Məhkəmə qərarları › İş №1(3-9)-414/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-414/2026

12.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 1(3-9)-414/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 İlyasxan oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlərin təmin edilməməsi barədə həmin Məhkəmənin ## ### 2026-cı il tarixli qərarından müdafiəçi müdafiəçi2 İlyasxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və ## #### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-119)-1/2026 (hakim X2) saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə təqsirli bilinməsi, ona 1 (bir) il 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.6, 1.16 və 5.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının üzərində saxlanılması, Təqsirləndirilən şəxs barəsində bu cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin ləğv edilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair mülki iddia ərizəsinin baxılmamış saxlanılması barədə yekun qərar qəbul etmişdir. Müdafiəçi müdafiəçi2 İlyasxan oğlu Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə vəsatət verərək onunla əsaslandırmışdır ki, müdafiəçi olaraq ##.##.2026-cı il tarixdə bir neçə məhkəmə və istintaq hərəkətində iştirak etməli olduğundan apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim edə bilməmiş, həmin gün axşam isə internet bağlantısının olmaması səbəbindən elektron qaydada da göndərmək mümkün olmamış və bu səbəbdən prosessual müddət yalnız bir gün ötürüldüyünü qeyd edərək vəsatətin təmin olunmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə müdafiəçisi müdafiəçi2 İlyasxan oğlunun Füzuli Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-*/**** saylı hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair verilmiş vəsatət rədd edilmişdir. Həmçinin təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə vəsatət verərək onunla əsaslandırmışdır ki, onun savadsız olması, müdafiəçisinin şikayəti vaxtında verəcəyinə inanması və müddətin ötürülməsi barədə yalnız sonradan məlumat əldə etməsi ilə əlaqədar olduğu üçün vəsatətin təmin olunması xahiş olunmuşdur. Füzuli Rayon Məhkəməsinin (hakim X2) ##.##.2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-*/**** saylı hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair verilmiş vəsatət rədd edilmişdir. Müdafiəçi müdafiəçi2 İlyasxan oğlu Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli1(5-119)-1/2026 qərarının ləğv edilərək, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi kimi verdiyi ötürülmüş prosessual müddətin bərpa olunmasını dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli qərarından apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilərək cinayət işi üzrə ötürülmüş prosessual müddətin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə baxışı iclasında: Dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 İlyasxan oğlu apellyasiya şikayətlərinin dəlilləri üzrə çıxış edərək apellyasiya şikayətlərinin təmin olunmasına dair qərar verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, müdafiə tərəfini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini tətbiq edilməli cinayət-prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin ##.##.2026 və ##.##.2026-cı il tarixli qərarlarından görünür ki, həmin məhkəmə apellyasiya şikayətləri verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir tutarlı sübutun olmaması əsası ilə mübahisələndirilən hökmdən apellyasiya şikayətləri verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə müdafiəçi müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vəsatətləri təmin olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticələrini qanuni və əsaslı hesab edir və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı cinayətprosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri sayır. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü elan olunarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2la birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayətləri verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materialları üzrə müdafiəçi müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə hökmdən apellyasiya şikayəti vermə müddəti hökm elan olduğu gündən başlanılmış (##.##.2026-cı il) və qeyd olunan hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin sonu ##.##.2026-cı il tarixdə başa çatmışdır. Beləliklə də, müəyyən olunur ki, hökmdən apellyasiya şikayəti vermə müddəti müdafiəçi müdafiəçi2 tərəfindən 1 (bir) gün, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən isə 27 (iyirmi yeddi) gün müddət keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətləri vermək hüququ və imkanları olsa da, onlar bu hüquqlarından istifadə etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa olunması barədə hər iki vəsatəti araşdırarkən hesab edir ki, həmin müddətin buraxılması üzrlü səbəblərlə əlaqədar olmamış və onun bərpası üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, qanunla hökmündən apellyasiya şikayəti və ya protesti verilməsi üçün müəyyən edilmiş 20 günlük müddət müdafiə tərəfinin öz prosessual hüququnu həyata keçirməsi üçün kifayət qədər geniş və real imkan yaradır. Həmin müddət ərzində təqsirləndirilən şəxs və onun müdafiəçisi hökmün məzmunu ilə tanış olmaq, onunla bağlı hüquqi mövqeyi müəyyən etmək və apellyasiya instansiyası qarşısında iradlarını prosessual qaydada ifadə etmək imkanına malik olmuşlar. Məhkəmə kollegiyası nəzərə alır ki, müdafiəçi peşəkar hüquqşünas olmaqla cinayətprosessual qanunvericiliyin tələblərindən və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətlərdən məlumatlı olmalı, müdafiə etdiyi şəxsin prosessual hüquqlarının vaxtında həyata keçirilməsini təmin etmək üçün zəruri tədbirləri görməlidir. Bu baxımdan, müddətin buraxılmasına səbəb olan halların qiymətləndirilməsində müdafiəçinin peşəkar statusu və üzərinə düşən prosessual vəzifələr də nəzərə alınmalıdır. Xüsusilə qeyd edilməlidir ki, müdafiə tərəfinin apellyasiya şikayətini hökmün elan edilməsindən və ya onun alınmasından sonra dərhal tam və hərtərəfli əsaslandırmaq imkanının olmaması apellyasiya şikayətinin ümumiyyətlə verilməməsinə əsas vermir. Müdafiə tərəfi ən azı qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində müvəkkili olan təqsirləndirilən şəxsin adından apellyasiya şikayəti verə, həmin şikayətdə hökmün hansı hissəsindən narazı olduğunu və apellyasiya instansiyası tərəfindən onun yoxlanılmasını istədiyini bildirə, daha sonra isə qanunla nəzərdə tutulmuş prosessual imkanlardan istifadə etməklə öz mövqeyini əsaslandıra bilərdi. Beləliklə, apellyasiya şikayətinin ilkin mərhələdə tam hüquqi əsaslandırılmasının mümkün olmaması müddətin ötürülməsi üçün obyektiv və qarşısıalınmaz səbəb kimi qəbul edilə bilməz. Əksinə, prosessual hüququn vaxtında həyata keçirilməsi üçün şikayətin müəyyən edilmiş müddət ərzində təqdim edilməsi kifayət etmiş, onun hüquqi arqumentlərlə daha ətraflı əsaslandırılması isə sonrakı prosessual mərhələdə həyata keçirilə bilən məsələ olmuşdur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, buraxılmış müddətin bərpası üçün yalnız müddətin ötürülməsi faktının mövcudluğu kifayət etmir. Müddətin buraxılmasının səbəbi konkret, obyektiv və üzrlü olmalı, şəxsin öz iradəsindən asılı olmayan və prosessual hüququnu vaxtında həyata keçirməsinə real maneə yaradan hal təşkil etməlidir. Hazırkı halda isə belə xarakterli hər hansı obyektiv maneənin mövcudluğu məhkəməyə təqdim edilmiş materiallarla təsdiq edilmir. Əksinə, müdafiə tərəfinin sərəncamında qanunla müəyyən edilmiş 20 günlük müddət olmuş, həmin müddət ərzində apellyasiya şikayətinin verilməsi üçün real imkan mövcud olmuşdur. Müdafiə tərəfinin bu imkanından istifadə etməməsi, özü-özlüyündə müddətin bərpasını şərtləndirən üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya şikayəti vermə hüququnun səmərəli həyata keçirilməsi üçün şikayətin mütləq şəkildə həmin müddət ərzində mükəmməl və ətraflı hüquqi əsaslandırılması tələb olunmur. Təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi baxımından əsas məsələ onun apellyasiya qaydasında məhkəmə aktının yoxlanılmasını tələb etmək imkanının vaxtında reallaşdırılmasıdır. Bu imkan mövcud olduğu halda, müdafiə tərəfinin heç olmasa qısa və əsaslandırılması sonradan genişləndirilə bilən şikayət vermək əvəzinə müəyyən edilmiş müddəti tamamilə buraxması onun öz prosessual davranışının nəticəsidir. Məhkəmə kollegiyası müdafiəçinin peşəkar hüquqşünas olmasını da məhz bu kontekstdə qiymətləndirir. Müdafiəçinin peşəkar statusu ondan müvəkkilinin prosessual hüquqlarının həyata keçirilməsi üçün zəruri və ağlabatan tədbirləri vaxtında görməsini tələb edir. Bu səbəbdən, müddətin cəmi bir gün ötürülməsi faktının özü mütləq şəkildə üzrlü səbəb kimi qəbul edilə bilməz. Əsas məsələ müddətin hansı səbəbdən və müdafiə tərəfinin iradəsindən asılı olmayan hansı obyektiv hal nəticəsində buraxılmasıdır. Belə hal isə müəyyən edilməmişdir. Nəticə etibarilə, məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti vermə müddətinin buraxılması üçün üzrlü və obyektiv səbəb mövcud olmamış, müdafiə tərəfinin prosessual hüququnu qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirmək üçün kifayət qədər real imkanları olmuşdur. Bu səbəbdən, müddətin bərpası barədə vəsatətin təmin edilməsi üçün qanuni və faktiki əsaslar yoxdur və həmin vəsatət təmin edilməməlidir. Belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunur. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, müdafiəçi müdafiəçi2 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri Füzuli Rayon Məhkəməsinin prosessual müddətin bərpasında imtina olunması haqqında ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli, *(*- ***)-*/**** saylı qərarlarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarları isə dəyişdirilmədən saxlanılmalıdır. AR Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı: Müdafiəçi müdafiəçi2 İlyasxan oğlu və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı və ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarları həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar