Məhkəmə qərarları › İş №1(3-9)-270/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-270/2026

12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-270/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Həşimov Yaşar Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakları, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İsmayılov Ramid Ramiz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü (hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) ilə ## #### 1996-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şirvan şəhəri, ünvan 1 daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X11 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərər kimi 75.290 (yetmiş beş min iki yüz doxsan) manat, ödənilmiş dövlət rüsumu əvəzinə 315,87 (üç yüz on beş manat, səksən yeddi qəpik) manat pul olmaqla, ümumilikdə 75.605,87 (yetmiş beş min altı yüz beş manat səksən yeddi qəpik) manatın tutularaq zərərçəkmiş şəxs2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, mülki iddiaçıya mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə aralarındakı yaxın yoldaşlıq münasibətlərindən irəli gələn etibardan sui-istifadə etməklə tanışı zərərçəkmiş şəxs2 maliyyə dəstəyi göstərəcəyi təqdirdə Azərbaycan Respublikasına Çin Xalq Respublikasından çilçıraq və divar kağızı gətizdirib həmin malları sataraq böyük qazanc əldə etmək imkanlarının olması barədə yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs2 2024-cü ilin noyabr ayının ortalarında Şirvan şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə 29240 manat, 2024-cü ilin noyabr ayının ortalarında həmin ünvanda 14.000 manat, 2024-cü ilin noyabr ayının sonlarında həmin ünvanda 13.000 manat, 2025-ci ilin yanvar ayının ortalarında eyni ünvanda 20.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 76.240 manat pul vəsaitini alaraq, həmin pulları şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs2 məxsus külli miqdarda əmlakı, yəni 76.240 (yetmiş altı min iki yüz qırx) manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi Ramid Ramiz oğlu İsmayılov apelyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, # ##### 2026-cı il tarixli ittiham hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında dərhal həbsdən azad olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı cinayət işi üzrə 0# ##### 2026-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs verilən ittihama görə o, tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibardan suiistifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə aralarındakı yaxın yoldaşlıq münasibətlərindən irəli gələn etibardan suiistifadə etməklə tanışı zərərçəkmiş şəxs2 maliyyə dəstəyi göstərəcəyi təqdirdə Azərbaycan Respublikasına Çin Xalq Respublikasından çilçıraq və divar kağızı gətizdirib həmin malları sataraq böyük qazanc əldə etmək imkanlarının olması barədə yalan vəd verib aldadaraq bu adla zərərçəkmiş şəxs2 2024-cü ilin noyabr ayının ortalarında Şirvan şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə 29240 manat, 2024-cü ilin noyabr ayının ortalarında həmin ünvanda 14000 manat, 2024-cü ilin noyabr ayının sonlarında həmin ünvanda 13000 manat, 2025-ci ilin yanvar ayının ortalarında eyni ünvanda 20000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 76240 (yetmiş altı min iki yüz qırx) manat pul vəsaitini alaraq, həmin pulları şəxsi ehtiyacları üçün sərf etməklə verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs2 məxsus külli miqdarda əmlakı, yəni 76240 (yetmiş altı min iki yüz qırx) manat pul vəsaitini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şirvan şəhərində “Köhnə bazar” adlanan yerdə divar kağızlarının və çilçıraqların alqı-satqısı ilə məşğul olur. zərərçəkmiş şəxs2 2020-ci ildən tanıyır. zərərçəkmiş şəxs2la münasibətləri daim yaxşı olmuşdur. Kamal Şirvan şəhərində “Köhnə bazar” adlanan yerdə qızıl alqısatqısı ilə məşğul olmuşdur. O, eyni zamanda zərərçəkmiş şəxs2 “faizə” pul verdiyini də bilmişdir. O, 2024- cü ilin təxminən avqust-sentyabr aylarında mağazasına oboy və çilçıraq tədarük etmək üçün zərərçəkmiş şəxs2 10000 (on min) manat pul almış, bunun qarşılığında 4000 (dörd) min manat faiz, 10000 (on min) manat əsas məbləğ olmaqla ona ümumilikdə 14000 (on dörd) min manat pul qaytarmışdır. Bundan sonra Kamal tez-tez onun mağazasına gəlmiş ehtiyac olarsa ona “faizə” pul verə biləcəyini demişdir. O, “faizlə” işləməyin ona sərf etmədiyini deyərək Kamalın həmin təklifini qəbul etməmişdir. Sonradan mağazasına yenidən divar kağızı və çilçıraq tədarük etmək, həmçinin şəxsi ehtiyaclarına sərf etmək üçün 2024-cü ilin noyabr ayı ərzində Kamaldan hissə-hissə olmaqla ümumilikdə 57000 (əlli yeddi min) manat pul almışdır. Həmin pulları Kamaldan Şirvan şəhəri “Köhnə bazar” adlanan yerdə yerləşən mağazasında nağd şəkildə əlbəəl qəbul etmişdir. Aralarındakı razılaşmaya əsasən həmin pulun qarşılığında növbəti aydan etibarən Kamala “faiz” ödəməli imiş. O, aldığı pulların bir hissəsi ilə mağazasına divar kağızı və çilçıraq tədarük etmiş, qalan hissəsini isə şəxsi ehtiyacları üçün sərf etmişdir. O, növbəti aylarda hər dəfə 12000 (on iki min) manat olmaqla Kamala ümumilikdə 36.000 manat pul vermişdir. Bundan başqa Kamala müxtəlif vaxtlarda kredit borclarını ödəməsi üçün 900 və 1.000 manat məbləğlərində pul vermişdir. Kamal onun barəsində Şirvan ŞPŞ-yə şikayət etdikdən sonra onu polis şöbəsinə çağırmışlar, polis əməkdaşları ona Kamaldan ümumilikdə 77.000 manat pul aldığını deyərək həmin məzmunda izahat verməyi tələb etmişlər. O, polis əməkdaşlarına Kamaldan yalnız 57.000 manat pulu “faizə” aldığını, həmin pulun bir hissəsini Kamala qaytardığını bildirsə də, polis əməkdaşları yenidən ondan onların dedikləri məzmunda izahat yazmağı tələb etmişlər. Onu Şirvan ŞPŞ-nin Növbətçi hissəsində dörd gün saxladıqdan sonra polis şöbəsindən buraxmışlar. Bundan sonra o, Kamalla görüşmüş və ona əlbəəl 30.000 manat məbləğində pul vermişdir. Həmin vaxt onların yanında heç kəs olmamış, həmçinin o, Kamala etibar etdiyindən Kamalın 30.000 manat pulu qəbul etməsi ilə bağlı ondan heç bir təsdiqedici sənəd tələb etməmişdir. Bununla da onun Kamala olan borcu tam şəkildə ödənmişdir. Onun hal-hazırda Kamala heç bir borcu yoxdur. Bundan başqa, o, Kamala girov qismində 10.000 manat dəyərində qızıl-zinət əşyaları vermiş, lakin halhazıradək Kamal həmin qızılları ona geri qaytarmamışdır. zərərçəkmiş şəxs1 tanışı şahid1 vasitəsilə tanımış, Gülnarənin “faizə” pul verdiyini bilmişdir. O, Gülnarənin evində Gülnarədən iki dəfə ümumilikdə 8.700 manat pulu faiz ödəmək şərti ilə almışdır. Pulları manatla aldığı halda Gülnarə gələcəkdə özünü “sığortalamaq” məqsədilə dəftərə həmin məbləğləri dollarla qeyd etmişdir. Belə ki, ilk dəfə Gülnarədən 2200 manat pul aldığı halda, Gülnarə dəftərə onun 2.200 dollar aldığını qeyd etmişdir. Gülnarə həmin pulu ona 20%-lə vermişdir. O da pula ehtiyacı olduğundan həmin qeydin altından imza atmışdır. Gülnarəyə həmin məbləğin bir hissəsini hissəhissə qaytarmışdır. Hal-hazırda Gülnarəyə 1500 manat borcu qalmışdır. Ümumiyyətlə, onun nə Gülnarə ilə nə də X1 Respublikasından və ya digər yerdən divar kağızı, çilçıraq gətirib satışındanqazanc əldə etmək barədə danışığı, belə bir razılaşması olmamı şdır. Göründüyü kimi birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs sərbəst ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona verilən ittiham üzrə özünü təqsirli bilməmiş və öz müdafiəsi ücün işin faktiki halları ilə bağlı dəlillər gətirərək təqsirsiz olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadə vermişdir. O, Kamala və Gülnarəyə qarşı dələduzluq etməmiş, hər iki şəxsdən faizlə ödəmək şərti ilə borc pul almış və borcunu tam şəkildə ödəmişdir. Kamal və Gülnarə ilə aralarından Çin Xalq Respublikasından və ya digər yerdən divar kağızı və çilçıraq gətirib satmaq, satışından qazanc əldə etmək barədə sövdələşmə olmamışdır. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən müdafiəsi ücün gətirdiyi dəlillər səmimi və həqiqətə uyğun olmaqla ona verilən ittihamın mötəbərliyini sual və şübhə altında saxlayır. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə iclasında qeyd etdikləri məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın əsassızlığı, eləcə də şübhəli olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Müdafiə tərəfi olaraq hesab edir ki, işə baxan məhkəmə əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxsi işin hallarını hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq CM-nin 178.3.2-ci maddəsi ilə məhkum etmişdir. Odur ki, hörmətli məhkəmə kollegiyasından həmin hallara xüsusi diqqət yetirməsini xahiş edir. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilənlərlə heç bir əlaqəsi yoxdur. Hesab edir ki, şəxsə qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamış və həmin ittiham heç bir mötəbər sübuta istinad olunmadan “təsdiq olunmuşdur”. Qəbul edilmiş hökmdə isə yalnız istintaqın hazırki iş üzrə gəldiyi qərəzli nəticə bir daha eynilə təsdiq olunmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama münasibətdə tamamilə təqsirsizdir və o, öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Hazırki halda istintaq orqanı tərəfindən sübut hesab olunaraq məhkəməyə təqdim edilmiş iş materiallarında olan sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə mötəbər sübut hesab oluna bilməz. Beləliklə, müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyim şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə aidiyyətinin olmaması təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində təsbit olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Ali Qanunun tələbindən də görünür ki, məhkəmə şəxsin təqsirliliyi ilə bağlı şübhəyə düşməməli və istinad olunan əməli həqiqətən onun törətməsini qanun vericiliklə müəyyən edilmiş qaydada toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən etməlidir. «Barbera, Messagavə Habordo İspaniyaya qarşı» məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələrlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Hesab edi ki, ittiham tərəfindən toplanmış və məhkəməyə təqdim olunmuş materiallar hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə tamamilə şübhəlidir. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq hesab edi ki, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Bu tələblər baxımından hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham çox primitiv və dayanıqsızdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı ittiham tərəfinin ziddiyyətli mövqeyindən başqa heç bir sübutu yoxdur. Odur ki, ittihamın sübutluluğuna bir daha yuxarıda istinad edilən qanunlar və mötəbər məhkəmə aktları baxımından nəzər salınmasını xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli barəsində hökmü ədalətsiz və qanunsuz heab edir. Hökmü çıxarmış məhkəmə kollegiyası, onunla qərəzli mövqedə olaraq, məhkəmə baxış iclaslarında, sübutlara düzgün hüquqi qiymət verməmiş və barəsində yanlış, əsassız qərar qəbul etmişdir. Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması üçün müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383.1.1-ci maddəsinin tələblərinə əsasən məhkum edilmiş şəxs Apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin Məcəllənin 384.1-ci maddəsinin müddət tələblərinə riayət etməklə, həmin Məcəllənin 387-ci maddəsini tələblərinə uyğun olaraq, Konstitusiyanın 65-ci maddəsini rəhbər tutaraq, Şikayətinin təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilərək, barəsində cinayət işi icraatınıza qəbul barəsində qanunun tələblərinə müvafiq, əsaslı, ədalətli hökm çıxarılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apelyasiya şikayətinə etiraz edərək, məhkum olunmuş şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək hökmün dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini dəyişdirərək vurulmuş ziyanın ödənilməklə tərəflər arasında barışıq əldə olunduğundan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməklə azadlığa buraxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi ilə razılaşdığını və apellyasiya şikayətinin dəlillərinin dəyişdirilərək onun barəsində həbslə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinin dəyişdirilməsinə dair müdafiə tərəfinin mövqeyini nəzərə alaraq, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apelyasiya şikayətləri təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, şahidlər şahid2, şahid1 ifadələri, * saylı Ərazi Vergilər İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu, “Baxış keçirilməsi haqqında” ## ###### 2026-cı il tarixli protokolu, Götürmə aparılması və baxış keçirilməsi haqqında” ## ####### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş qəbzi və işdə olan digər sənədlərlə Gülnap Abdullayevin CM-in 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də digər sübutlar ətraflı şəkildə təsvir olunduğundan məhkəmə kollegiyası prosessual qənaət prinsipi və məhkəmə aktlarının səmərəliliyi baxımından həmin sübutların yenidən geniş şəkildə təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və # ##### 2026-cı il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini CM-in 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəyişdirilmiş dəlillərindən görünür ki, CM-in 62 və ya 70ci maddəsinin tətbiq edilməklə təqsirləndirilən şəxsin azadlığa buraxılması xahiş edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza məsələsini araşdırıb hesab edir ki, məhkum olunmuş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin və apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin çıxışlarının məhkəmənin cəza təyin edərkən törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyəti, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri və cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaması və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olub-olmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini hərtərəfli araşdırmaması barədə dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsində onun ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. “Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin еdilməsi təcrübəsi hаqqındа”Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 2003-cü il ## #### tаriхli 4 sаylı qərаrın 4-cü bəndinə görə Cinаyət Məcəlləsinin 59-cu mаddəsində cəzаnı yüngülləşdirən hаllаrın sаyı məhdudlаşdırılmаdığındаn cəzа təyini zаmаnı həmin mаddədə nəzərdə tutulmаmış hаllаr dа cəzаnı yüngülləşdirici hаllаr qismində nəzərə аlınа bilər. Bеlə hаllаrın yüngülləşdirici hаllаr kimi qəbul еdilməsi hökmdə əsаslаndırılmаlıdır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığını bildirmişdir. ##.##.2026-cı il tarixli apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 yazılı ərizə təqdim edərək, ona vurulmuş 76.240 manat ziyandan 50.000 manat ziyanının ödənildiyini, qalan 26.240 manat ziyanın ödənilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirmişdir. Həmçinin qeyd edərək bildirmişdir ki, ona vurulmuş ziyan təqsirləndirilən şəxsin atası tərəfindən ödənilmişdir. Hazırki mərhələdə təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ##.##.2026-cı il tarixli məhkəmə baxışı iclasında yazılı ərizə təqdim edərək, 240 manatın da ona ödənildiyini, hazırki borcun 26.000 manat təşkil edildiyini bildirmişdir. İş üzrə mülki iddiadan imtina etdiyini, qalan məbləğlə bağlı razılıq əldə olunduğunu bildirərək mülki iddiaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayəti və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən məhkum olunmuş şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından görünür ki, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-in 8.1-ci, 9.2-ci, 41.2-ci və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * №-li Qərarının 25-ci bəndinin 2-ci hissəsinə görə şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası məhkəmə baxışında müəyyən olunmuş yuxarıda qeyd edilən CMin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən halların, CM-in 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndiriən, onun özünün və törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qəbul edərək, bu halları onun təyin olunmuş cəzanı çəkmədən islah olunmasının mümkünluyünü təsdiq edən amillər kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dəymiş zərərin böyük qismini ödəməsi, qalan borcun ödənilməsi üçün öhdəlik götürülməsi onun təkrar cinayət törətmə riskinin nisbətən aşağı olması və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü barədə məhkəmə kollegiyasında qənaət formalaşdırır. Bu baxımdan, azadlıqdan məhrum etmə cəzasının real icrası islah məqsədinə çatmaq üçün zəruri görünmür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmuyu əsas verir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür, ona görə də birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddətinə şərti tətbiq edilməli, bu baxımdan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayəti təmin edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, qanunvericilik şərti məhkum etmənin əsasını məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü ilə şərtləndirmiş və şərti məhkum etmənin tətbiq edən zaman nəzərə alınmalı məsələlərin dairəsini müəyyən etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəuyğun hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və ya cəzalandırılması ilə bağlı tələbi yoxdur. Bu hallar təqsirləndirilən şəxsin əməlindən peşman olduğunu, törətdiyi əmələ tənqidi münasibət bəslədiyini və islah olunmaq istiqamətində müsbət davranış nümayiş etdirdiyini göstərir. Qeyd olunmalıdır ki, cinayət qanunvericiliyinin məqsədi yalnız cəzalandırmaq deyil, həm də məhkumun islah edilməsini və yeni cinayətlərin qarşısının alınmasını təmin etməkdir. Mövcud iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmaması, habelə iş üzrə digər yüngülləşdirici hallar birlikdə qiymətləndirildikdə, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Bu səbəbdən hesab edilir ki, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi cəzanın məqsədlərinə tam cavab verir, ədalət və humanizm prinsiplərinə uyğundur, həm təqsirləndirilən şəxsin islahına, həm də yeni cinayət törətməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın əksər hissəsini könüllü şəkildə ödəməsi onun törətdiyi əməlin nəticələrinə münasibətini və vurulmuş zərərin aradan qaldırılmasına real səy göstərdiyini nümayiş etdirir. Bu baxımdan təqsirləndirilən şəxsin ziyanın əksər hissəsini ödəməsi formal xarakter daşımayan, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı mühüm haldır. Bununla yanaşı, zərərçəkmiş şəxsin hazırda təqsirləndirilən şəxs barəsində şikayət və ya tələbinin olmaması da təqsirləndirilən şəxsin şəxsiyyətinin və cinayətdən sonrakı davranışının qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır. Zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı hər hansı iddia və şikayətinin qalmaması, xüsusilə vurulmuş ziyanın böyük hissəsinin ödənilməsi ilə birlikdə qiymətləndirildikdə, cinayətin nəticələrinin aradan qaldırılması istiqamətində müəyyən addımların atıldığını göstərir. Burada nəzərə alınmalı mühüm məqam həm də ondan ibarətdir ki, zərərçəkmiş şəxsin şikayətçi olmaması öz-özlüyündə cinayət məsuliyyətini və ya cəzanı aradan qaldırmır. Lakin bu hal təqsirləndirilən şəxsin sonrakı davranışını, zərərçəkmişlə münasibətini və vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasını xarakterizə edən hal kimi cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alına bilər. Təqsirləndirilən şəxsin davranışı onun törətdiyi əməldən sonra vəziyyəti düzəltməyə yönəldiyini göstərir. Belə ki, o, dəymiş ziyanın əksər hissəsini ödəmiş, bununla da zərərçəkmiş şəxsin əmlak maraqlarının bərpası istiqamətində real hərəkət etmişdir. Bu hal təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətinin və gələcək davranışının qiymətləndirilməsi baxımından müsbət xarakter daşıyır. Şərti məhkum etmənin tətbiqi məsələsində əsas diqqət təqsirləndirilən şəxsin gələcəkdə islah olunması üçün real azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin zəruri olub-olmamasına yönəldilməlidir. Əgər məhkəmə şəxsin cəmiyyət üçün yaratdığı təhlükənin real həbs cəzası çəkilmədən də aradan qaldırıla biləcəyinə və onun islahının şərti məhkum etmə şəraitində mümkün olduğuna dair qənaətə gələrsə, azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinin məqsədəuyğunluğu barədə nəticəyə gələ bilər. Bu baxımdan təqsirləndirilən şəxsin cəzanın məqsədlərinə real azadlıqdan məhrum edilmədən də nail oluna biləcək şəxs olması xüsusilə vurğulanmalıdır. Onun cinayətdən sonra zərərin ödənilməsinə yönəlmiş aktiv davranışı, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmaması və digər müsbət xarakterizəedici hallar birlikdə götürüldükdə, şəxsin islah olunması üçün real azadlıqdan məhrum etmə cəzasının zəruri olmadığı barədə nəticəyə gəlməyə əsas verə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilməli və sınaq müddəti ərzində məhkum olunmuş şəxsin üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, zərərçəkmiş şəxs-mülki iddiaçının iddiası qismən təmin edilmişdir. Apellyasiya məhkəməsində isə mülki iddiaçı zərərçəkmiş şəxs2 ərizəsində mülki iddiasından imtina etdiyini bildirmiş və mülki iddiaya xitam verilməsini xahiş etmişdir. CPM-in 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. MPM-in 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçı zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397, 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən dərhal həbsdən azad edilsin. Qərarın həmin hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinə həvalə edilsin. Mülki iddiaçı zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar