qızlarına xəsarət yetirməmişdir. Hadisə baş verən vaxt İlhamə onunla əlbəyəxa olub onu yerə yıxmışdır. Ümumiyyətlə, hadisəni törədən şəxslərin sözügedən mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı da, mövcuddur. Və həmin qərar icra olunub. Ancaq iş araşdırılan zaman bu hissəyə heç bir hüquqi qiymət verilməmişdir. İstintaq zamanı aydınlaşdırılmamışdır ki, həmin şəxslər çıxarıldıqları evə nə səbəbə gəliblər? Demək ki, həmin evə gəlmələrinin səbəbi sırf hadisə törətmək məqsədi daşıyıb. Həmin adı çəkilən şəxslər evə gələrək səs-küy yaratmış və gəlməklərinin səbəbi konflikt yaratmaqdan ibarət olmuşdur. Qeyd etdiyi faktların hər biri videogörüntülərə (kameraya) düşmüşdür. Onların xəsarət almasına isə özünmüdafiə məqsədilə etdii hərəkətlər səbəb ola bilər. Bu, özünümüdafiə mexanizmidir. Lakin Məhkəmə məsələyə heç bir hüquqi qiymət verməyib, hətta onu təqsirli bilib. Yuxarıda qeyd olunan halların heç birini Məhkəmə nəzərə almamış və onun barəsində amnistiya aktı tətbiq etmişdir. Halbuki o, bəraət almalı və heç bir günahının olmadığı sübut olunmalı idi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçi apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun çıxış edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi və bildirdi ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif olunmuş, onun təqsiri məhkəmə istintaqında mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinəəsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki hallarımübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs İsmayıl qızının qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulması və ya onun ümumi əmək qabiliyyətinin cüzi itirilməsi, yaxud bu nəticələrin hər ikisi baş verir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Söyüdlü kəndində yaşayan Mürsəlov İsmayıl Yusif oğlunun yaşadığı evin həyətidir. Evin həyətinə giriş iki tağlı dəmir göy və içərisində qara rənglər olan darvazadır. İki tağlı dəmir darvazadan bir nəfər keçmək üçün dəmir qapı vardır. Darvazadan içəri daxil olduqda üzbə-üz döşəmə torpaqdan ibarət həyətdir. Sağ tərəfdə İsmayıl Mürəslovun yaşadığı fərdi yaşayış evidir. Sol tərəfdə isə yarım tikilivardır. Eyvanın tikili evə qarşı tərəfi əkin sahəsidir. Həmin yarım tikili evin bir tərəfinə odun yığılmışdır. Yarım tikilinin digər tərəfi yaşamaq üçün ev kimi nəzərdə tutulub. Evə giriş üçün nəzərdə tutulmuş yer təknəfərlik əzilmiş vəziyyətdə olan .qapıdır. Qapının sağ tərəfi paslı dəmir üstü isə yararsız örtüklərlə bağlı qutudur. Üzbə-üz meyvə ağacları vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs İsmayıl qızı bildirmişdir ki, sözügedən evi atası İsmayıl ona bağışlamış, evə və həyətyanı sahəyə dair müvafiq sənədləri vardır. Buna baxmayaraq qardaşı şahid3 və onun ailə üzvləri həmin evdən pay istəyirlər, özbaşlarına evin həyətində olan digər ev üçün nəzərdə tutulmuş yarım tikiliyə sahibləniblər ki, guya onlara məxsusdur. ## ##### 2025-ci il tarixdə qardaşı Elşadın azyaşlı uşaqları Nabat və Ayan sözügedən yarım tikiliyə qalmaq üçün daxil olmuş, həmin vaxt qapının üzərindəki kilidi sındırmışlar. Sözügedən evdən Nabat və Ayam çıxaran zaman aralarında dava-dalaş yaranmış həmin vaxt şahid3 arvadı Mürsəlova llhamə Lətif qızı da onları o, cümlədən onun anası şahid1 və atası İsmayıl Mürsəlovu döyərək xəsarət yetirmişlər; -## ##### 2025-ci il tarixli “Diskə baxış keçirmə haqqında” protokoldan görünür ki, diskdə ## ##### 2025-ci il tarixdə baş vermiş hadisənin görütüntülərini özündə əks etdirən 29 ədəd müxtəlif həcmə qırıq-qırıq video fayllar vardır. Həmin videogörüntülərdən görünür ki, Gədəbəy rayonu Söyüdlü kənd sakini şahid4 bacısı X1 ilə birlikdə Gədəbəy rayonu Söyüdlü kənd sakini Təqsirləndirilən şəxs İsmayıl qızına məxsus evin həyətində yerləşən digər, hazırda mübahisəli olan tikilinin qapı kilidini sındıraraq evə daxil olmuşlar. Həmin vaxt Mürsəlov İsmayıl Yusif oğlu və sonuncunun qızı Təqsirləndirilən şəxs İsmayıl qızı bunu görmüş, sonuncu evin atası İsmayıl tərəfindən ona bağışlandığını bildirərək şahid4 ilə Ayan Mürsəlovanı evdən çıxarmağa cəhd edirlər. Daha sonra Təqsirləndirilən şəxs uca səslə qışqıraraq “hökumət sizi evdən çıxara bilmədi, ancaq mən sizi yaxşı çıxaracam” kimi ifadələr deyərək sözügedən tikilinin qapı girişinin önündə şahid4 və Ayan Mürsəlova ilə mübahisə etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs və İsmayıl Mürsəlov Nabat Mürəslovanı döyməyə başlamış, həmin vaxt səs-küyə Zərərçəkmiş şəxs qızlarının harayına qaçıb həmin yerə gəlmiş, sonuncu mübahisəyə müdaxilə edərək qızı şahid4 Təqsirləndirilən şəxs əlindən almaq istəyərkən, sonuncu Zərərçəkmiş şəxs ilə yaxalaşıb onunla dalaşmağa başlamışdır. Dava zamanı Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Daha sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs süpürləşə-süpürləşə qaranlıq yerə keçmiş, səs küyləri davam etmişdir. Eyni zamanda, İsmayıl Mürəslov da nəvəsi şahid4 evin həyətində tutaraq sonuncunu döymüşdür. Qeyd edilən hadisələrin fonunda şahid1 da ağlamağa bənzər qışqırıq səsləri eşidilir; - məhkəmə tibb ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boyunun sıyrığı, sol bazunun şişkinliyi və geniş ölçülü qançırı, sol dizin şişkinliyi - küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinə olunan göstərdiyi ## ##### 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir; - məhkəmə tibb ekspertizasının ##.##.2025-ci il tarixli, *** nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs İsmayıl qızının bədən səthində aşkar edilmiş xəsarətlər – sol dizin sıyrıqları və sağ dizin qançırı - küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinə olunan göstərdiyi ## ##### 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir; - ##.##.2025-ci il tarixli *-**-**/*-*****/**** nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ## ##### 2025-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu Söyüdlü kəndində yaşayan Təqsirləndirilən şəxs İsmayıl qızının yaşadığı evin həyətində baş vermiş münaqişə zamanı Mürsəlova İlhamə Lətif qızına həmin bədən xəsarətlərini konkret olaraq Təqsirləndirilən şəxs İsmayıl qızı, şahid1 isə bədən xəsarətlərini Mürsəlova İlhamə Lətif qızı yetirmişdir. Həmin münaqişə təxminən 15- 20 dəqiqə müddətində fərdi yaşayış evinin həyətyanı sahəsində qohumlar arasında şəxsi münasibətlərin pozulması zəmnində baş verib davam etmiş, münaqişə zamanı səs-küy yaransa da, kənardan başqa şəxslər oraya toplaşmamış, şəxsi münasibətlər zəmnində başlamış münaqişə sonradan ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Həmin münaqişəni görə biləcək şəxslərin əhatə dairəsini müəyyəne edib istintaqa dindirilmələri üçün təmin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında zərərçəkmiş şəxs İlhamə Mürsəlovaya daşla xəsarət yetirmədiyini göstərsə də, onun zərərçəkmiş şəxslə əlbəyaxa olması, aralarında baş vermiş dava zamanı daş parçası ilə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməsi məhkəmə istintaqı həm zərərçəkmiş şəxsin və şahidin ifadələri, həm müvafiq məhkəmə-tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İlhamə Mürsəlovanın vurmaması, ona xəsarət yetirməməsi barədə göstərdiklərini özünümüdafiə kimi qiymətləndirməməkdə haqlı olmuşdur. Məhkum Təqsirləndirilən şəxs İsmayıl qızının CM-in 128-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs İsmayıl qızının şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs İsmayıl qızının əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İsmayıl qızının CM-in 128-ci maddəsi üzrə təqsirləndirildiyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İsmayıl qızının CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası məhkuma CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPMin 39, 42-ci maddələrinintələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İsmayıl qızı ittiham olunduğu CM-in 128-ci maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İsmayıl qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Gədəbəy Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-209/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-209/2026
30.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver