Məhkəmə qərarları › İş №2(001)-10/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-10/2024

19.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-10/2024 19.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Tərbiz oğlu və Cavabdeh4 qarşı pul tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və X8 qarşı “maddi-mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə qarşılıqlı iddia ərizələrinə dair mülki işə 19 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 5650 manat, Cavabdeh3 5000 manat və 2000 ABŞ dolları, Cavabdeh1 15300 ABŞ dolları, Cavabdeh4 5000 ABŞ dolları və 2000 Avro məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı və X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş icarə haqqı kimi 27200 ABŞ dolları (46240 manat ekvivalentində), avtomobilə vurulmuş zərərə görə 48216 manat məbləğində pul vəsaitinin İddiaçı, həmçinin 3 ay ərzində avtomobildən birgə istifadəyə görə X12 və İddiaçı müştərək qaydada 5100 ABŞ dolları (8670 manat ekvivalentində) pulun tutularaq ona ödənilməsi, habelə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin təxminən yanvar ayında, 2016-cı ildən tanıdığı həmyerlisi Cavabdeh3 Tərbiz oğlu ilə söhbət əsnasında o, Almaniyada yaşayan tanımadığı şəriki Mehdi adlı şəxsin anası Cavabdeh2 mülkiyyətində olan “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilinin **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunu satmaq niyyətində olduğunu bildirmişdir. Cavabdeh3 Tərbiz oğlu həmçinin “AG” bankda girov müqaviləsilə yüklü olan yarımqoşqunun kredit yolu ilə hər ay 700 ABŞ dolları olmaqla 32 ay ərzində ödəmək şərtilə 22400 ABŞ dollarına satıldığını, iddiaçı razılıq verəcəyi təqdirdə ümumi məbləğdən çıxmaqla əvvəlcədən 5000 ABŞ dolları ödəməli olduğunu, qalan məbləği isə hissə-hissə ödəyə biləcəyini, pulu tam ödədikdən sonra nəqliyyat vasitəsinin onun adına rəsmiləşdiriləcəyini, bu sövdələşmə ilə bağlı ödənişlərin alınmasının Mehdi tərəfindən ona həvalə edildiyini demişdir. Bu söhbətdən sonra iddiaçı Asifin köməkliyi ilə **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya baxış keçirərək, bəyənib almağa razılıq verdi. Daha sonra Cavabdeh3 onun iştirakı ilə öz mobil telefonundan whatssapla Mehdiyə zəng edərək, onunla danışmağını təmin etdi. Mehdi telefonla danışanda Asifin dediyi şərtlərlə yarımqoşqunu ona satmağa razılığını təsdiq edərək, ilkin ödənişi Cavabdeh3 Tərbiz oğluna ödəməyini, aylıq kredit ödənişlərini isə Xırdalan şəhərinin girişində “Nazlı petrol” YDM-də Dünyamalı və Rövşən adlı şəxslərə verməyini istədi. O da Mehdinin dediyi şərtlərlə razılaşıb, 2018-ci ilin yanvar ayının sonlarında Cavabdeh3 Tərbiz oğluna, onun Bakı şəhərində “Ulduz” metrosunun yaxınlığında yerləşən iş yerində iddiaçının əmisi oğlu Vasifin iştirakı ilə yarımqoşquya görə 5000 manat ilkin ödəniş kimi ödədi. 02 fevral 2018-ci il tarixdə Mehdinin anası, ilk dəfə üzünü gördüyü Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, 53 saylı notariat kontorunda **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə onun adına bir il müddətinə etibarnamə və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini verdi. Bundan sonra o, həmin gün Xırdalan şəhəri yaxınlığındakı dayanacaqdan yarımqoşqunu götürüb, 650 manat pul xərcləyərək, bəzi nasazlıqları təmir etdirdi. 2018-ci ilin fevral ayının ortalarında Cavabdeh3 Tərbiz oğlu yuxarıda qeyd olunan “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilinin də kredit yolu ilə hər ay 1000 ABŞ dolları olmaqla 32 ay ərzində ödəmək şərtilə 32000 ABŞ dollarına satıldığını, razılıq verəcəyi təqdirdə ümumi məbləğdən çıxmaqla əvvəlcədən 5000 ABŞ dolları ödəməli olduğunu, qalan məbləği isə hissə-hissə ödəyə biləcəyini, pulu tam ödədikdən sonra nəqliyyat vasitəsinin onun adına rəsmiləşdiriləcəyi barədə xəbəri ona bildirdi. Bundan sonra Xocasən qəsəbəsindəki avtomobil təmiri sexində təmirdə olan “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilinə baxış keçirdi. Nəqliyyat vasitəsində mövcud olan xırda nasazlıqları nəzərə almadan avtomobilin ümumi vəziyyəti onu qane etdiyindən onu almaq barədə razılığını verdim. Lakin həmin vaxt maddi cəhətdən çətinliyi olduğundan avtomobilə görə ilkin ödənişi 2018-ci ilin may ayında ödəyə biləcəyini bildirdikdə, Mehdi avtomobilin aylıq kredit ödənişini ayın əvvəlində ödəmək şərti ilə onun təklifi ilə razılaşdı. 2018-ci ilin fevral ayının sonlarında Mehdinin tapşırığı və verdiyi telefon nömrəsi ilə Cavabdeh1 zəng vuraraq, Xırdalan şəhərinin girişində “Nazlı petrol” YDM-də görüşüb yarımqoşquya görə 700 ABŞ dolları, dartıcı yük avtomobilinə görə 1000 ABŞ dolları olmaqla, cəmi 1700 ABŞ dollarını ona verdi. Mehdinin razılığı ilə 2018-ci ilin mart ayının əvvəllərində “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilini açarları ilə birlikdə ustadan götürüb, özü avtomobildə bir sıra təmir işləri apardı. 18 mart 2018-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu 6 saylı notariat kontorunda **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilinə görə onun adına bir il müddətinə etibarnamə, eləcə də həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini ona verdi. 27 mart 2018-ci il tarixdə və 27 aprel 2018-ci il tarixdə Xırdalan şəhərinin girişində “Nazlı petrol” YDM-də Cavabdeh1 ilə görüsüb hər dəfə yarımqoşquya görə 700 ABŞ dolları, dartıcı yük avtomobilinə görə isə ABŞ dolları olmaqla, cəmi 1700 ABŞ dollarını ona verdi. 2018-ci ilin may ayında Mehdi ilə telefonla əlaqə saxlayanda o, “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilin pulundan razılaşdıqları 5000 ABŞ dollarından da əlavə pul verməyini istəyib, sonda ödəməli olduğu puldan çıxacağını bildirdi. Bu şərtlə razılaşaraq “Nazlı petrol” YDM-in yaxınlığındakı ofisdə orada işləyən Rövşən və adlarını bilmədiyi 2-3 nəfər digər şəxslərin iştirakı ilə Mehdinin tapşırığı ilə Cavabdeh4 5000 ABŞ dolları və 2000 avro pul verdi. 2018-ci ilin may ayının sonunda “Nazlı petrol” YDM-in yaxınlığındakı ofisdə Cavabdeh1 ilə görüşüb yarımqoşquya görə 700 ABŞ dolları, dartıcı yük avtomobilinə görə isə 1000 ABŞ dolları olmaqla, cəmi 1700 ABŞ dollarını ona verdi. Həmin vaxtlarda dartıcı yük avtomobili və yarımqoşqu onun istifadəsində idi. Beləliklə, 2018-ci ilin oktyabr ayı da daxil olmaqla hər ay yarımqoşquya görə 700 ABŞ dolları, dartıcı yük avtomobilinə görə isə 1000 ABŞ dolları olmaqla, cəmi 1700 ABŞ dollarını “Nazlı petrol” YDM-in yaxınlığındakı ofisdə Cavabdeh1 verirdi. 2018-ci ilin fevral ayından oktyabr ayı daxil olmaqla, Cavabdeh1 ümumilikdə (9 ay x 1700 $ = 15300 $) 15300 ABŞ dolları məbləğində pul vermişdir. 2018ci ilin oktyabr ayının sonunda o, “Mercedes AXOR” markalı 99-XC- 273 dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Azərbaycan-Gürcüstan sərhədini keçərkən, Gürcüstan gömrük buraxılış məntəqəsində nəqliyyat vasitələrinin sənədləri yoxlanılarkən, qeydiyyat şəhadətnamələrində hər iki nəqliyyat vasitəsinin buraxılış ili qrafasında 2012-ci il qeyd olunmasına baxmayaraq, “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobilinin 2007-ci il və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun isə 2002-ci il istehsallı olduğu məlum olmuşdur. O, bu məsələ ilə bağlı telefonla əlaqə saxlayıb Mehdiyə narazılığımı və onlar tərəfindən aldanıldığını bildirdi. Aldığı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində buraxılış ili 2012-ci il qeyd olunduğundan və onların qiymətlərini də bu göstəriciyə uyğun olaraq razılaşdıqlarından, lakin faktiki olaraq buraxılış illəri köhnə olduğundan ya pullarının qaytarılmasını, ya da dartıcı avtomobilin və yarımqoşqunun faktiki buraxılış ilinə uyğun olaraq yenidən qiymətləndirilməsini təklif etdi. Lakin Mehdi onun iradlarını qəbul etmədiyindən aralarında narazılıq yarandı. Telefon danışığı zamanı Cavabdeh3 Tərbiz oğlu da onunla birlikdə olduğu üçün bu məsələni o da bildi. Bir neçə gün sonra, 2018-ci ilin noyabr ayının əvvəllərində o, Azərbaycana qayıdarkən Qazax rayonu ərazisindəki “Qırmızı körpü” gömrük buraxılış məntəqəsində gömrük orqanları tərəfindən “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə saxlanıldı. Bunun səbəbi kimi adına Cavabdeh2 tərəfindən avtonəqliyyat vasitələrinə dair verilmiş etibarnamələrin notarial qaydada ləğv olunması bildirildi və avtonəqliyyat vasitələri DYP əməkdaşları tərəfindən ondan alınaraq dayanacağa yerləşdirildi. O, Mehdi ilə yenidən telefon əlaqəsi saxlayaraq bu hadisə barədə məlumat verib, izahat tələb etdi. Mehdinin danışdıqdan sonra Bakıya qayıtdı, etibarnamələrin hansı səbəbdən ləğv etdirməsini aydınlaşdırmaq üçün Cavabdeh2 ilə əlaqə saxlamadı. 2018-ci ilin dekabr ayının əvvəllərində Cavabdeh3 Bakıya qayıtdıqdan sonra əmisi oğlu Münasiblə birlikdə onunla görüşərək məsələyə aydınlıq gətirməyə kömək etməsini xahiş etdilər. Asif də Mehdi ilə telefonla danışdıqdan sonra onun tələblərinin kreditin 2018-ci ilin noyabr ayına olan məbləğinin hissə-hissə ödənilməsi, avtonəqliyyat vasitələrinin kasko sığortalanması və ikitərəfli münasibətləri tənzimləyən müqavilə bağlanması olduğunu bildirdi. Bu təkliflərlə razılaşdıqdan sanra Cavabdeh3 dartıcı yük avtomobilini və yarımqoşqunu gətizdirərək metronun Ulduz stansiyasının yaxınlığında ona verdi. 01 mart 2019-cu il tarixdə Cavabdeh3 iş yerinə gələrək söhbət edərkən o, Mehdidən nə nəqliyyat vasitələrinin, nə də ödədiyi pulların ona verilməməsi barədə tapşırıq aldığını dedikdən sonra o, heç kimə bir söz demədən, özündə olan digər açarla dartıcı avtomobili və yarımqoşqunu işə salaraq saxladığı yerdən sürüb yaşadığı evin həyətinə apardı. Cavabdeh2 ondan şikayətçi olduğuna görə Nərimanov rayon prokurorluğu tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-49/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı olduğu üçün apellyasiya şikayəti verilmişdir. O, İddiaçı 2012-ci il istehsal tarixi ilə təqdim olunmuş, əslində isə istehsal tarixi 2007-ci il olan “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobili və istehsal tarixi 2002-ci il olan **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu üçün cavabdehlər - Cavabdeh2 650 manat, Cavabdeh3 Tərbiz oğluna 5000 manat və 2000 ABŞ dolları, Cavabdeh4 5000 ABŞ dolları və 2000 avro, Cavabdeh1 15300 ABŞ dolları pul ödəmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı tərəfindən qaldırılmış iddia ilə əsassız və qanunsuzdur. Əslində onun Cavabdeh2 borcu vardır, ona qarşı iddia qaldıracağını bilərək guya onu qabaqlayırmış kimi özünü apararaq Cavabdeh2 və işə aidiyyəti olmayan şəxslərə qarşı əsassız iddia qaldırmışdır. Cavabdeh2 məxsus olan Mercedes-Benz Axor markalı, **-XC-*** dövlət nömrə nişanlı yük maşını və **-ZB-*** dövlət nömrə nişanlı qoşqusu olan nəqliyyat vasitəsinin Azər adlı şəxs tərəfindən oğurlanması barədə şikayət ərizəsi əsasında Nərimanov rayon Prokurorluğunda həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 322-ci yəni Özbaşınalıq maddəsi ilə cinayət işi açılmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli hökmü ilə İddiaçı AR CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə, Nərimanov rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, cinayət işi üzrə Nərimanov rayon Polis İdarəsində uzun sürən istintaq hərəkətlərindən sonra avtomaşınm yeri müəyyən edilərək Azər adlı şəxsdən alınmış və DİN-nin duracağına yerləşdirilmişdir. Bundan sonra Nərimanov Rayon Polis idarəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən müvafiq istintaq hərəkətləri aparılaraq avtomaşın barədə eskpertiza keçirilməsi üçün müvafiq hərəkətlər edilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Onun cinayət əməli nəticəsində uzun müddət avtomobilindən məhrum oldu və bütün bu aylar ərzində bütün dövlət orqanlarına kifayət qədər şikayət ərizələri və müraciətlərlə qəbullarda oldu. Uzun çəkən stres və gərginlikdən sonra haqq öz yerini tapdı və nəticədə onun barəsində tədbir görüldü, Onun tərəfindən Cavabdeh2 maddi zərərdən də çox mənəvi ziyan vurulması danılmaz bir faktdır. Məsələnin maddi tərəfindən çox mənəvi tərəfi daha ağır və dözülməz olmuşdur. Bu neçə aylar ərzində bütün dövlət orqanlarına vurduğu teleqramların sayı-hesabı olmamışdır. Həmin teleqramlarda İddiaçı hüquqi qiymət verilməsini tələb etmiş və onun əməlləri nəticəsində ona nə qədər əzabəziyyət çəkdiyini bütün dövlət orqanlarına bildirmişdir. Neçə aylar ərzində bankda kreditdə olan avtomaşını özündə saxlayaraq heç bir ödəniş etmədən ona bütün bu aylar ərzində maddi ziyan vurmuşdur. Tək banka etdiyi ödənişlər 19 ay ərzində hər ay 1700 ABŞ dolları olmuşdur. Həmin ödənişləri avtomaşını icarəyə verməklə ödəməli olduğu halda İddiaçı avtomaşını oğurlaması və qanunsuz özündə saxlaması və heç bir ödəniş etməməsi səbəbindən banka borc alaraq özü ödənişlər etmək məcburiyyətində qalmış və hətta bir neçə ay ərzində ödənişləri etmək imkanı olmadığına görə faizlər ödəmək məcburiyyətində qalmışdır. Bütün bunlardan başqa Azər X2 ilə əlbir olaraq özü iddia ərizəsində etiraf edir ki, 2018-ci ilin dekabr ayında Baxışov Münasiblə müqavilə bağlananda avtomaşın faktiki onun istifadəsində olmuşdur. Bütün bu aylar ərzində avtomaşından qanunsuz olaraq istifadə etmiş və külli miqdarda pullar qazanmışdır. Dövlət Sərhəd Xidmətindən də alınmış arayışdan görünür ki, İddiaçı heç bir səlahiyyəti olmadığı halda Cavabdeh2 məxsus avtomaşından istifadə edərək qanunsuz olaraq sərhəddi dəfələrlə keçmiş və yüklər daşıyaraq külli miqdarda pullar qazanmışdır. Bundan əlavə, 2018-ci ilin fevral ayından İddiaçı adlı şəxsə ayda 1700 ABŞ dolları ödəmək şərti ilə icarəyə vermişdi. Lakin o bəzən 1000 manat, bəzən 850 manat, bəzən isə 500 manat pul verirdi. 2018-ci ilin fevral ayından noyabr ayına qədər cəmi 5 min manata yaxın pul ödədi. İcarə haqqını tam və vaxtında vermədiyi üçün may ayından etibarnamənin birini ləğv etdi ki, bəlkə borcunu qaytara. Lakin qaytarmadığı üçün dəfələrlə dövlət yol polisinə müraciət etdi. 01 oktyabr 2018-ci il tarixdı ikinci etibarnaməni ləğv etdi. Ləğv etdikdən 2018-ci il noyabr ayının sonunda çətinliklə DYP avtomaşını dayandırılmasına nail oldu. O, bu aylar ərzində avtomaşını istismar etmiş və ayda 8-10 min manata pul qazanmışdır. 2018-ci ildin dekabr ayında mən avtomaşını Münasib Baxışov adlı şəxsə icarəyə verdi və onunla öz aralarında müqavilə bağladılar, müqaviləyə əsasən Münasib ona hər ay 1700 ABŞ dolları icarə haqqı verməli idi. Münasib Baxışov da avtomaşını Azərlə birlikdə 3 ay istismar edib icarə ödəmədiyindən və müqavilənin şərtlərini pozduğundan özü şəxsən maşını 2019-cu ilin fevral ayının sonunda qaytardı. Daha sonra ona məlum oldu ki, bu aylar ərzində də avtomaşını Azər Münasiblə birlikdə istismar etmişdir, 2018-ci ildə 10 ay müddətində hər ay 1700 ABŞ dolları olmaqla İddiaçı ona 17000 ABŞ dolları maddi ziyan, 2019-cu ildə isə 3 ay müddətində Münasiblə birgə idarə etdiyinə görə 5100 ABŞ dolları maddi ziyan, mart ayından sentyabr ayına 6 ay müddətində isə özü tək, yəni sentyabr ayına qədər olan müddət ərzində hər ay 1700 ABŞ dolları ödəmədiyinə görə 10200 ABŞ dolları məbləğində, nəticədə Əliyev tək özü 27.200 ABŞ dolları maddi ziyan, Münasib Baxışovla isə birgə ABŞ dolları maddi ziyan vurmuşdur. Qeyd edilənlər və cinayət işinin materialları ilə müəyyən olunur ki, bütün bu aylar ərzində nə qədər əzab-əziyyətlər çəkmiş, stres keçirmiş, haqsızlığa uğramış, nəhayət sonda da olsa haqq qismən öz yerini tapsa da, bu onun əziyyəti və şikayətləri ilə öz yerini tapmışdır. Bunun üçün o, saatlarla dövlət orqanlarının rəhbərlərinin qəbuluna yazılaraq qəbul olunmaq üçün saatlarla növbədə gözləmişdir. Həmin anlarda və bütün bu hadisələr ərəfəsində çəkdiyi əsəbin, gərginliyin və stresin həddi-hüdudu olmamışdır. Bu yaşlı vaxtında və xəstəliklə mübarizə apardığı bir zamanda bütün bunlar ona ağır zərbə vurmuş və ağır olan xəstəliyinin daha da ağırlaşmasına səbəb olmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsində qeyd olunan avtomobilin alğı-satqısının olması İ instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyasının qərarlarında öz əksini tapır. Bəraət hökmü çıxmışdır. Elmira xanım kimdən nə qədər pul alınıb hamısı qeyd olunmuşdur. Avtomobil icarəyə verilməmişdir. Alğı-satqı olmuşdur. Bu da məhkəmədə sübut olunmuşdur. Hökmdə mülki iddianın olması da qeyd olunmuşdur. Avtomobil təhvil verilmişdir, bu zaman müdaxilə olmamışdır. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddiaya etiraz edərək göstərmişdir ki, mübahisə predmeti təşkil edən avtomobil ona verildiyi zaman əla vəziyyətdə olmuşdur. 58 dəfə Gürcüstana reys etmişdir. Daha sonra avtomobili Münasibə icarəyə vermişdir. Münasib ona icarə haqqını vermədiyindən, avtomobili ona geri qaytarmışdır. İlk iddiaçı ona vurduğu ziyanı qaytarmalıdır. 58 reysdə qazandığını hara xərcləməsi bəlli deyil. Azərdən cəmi 5000 manat alınmışdır, o da kredit üçün yox. İlk iddia əsassız və qanunsuzdur. Bu səbəbdən ilk iddia rədd olunmalıdır. Qarşılıqlı iddia isə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə ilk iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək izahatında bildirmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisə predmetini təşkil edən avtomobilin alğı-satqısının olmasını iddia etməsi absurd və yalandır. Tərəflər arasında icarə münasibətləri olmuşdur. İlk iddia üzrə iddiaçı qeyd olunan avtomobili götürüb istifadə etmiş və pul qazanmışdır. Və bank krediti ödəmişdir. Bu səbəbdən ilk iddianın rədd olunmasını və qarşılıqlı iddia əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında bildirmişdir ki, ilk iddia əsassızdır. Rövşən 5000 manat alıb Elmira xanıma vermişdir. Bu cinayət işinin istintaqında da öz təsdiqini tapmışdır. Cinayət işinin istintaqında müəyyən olunmuşdur ki, Dünyamalı pul almamışdır, onun vasitəsilə pul Rövşəndən alınıb Elmira xanıma verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 hazırki mülki işlə heç bir əlaqələri yoxdur, cinayət işinin materiallarında dindirilmə protokolları mövcuddur, həmin protokollardan hər şey aydın olur. Sonra ilk iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxs İddiaçı əlavə dindirilmə protokolunda qeyd olunmuşdur ki, “2018-ci ilin təxminən yanvar ayında, 2016-cı ildən tanıdığı həmyerlim, yəni Füzuli rayonundan olan Cavabdeh3 Tərbiz oğlu ilə söhbət əsnasında o, şəriki olan Almaniyada yaşayan mənim tanımadığım Mehdiyə məxsus olsa da sonuncunun anası mənim tanımadığım Elmiranın adına olan «AG bank»da girovda olan «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun kredit yolu ilə satıldığını, yarımqoşquya görə 32 ay - hər ay 700 ABŞ dolları kredit pulu ödəməklə ala biləcəyimi, kreditlə yarımqoşqunun 22.400 ABŞ dollarına başa gəldiyini, razılaşsam ilkin olaraq həmin məbləğdən 5.000 ABŞ dolları ödəməli olduğumu, qalan məbləği hissə-hissə ödəyə biləcəyimi, pulu tam ödədikdən sonra nəqliyyat vasitəsinin mənim adıma sənədləşdiriləcəyini, həmin avtomobillə bağlı ödənişlərin Mehdinin ona həvalə etdiyini dedi. Bundan sonra, mən, Asifin göstərməsi ilə **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya baxıb nəzərdən keçirərək bəyənib almağı razılaşdım. Mən, Asifə pulları özümün bir başa «AG bank»-a ödəməyimi təklif etdikdə o, heç bir narahatçılıq olmadığını, pulları ona ödəməyimi, pulları özünün banka və ya sahibinə ödəyəcəyini bildirdi. Daha sonra Asif, mənim iştirakımla öz mobil telefonundan whatsapla Mehdiyə zəng edərək danışanda mənim barədə ona dedi. Mən özüm də Mehdi ilə telefonla danışanda o, Asifin dediklərini təsdiq edərək, həmin şərtlərlə yarımqoşqunu mənə satmağa razı olduğunu, eləcə də ilkin ödənişi Asifə ödəməyimi, aylıq kreditin ödənişini isə Xırdalan şəhərinin girişində «Nazlı petrol» X3 Rövşən adlı tanışına verməyimi istədi. Mən də həmin şərtlərlə razılaşıb, 2018-ci ilin yanvar ayının sonlarında Asifə, onun Bakı şəhəri metronun «Ulduz» stansiyasının yaxınlığında yerləşən iş yerində əmim oğlu Vasifin iştirakı ilə yarımqoşquya görə 5.000 ABŞ dolları ilkin ödəniş kimi ödədim. Bundan bir neçə gün sonra, yəni 02 fevral 2018-ci il tarixdə yarımqoşquya etibarnamə almaq üçün Asifin verdiyi mobil telefon nömrəsi ilə Cavabdeh2 ilə əlaqə saxlayıb, onu metronun «Elmlər Akademiyasının» yaxınlığında götürərək Bakı şəhəri Yasamal rayonu ərazisində 53 saylı notariat kontoruna gətirdim və orada Elmira, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya görə mənim adıma bir il müddətinə etibarnamə və yarımqoşqunun qeydiyyat şəhadətnaməsini mənə verdi. Qeyd edirəm ki, həmin vaxt Elmiranı ilk dəfə idi ki, görürdüm. Mən həmin tarixdə də yarımqoşqunu Asifin göstərməsi ilə Xırdalan şəhəri yaxınlığında götürüb, bir sıra çatışmamazlıqları olduğundan təxmini 650 manatlıq təmir işləri ilə gördürdüm. Həmin ərəfədə Asifin və Mehdinin sözlərinə görə «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Rusiyaya yük aparmışdır. 2018-ci ilin fevral ayının sonlarında Mehdinin tapşırığı ilə və verdiyi mobil telefon nömrəsi ilə Rövşənlə əlaqə saxlayıb, Xırdalan şəhərinin girişində «Nazlı Petrol» YDM-nin yaxınlığında ofisdə Rövşənlə görüşüb, 700 ABŞ dolları pulu ikilikdə ona verdim. Orada mənə məlum oldu ki, Rövşən və onun müdiri Dünyamalı da yük maşınlarının alğı-satqısı və təmiri, yük daşımalar ilə məşğul olur, Mehdini də tanıyırlar. Yarımqoşqunun təmir işləri başa çatana yaxın, yəni 2018-ci ilin təxminən fevral ayının ortalarında Asif, yuxarıda göstərdiyim «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin də 32 ay hər ay 1.000 ABŞ dolları kredit pulu ödəməklə ala biləcəyimi, kreditlə avtomobilin 32.000 ABŞ dollarına başa gəldiyini, razılaşsam ilkin olaraq həmin məbləğdən 5.000 ABŞ dolları ödəməli olduğumu, qalan məbləği hissə-hissə ödəyə biləcəyimi, pulu tam ödədikdən sonra nəqliyyat vasitəsinin mənim adıma sənədləşdiriləcəyini dedi. Bundan sonra, mən, Asifin göstərməsi ilə Xocəsən qəsəbəsində avtomobil təmiri sexində təmirdə olan «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini nəzərdən keçirdim. Həmin vaxt avtomobildə xırda nasazlılar var idi. Buna baxmayaraq avtomobilin texniki vəziyyəti məni qane etdiyindən həmin avtomobili almaq qərarına gəldim. Daha sonra Mehdi ilə telefonla danışanda o da, Asif dediyi şərtlərlə maşını mənə sata biləcəyini bildirdi. Mən, həmin şərtlərlə razı olduğumu, lakin həmin ərəfədə maddi imkanım olmadığından avtomobilə görə ilkin ödənişi 2018-ci ilin may ayında ödəyə biləcəyimi bildirəndə Mehdi, avtomobilin aylığını ayın əvvəlindən vermək şərti ilə mənim dediyimlə razılaşdı. Bundan sonra, 2018-ci ilin fevral ayının təxminən 28-də Xırdalan şəhərinin girişində «Nazlı Petrol» YDM-nin yaxınlığında ofisdə Rövşənlə görüşüb avtomobilə görə 1.000 ABŞ dolları kredit pulundan ikilikdə ona ödədim. Mehdinin razılığı ilə 2018-ci ilin mart ayının əvvəllərində "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili açarı ilə birlikdə ustadan götürüb, özüm avtomobildə təmir işləri apardım. 18 mart 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində 6 saylı notariat kontorunda Elmira, "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə görə mənim adıma bir il müddətinə etibarnamə, eləcə də avtomobilə dair qeydiyyat şəhadətnaməsini mənə verdi. 27 mart 2018-ci il tarixdə mən, yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1.000 ABŞ dolları olmaqla ümumilikdə 1700 ABŞ dollar pul Xırdalan şəhərinin girişində «Nazlı Petrol» YDM-nin yaxınlığında ofisdə Rövşənlə görüşüb ikilikdə ona verdim. 27 aprel 2018-ci il tarixdə yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1.000 ABŞ dolları olmaqla ümumilikdə 1700 ABŞ dollar pul Xırdalan şəhərinin girişində «Nazlı Petrol» YDM-nin yaxınlığında ofisdə Rövşənlə görüşüb ikilikdə ona verdim. 2018-ci ilin may ayında Mehdi ilə telefonla əlaqə saxlayanda o, "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin pulundan razılaşdığımız 5.000 ABŞ dollarından da əlavə pul verməyimi istəyib, sonda ödəməli olduğum puldan çıxacağını bildirdi. Mən də razılaşıb həmin ərəfədə «Nazlı Petrol» YDM-in yaxınlığında ofisdə Mehdinin tapşırığı ilə Dünyamalı ilə görüşüb orada xatırladığıma görə işçiləri Rövşən, adını bilmədiyim 2-3 nəfər digər şəxslərin iştirakı ilə 5.000 ABŞ dolları və 2.000 Avro pulu Dünyamalıya verdim. Bundan bir neçə gün sonra 2018-ci ilin may ayının sonlarında yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1.000 ABŞ dolları olmaqla ümumilikdə 1700 ABŞ dolları pul Xırdalan şəhərinin girişində «Nazlı Petrol» YDM-nin yaxınlığında ofisdə Rövşənlə görüşüb ikilikdə ona verdim. Həmin yarımqoşqu və avtomobil isə mənim istifadəmdə idi. Beləlilklə də 2018-ci ilin oktyabr ayı da daxil olmaqla hər ay yarımqoşuya görə 700 ABŞ dolları, avtomobilə görə 1.000 ABŞ dolları olmaqla Xırdalan şəhərinin girişində «Nazlı Petrol» YDM-nin yaxınlığında ofisdə Rövşənlə görüşüb ikilikdə ona verirdim. 2018-ci ilin oktyabr ayı da daxil olmaqla yarımqoşqu üçün 6.300 ABŞ dolları, avtomobil üçün 9.000 ABŞ dolları kredit pulu kimi, hər birinə ayrı-ayrılıqda 5.000 ABŞ dolları ilkin ödəniş kimi, 2000 Avro avtomobilin pulundan olmaqla ümumilikdə 25.300 ABŞ dolları və 2000 Avro pul ödəmişəm. Pulun ödənilməsilə bağlı aramızda hər hansı yazılı sənədləşmə olmayıb. 2018-ci ilin oktyabr ayının sonlarında mən, «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu ilə birlikdə Azərbaycandan Gürcüstana gedərkən, Gürcüstan gömrüyündə avtomobil yoxlanıldıqda qeydiyyat şəhadənamələrində 2012-ci il istehsal tarixi qeyd olunmasına baxmayaraq «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin 2007, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun isə 2002-ci il istehsalı olduğu məlum oldu. Mən, Azərbaycana qayıdandan sonra Mehdi ilə telefonla əlaqə saxlayıb bu barədə ona danışıb, mənimlə razılaşdığı qiymətin 2012-ci il istehsallı avtomobilin qiyməti olduğundan, faktiki isə avtomobilin ilinin köhnə olduğundan ona pullarımı qaytarmasını, ya da ki, avtomobil və yarımqoşqunu yenidən köhnə ə uyğun qiymətləndirməyi təklif etdim. Bu zəmində aramızda sözlə mübahisə yarandı, Mehdi isə işləri ilə əlaqədar Hollandiyada olduğundan sonradan əlaqə saxlamağımı bildirdi. Həmin vaxt Asif də Mehdi ilə olduğundan bu barədə bildirdi. Bir neçə gün sonra 2018-ci ilin noyabr ayının əvvəllərində mən, Azərbaycana qayıdanda Qazax rayonu ərazisində «Qırmızı körpü» gömrük məntəqəsində gömrük orqanları tərəfindən mən, «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobil və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu ilə birlikdə saxlanıldım. Həmin vaxt avtomobil və yarımqoşqunun Elmira tərəfindən mənim adıma verilən etibarnamələrinin ləğv olunduğu biİdirildi. Bu səbəbdən DYP əməkdaşları avtomobili məndən götürdülər. Mən də Bakıya qayıtdım. Mən, avtomobil və yarımqoşqunun alınması barədə Mehdi və Asiflə danışıb razılaşdığımdan, etibarnamələri hansı səbəbdən ləğv etdirməsini aydınlaşdırmaq üçün Elmira ilə əlaqə saxlamadım. Bir qədər sonra Asif Bakıya gəldi. 2018-ci ilin dekabr ayının əvvəllərində mən, əmim oğlu Münasiblə birlikdə Bakıda Asiflə görüşərək, məsələyə aydınlıq gətirməsini xahiş etdik. Asif də Mehdi ilə telefonla danışdı və Mehdi, kredit ödənilməyən 2018-ci ilin noyabr ayının hissə-hissə ödənilməsini, kasko sığortalanmasını, öz aramızda müqavilə bağlanmasını təklif etdi. Mən də razılaşdım. Asif də avtomobili və yarımqoşqunu gətizdirib, metronun «Ulduz» stansiyasının yanında mənə verdi. Sonradan 17 dekabr 2018-ci il tarixdə Münasib, Elmira ilə görüşüb, avtomobil və yarımqoşquya görə müqavilə bağladılar. Həmin vaxtlarda Elmira avtomobil və yarımqoşqunun sənədlərini mənə verdi. 30 yanvar 2019-cu il tarixdə Elmira, avtomobil və yarımqoşquya görə Münasibin adına sınaq müddəti kimi 3 aylıq etibarnamə verdi. Həmin tarixdə də mən 2.000 ABŞ dolları Asifə çatdırması üçün Münasibə verdim. Münasib də Ulduz metrosunun yaxınlığında Asiflə görüşərək 2.000 ABŞ dollarını Asifə vermişdir. Sonradan Asiflə danışanda o, avtomobilin kredit pulunun ona ödənməyimi istədi. Mən isə ödənişlərin öz adımdan banka ödənilməsini istədim. Bu zəmində aramızda narazılıq yarandı. Belə olanda mən, avtomobil və yarımqoşquya görə ödədiyim pulları Asifdən, eləcə də Mehdi ilə telefonla danışanda ondan geri qaytarmasını istədim. Onlar isə avtomobil və yarımqoşunu satıb, mənim ödədiyim puldan 10.000 ABŞ dolları qaytarmalarına razılaşdım. Razılığa görə 2019-cu ilin fevral ayında avtomobili və yarımqoşqunu Ulduz metrosunun yaxınlığında Asifin iş yerinin yanında satılığa qoyduq. Avtomobilin sənədlərini və açarlarının birini Asifə verdim. Açarlarının bir nüsxəsi isə məndə qaldı. 01 mart 2019-cu il tarixdə Asifin iş yerinə gəlib onunla əlaqə saxladıqda Asif, Mehdinin mənə nə maşınları, nə də ki, pul verməməsini tapşırdığını dedi. Mən də bunu eşidəndən sonra Asifdən ayrılıb, ona, Mehdiyə, Elmiraya və ya digər şəxsə heç bir söz demədən avtomobili və yarımqoşqunu saxlandığı yerdən götürüb, yaşadığım evin həyətinə apardım, həmin vaxtdan ödədiyim pulların geri qaytarılmadığına görə orada saxladım, həmin avtomobilə və yarımqoşquya görə mən, ümumilikdə 27.300 ABŞ dolları və 2.000 Avro pul ödəmişəm. - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli zərərçəkmiş şəxs Cavabdeh2 dindirilmə protokolunda qeyd olunmuşdur ki, “Mənə verilən suallara cavab olaraq göstərə bilərəm ki, 2015-ci il tarixdə “AG” bankdan kredit götürərək “Mercedes Axor” markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini almışam. Həmin vaxtdan etibarən avtomobili müxtəlif şəxslərə icarəyə verərək gəlir əldə etmişəm. Cavabdeh3 Tərbiz oğlu bizim ailəyə yaxın adamdır. Yaşlı olduğumdan Asif mənə işləri idarə etməkdə kömək edir. 2018-ci ilin təxminən fevral ayında “Mercedes Axor” markalı yük avtomobilini İddiaçı icarəyə vermişəm və ona etibarnamə vermişəm. Danışığa əsasən Azər hər ay 1700 ABŞ dolları icarə haqqı verməli idi. Lakin Azər icarə haqqını lazımı qaydada ödəmədi, bəzən 1000 manat, bəzən 700 manat pul ödədi. Buna görədə mən 2018-ci ilin may ayında etibarnaməni ləğv etdirdim. Bundan sonra Azər maşını etibarnaməsiz idarə etməyə başladı. Mən qeyd olunan yük maşınını Azərdən almaq istədim, amma Azərin qohumları xahiş, minnət etdiyindən mən maşını Azərdən almadım. Azər bir neçə ayda hissə-hissə pul ödədi. O, mənə maşını idarə etdiyi müddətə cəmi 5000 manata yaxın icarə haqqı pul ödədi. Azər həmin pulları ailəmə yaxın olan Rövşən adlı şəxsə çatdırmışdır. Rövşəndə həmin icarə pullarını mənə vermişdir. İcarə haqlarını ödəmədiyinə görə 2018-ci ilin oktyabr ayının 1-də mən Azərə verdiyim ikinci etibarnaməni ləğv etdirdim. Bundan sonra mən DYP-nə müraciət etdim. Maşınım 2018-ci ilin noyabr ayında Azərdən alınıb mənə qaytarıldı. 2018-ci ilin dekabr ayinda maşını etibarnamə ilə Münasibə verdim və onunla öz aramızda müqavilə bağladıq lakin pul ödənmədi. Buna görə Münasibə zəng edərək avtomobili geri tələb etdim. 2019-cu ilin təxminən mart ayının əvvəlində Münasib mənə məxsus “Mercedes Axor” markalı yük avtomobilini Asifin icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Bakı Soyuducular Zavodu”nun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısında saxladı və həmin avtomobilin açarları Asifə verildi. 04 mart 2019-cu il tarixdə axşam saatlarında İddiaçı Cavabdeh3 yaxınlaşaraq sürücülük vəsiqəsinin avtomobildə qaldığını bəhanə edib götürmək üçün avtomobilin açarını istəmiş, Asif də açarı Azərə vermişdir. Lakin sonra Azər açarı Asifə qaytarmamışdır. Asif ilk öncə Azərin açarı avtoyuma məntəqəsinə qoyduğunu düşünmüş, 06 mart 2019-cu il tarixdə isə avtomobilin yerində olmadığını görüb mənə zəng edərək bu barədə məlumat vermişdir. Həmin gün Asif bu barədə polisə məlumat vermişdir. Göründüyü kimi İddiaçı mənim icazəm olmadan özbaşına şəkildə mənə məxsus avtomobili götürüb idarə edərək getmişdir. Avtomobili geri qaytarması üçün ona dəfələrlə zəng olunsa da mobil telefonu sönülü vəziyyətdə olmuşdur. Bir neçə gün sonra Azərlə əlaqə saxladıqda Azər məndən icarə haqqı verdiyi 5000 manat pul tələb etdi, əks təqdirdə mənə məxsus “Mercedes Axor” markalı yük avtomobilini geri qaytarmayacağını bildirdi. Mən İddiaçı 2018-ci ildən tanıyıram. Onunla aramda münasibətim olmayıb. Onunla aramda ədavət və ya düşmənçilik münasibəti olmamışdır.” - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli şahid Cavabdeh3 Tərbiz oğlunun əlavə dindirilmə protokolunda qeyd olunmuşdur ki, “2018-ci ilin təxminən yanvar ayında Mehdi mənimlə əlaqə saxlayaraq, anası Elmiranın adına olan **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu satmaq istədiyini, alan olsa müştəri tapmaqda köməklik etməyimi xahiş etdi. Mən də bu barədə tanışlarıma, o cümlədən İddiaçı dedim. İddiaçı, **- ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu nəzərdən keçirib almaq istədiyini bildirdi. Sonradan mənim vasitəmlə Azər, Mehdi ilə telefon vasitəsilə danışdı. Öz aralarında danışdıqdan sonra onların sözlərinə əsasən mənə məlum oldu ki, Azər, bankda girovda elan **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunu hər ay 700 ABŞ solları kredit pulu ödəməklə almağı, ilkin olaraq 5000 manat ödəməyi razılaşmışdır. Konkret olaraq yarımqoşqunun neçəyə razılaşdığını isə mən bilmədim. Bir neçə gün sonra, 2018-ci ilin yanvar ayının sonlarında Mehdi, Azərin mənə yarımqoşquya görə 5.000 manat verəcəyini deyib, həmin 5.000 manatı Azərdən götürüb özünün hansısa tanışına çatdırmağımı xahiş etdi. Mən isə razılaşdım və həmin ərəfədə Azər, Bakı şəhəri metronun «Ulduz» stansiyasının yaxınlığında mənə yarımqoşquya görə ikilikdə 5.000 manat pulu ilkin ödəniş kimi verdi. Bununla bağlı aramızda hər hansı yazılı sənədləşmə olmadı. Həmin tarixdə də Mehdinin xahişinə əsasən, onun mənə verdiyi hazırda xatırlamadığım mobil telefon nömrəsi ilə tanımadığım orta yaşlarında kişi mənimlə əlaqə saxladı və Bakı şəhəri 10 saylı cəza çəkmə müəssisəsinin yaxınlığında mənimlə görüşəndə həmin 5.000 manat pulu ona verdim. Mehdiyə də bu barədə bildirdim. Bundan bir neçə gün sonra mənə məlum oldu ki, 2018-ci ilin fevral ayının əvvəllərində Elmira, Azərlə əlaqə saxlayıb notariat Kontorunda yarımqoşquya görə bir il müddətinə etibarnamə verdi və Azər, özü yarımqoşqunu götürdü. Sonradan yarımqoşquya görə Azərin kredit pulundan kimə və nə qədər pul ödəməsindən xəbərim olmadı. Söhbət əsnasında mən və Mehdi, Elmiranın adına olan «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Rusiyaya yük apardığını danışaraq, həmin də avtomobili satmaq istədiyini danışdıq. Sonradan Azər və Mehdi özləri öz aralarında telefonla danışdılar. Daha sonra onların sözlərinə əsasən mənə məlum oldu ki, Azər, bankda girovda olan «Mercedes Axor» markalı 99-XC- 173 dövlət qeydiyyat nişanlı yük avtomobili hər ay 1.000 ABŞ dolları kredit pulu edəməklə almağı razılaşmışdır. Konkret olaraq Azər və Mehdi arasında avtomobilə görə nə kimi razılaşma olduğunu mən bilmirəm. Sonradan Azər, Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili götürdü və mənə məlum oldu ki, Elmira avtomobilə görə etibarnamə vermişdir. 2018-ci ilin təxminən noyabr ayında Mehdi mənə zəng edib, yarımqoşqu və avtomobilə görə Azərin pul ödəmədiyinə görə, Elmiranın verdiyi etibarnamələri ləğv etdirdiyini danışdı və tanımadığım şəxslə nəqliyyat vasitələrini, nəqliyyat vasitələrinə görə qeydiyyat şəhadətnamələrini, bir nüsxədən ibarət açarı və uzaqdan idarə etmə cihazını Bakı şəhərində mənə göndərtdi. Mən də Mehdinin tapşırığı ilə yarımqoşqu və avtomobili metronun Ulduz stansiyasının yaxınlığında avtomobil dayanacağında saxladım. Həmin ərəfədə Azər, qohumu Münasib və onun qardaşı Müqabillə mənim iş yerimə gəldi. Azər, maddi çətinliyi olduğundan yarımqoşqu və avtomobilə görə kredit pulunu ödəmədiyini, 24.000 manat alacağı olduğunu, yaxın vaxtlarda pulu alıb, ödəniş edəcəyini danışaraq Elmiraya çatdırmaq üçün 1.500 ABŞ dolları mənə təklif edib, nəqliyyat vasitələrinin qaytarılmasına köməklik etməyimi xahiş etdi, mən isə razılaşmayıb, pulu özünün çatdırmasını bildirdim. Mehdiyə də bu barədə dedim. Sonradan Mehdinin tapşırığı ilə nəqliyyat vasitələrinə görə qeydiyyat şəhadətnamələrini, bir nüsxədən ibarət açarı və uzaqdan idarə etmə cihazını Azərə verdim. Azər də mənim iştirakımla nəqliyyat vasitələrini idarə edib «Ulduz» stansiyasının yaxınlığında avtomobil dayanacağından apardı. 2019-cu ilin yanvar ayının sonlarında Münasib «Ulduz» metrosunun yaxınlığında mənimlə görüşərək nəqliyyat vasitələrinin pulundan 2.000 ABŞ tollarını mənə verdi. Həmin vaxt Münasibin sözlərinə əsasən mənə məlum oldu ki, nəqliyyat vasitələrinə görə bu dəfə o, Elmira ilə müqavilə bağlayıb Lakin müqavilənin şərləri mənə dəqiq məlum deyil. Mən Mehdiyə, Münasibin 2000 ABŞ dolları pul verməsi barədə məlumat verdim. Həmin tarixdə Mehdinin tapşırığı ilə onun mənə verdiyi hazırda xatırlamadığım mobil telefon nömrəsi ilə mnımadığım başqa bir orta yaşlarında kişi mənimlə əlaqə saxladı və Bakı şəhəri 10 saylı cəza çəkmə müəssisəsinin yaxınlığında mənimlə görüşəndə həmin 2.000 ABŞ dolları pulu ona verdim. Sonradan Mehdinin, Azərin və Münasibin sözlərinə görə nəqliyyat vasitələrinin Azərin istifadəsində olduğunu bildim. 2019-cu ilin fevral ayının sonlarında Azər, Münasib və Müqabil mənim iş yerimə "Bakı Soyuducular Zavodu"nun yanında avtoyuma məntəqəsinin qarşısına gəldilər. Azər, «Mercedes Axor» markalı **-XC-*** dövlət təydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edib, özləri ilə gətirmişdir. Azər, nəqliyyat vasitələrini orada saxlayıb, onlara aid qeydiyyat şəhadətnamələrinin, bir nüsxədən ibarət açarı və uzaqdan idarə etmə cihazını mənə verərək, pulu ödəmədiyinə görə maşınları qaytardığını bildirdi. Mən də bu barədə Mehdiyə dedim. Həmin vaxt d a söhbət əsnasında Azər, nəqliyyat vasitələrinin pulundan mənim də tanıdığım Dünyamalı və işçisi Rövşənə verdiyini danışdı. Lakin Azərin hansı məbləğdə pul verdiyini mən bilmirəm. Bu barədə onlardan da maraqlanmamışam. Həmin vaxt, mən, Azərə yazığım gəldiyindən ona Mehdi danışanda ödədiyi puldan 5.000 ABŞ dolları ona ödəməsini xahiş edəcəyimi bildirdim. Bundan sonra Azərgil getdilər. Həmin günü də mən, yuduzdurmaq üçün nəqliyyat vasitələrini yaxınlıqdakı avtoyuma məntəqəsinə verdim və açarını da, orada işləyən adını bilmədiyim oğlana verərək yumasını xahiş etdim. Həmin oğlan da nəqliyyat vasitələrini yuduqdan sonra yaxınlıqda olan avtoyuma məntəqəsinin qarşısında saxladı. İki-üç gün sonra, 03 mart 2019-cu il tarixdə Azər mənim iş yerimə gəlib, avtomobildə sürücülük vəsiqəsinin saldığını bildirərək, götürməyə icazə verməyimi xahiş etdi. Mən də nəqliyyat vasitəsinin açarının yaxınlıqdakı avtoyuma məntəqəsinin işçisində olduğunu dedim. Azər də avtoyuma məntəqəsinin işçisindən açarı götürüb, mənim iştirakımla nəqliyyat vasitəsinin salonuna mindi. Bir neçə dəqiqə sonra Azər maşından düşüb, vəsiqəsini götürdüyünü dedi və mənim tapşırığımla açarı avtoyuma məntəqəsinin işçisinə qaytardı. Səhərisi günü, yəni 04 mart 2019-cu il tarixdə təxminən saat 17-18 radələrində mən, həmin nəqliyyat vasitəsinin saxlandığı "Bakı Soyuducular Zavodu"nun yanındakı avtoyuma məntəqəsinin yanında olmadığını aşkar etdim. Mən, avtoyuma məntəqəsinin işçisindən bu barədə maraqlandıqda o, nəqliyyat vasitələrinin kimin tərəfindən aparıldığını bilmədiyini dedi. Mən, Azərə zəng etdikdə ona zəng çatmadı. Bundan sonra, nəqliyyat vasitələrinin Azər tərəfindən aparıldığını başa düşdüm. Elmiraya zəng edib bu barədə məlumat verəndə o, Azərə nəqliyyat vasitələrini aparmağa icazə vermədiyini bildirdi. Azərin, nəqliyyat vasitələrini hara apardığını mən bilmədim. Daha sonralar isə mənə məlum oldu ki, Elmira, Münasibə nəqliyyat vasitələrinə etibarnamə verəndən sonra Münasib də öz adından nəqliyyat vasitələrinə görə Azərin adına etibarnamə vermişdir. Bir daha bildirirəm ki, Azər və Münasiblə Elmira və Mehdi ilə aralarında konkret olaraq nəqliyyat vasitələrini hansı qiymətə razılaşmaları, hansı məbləğdə ödəniş edilməsini, hansı şərtlərlə nəqliyyat vasitələrinin verildiyini yuxarıda göstərdiyim məlumatlardan başqa məlumatım yoxdur. Lakin bildirirəm ki, 04 mart 2019-cu tarixdə Azər, nəqliyyat vasitələrini aparanda məndən razılıq almayıb, mən Azərə nəqliyyat vasitələrini aparmasını tapşırmamışam, buna görə hər hansı razılıq verməmişəm. İddiaçı 04 mart 2019-cu il tarixdə Mercedes-Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Bakı Soyuducular Zavodu"nun yaxınlığında olan avtoyuma məntəqəsinin qarşısından götürüb sürüb gedən zaman və ya ondan əvvəl bununla bağlı mənim razılığımı almamışdır. Həmçinin, bu barədə Cavabdeh2 məlumat verməyimi deməmişdir. İddiaçı Cavabdeh2 icazəsi olmadan özbaşına sonuncuya məxsus nəqliyyat vasitələrini götürüb idarə edərək getmişdir.” - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli şahid Cavabdeh1 əlavə dindirilmə protokolunda qeyd olunmuşdur ki, “Cavabdeh2 təxminən 2017-ci ildən tanıyıram. Onu əmim oğlu Cavabdeh4 vasitəsi ilə tanımışam. Belə ki, Dünyamalı ilə Elmira xanım gil tanışdılar, Dünyamalı Almaniyaya gedib gələrkən Elmira xanımın oğlu Mehdi tərəfindən ailəsinə çatdırılacaq hər hansı əşya olanda aparıb Elmira xanımgilə vermişəm. Elmira xanımgillə münasibətim qeyd etdiyim səviyyədən irəli getməyibdir. Elmira xanımın barəsində şikayət etdiyi İddiaçı 2018-ci ilin fevral ayından tanıyıram. Belə ki, əmim oğlu Dünyamalı həmin vaxtlar mənə bildirdi ki, Elmira xanım adına olan “Mercedes Axor” markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini axırda avtomobilin qalması ilə pulunu hissə-hissə ödəmək şərti ilə İddiaçı etibarnamə ilə veribdir, buna görə İddiaçı hər sənə pul ödəyəcək. Bundan sonra İddiaçı müxtəlif vaxtlarda Xırdalan şəhərində yerləşən «Nazlı Petrol» yanacaq doldurma məntəqəsinin yanında tarixləri dəqiq yadımda deyil, ümumilikdə qeyd olunan maşına görə təxminən 5000 manat pul verib. Məndə həmin pulu Cavabdeh3 vermişəm. İddiaçı tərəfindən verilmiş pulu tam şəkildə aldığım kimi Cavabdeh3 vermişəm. Həmin puldan özüm üçün heç bir məbləğ götürməmişəm. Qeyd olunan məsələlərdən mənim xəbərim yoxdur. Mənim yalnız İddiaçı tərəfindən Cavabdeh2 məxsus maşının alğı-satqısı müqabilində pul verməsindən xəbərim olubdur. Əmim oğlu Dünyamalı mənə bildirib ki, İddiaçı gətirib sənə pul verəcək, səndə o, pulu Asifə verəcəksən. Qeyd etdiyini X9 tanımıram, onunla heç bir münasibətim olmayıb, Cavabdeh3 isə əmim oğlu Dünyamalının tanışı kimi tanımışam və Elmira xanımın avtomaşınına görə İddiaçı aldığım təxminən 5000 manat pulu Xırdalan şəhərində yerləşən «Nazlı Petrol» yanacaq məntəqəsinin yanında Cavabdeh3 vermişəm. Qeyd olunan məsələdə mənim iştirakım bundan artıq olmayıbdır.” - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli Cavabdeh1 ilə İddiaçı üzləşdirmə protokolunda Cavabdeh1 qeyd etmişdir ki, “İddiaçı 2018-ci il fevral ayından tanıyıram, ona qarşı şəxsi qərəzliyim və ədavətim yoxdur. İddiaçı üzünə deyə bilərəm ki, Cavabdeh2 təxminən 2017ci ildən tanıyıram. Onu əmim oğlu Cavabdeh4 vasitəsilə tanımışam. Dümyamalı həmin vaxtlar mənə bildirdi ki, Elmira xanım adına olan “Mercedes Axor” markalı, **-XC-*** (**-ZB-*** qoşqu) qeydiyyat nişanlı yük avtomobilini axırda avtomobilin qalması ilə pulunu hissə-hissə ödəmək şərti ilə İddiaçı etibarnamə ilə vedribdir, buna görə Azər hər ay sənə pul verəcək. Azər müxtəlif vaxtlarda “Nazlı Petrol” YDM-nin yanında tarixləri yadımda deyil, ümumilikdə qeyd olunan maşına görə xatırlamadığım məbləğdə pul verib. Həmin pulun 5000, 10000 manat və ya daha çox olduğunu deyə bilmərəm.” - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli şahid Cavabdeh4 dindirilmə protokolunda qeyd olunmuşdur ki, “"xxxx" MMC-nin təsisçisi və direktoruyam. Cavabdeh2 təxminən 10 ildir tanıyıram. Onunla qohumluq əlaqəm yoxdur, düşmənçiliyim ədavətim olmayıbdır. Cavabdeh2 ilə hal-hazırda Almaniyada yaşayan oğlu Mehdi vasitəsi ilə tanış olmuşam. Mən hərdən ticarət işlərimlə Almaniyaya gedirəm. Orada da Mehdi ilə münasibətim yaranıb, bundan sonra onun deməyinə əsasən onun anası və digər ailə üzvləri ilə görüşmüşəm. Cavabdeh2 barəsində şikayət etdiyi İddiaçı isə təxminən 2018-ci ilin may ayından tanıyıram. Belə ki, bildiyimə görə Cavabdeh2 adına olan “Mercedes Axor” markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini axırda avtomobilin qalması ilə pulunu hissə-hissə ödəmək şərti ilə İddiaçı etibarnamə ilə verib, lakin İddiaçı tərəfindən tərəflər arasında olan razılaşma şərtləri yerinə yetirilmədiyindən 2018-ci ilin may ayında Cavabdeh2 İddiaçı verdiyi etibarnaməni ləğv etdirib və avtomobili İddiaçı həmyerlisi Asif vasitəsi ilə kiməsə verib. Bundan sonra da tərəflər arasında anlaşılmazlıq yaranıbdır. Qeyd olunan avtomobillə bağlı tərəflər arasında nə baş verməsindən məlumatsızam. Cavabdeh2 q e y d olunan yük avtomobili ilə əlaqədar heç bir məsələdə iştirak etməmişəm, məsələlərin iştirakçısı olmamışam. Cavabdeh2 “Mercedes Axor” markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinin İddiaçı etibarnamə ilə istifadəyə verilməsi və İddiaçı Cavabdeh2 ilə aralarında olan razılaşmanın şərtlərinin pozmasına görə vermiş olduğu etibarnamənin ləğv edilməsi barədə məlumatım olub. Bu məlumatı Cavabdeh2 mənə bildirmişdir. Qeyd olunan məsələdə Cavabdeh3 və Münasib Baxışovun hansısa formada iştirakları barədə məlumatım yoxdur. Mən Cavabdeh2 “Mercedes Axor” markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əlaqədar yaranan məsələlərdə iştirak etməmişəm.” - 190066033 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixli şahid X7 əlavə dindirilmə protokolunda qeyd olunmuşdur ki, İddiaçı təxminən 2005-ci ildən tanıyıram. O, mənim həmyerlim, yəni əslən Füzuli rayonundandır, həmçinin onunla uzaq qohumluq əlaqəmiz də vardır. Azər, yük avtomobillərinin sürücüsü kimi işləyib, yük daşımaqla məşğul olur. Mən də yük avtomobili idarə etməklə çörək pulu qazanıb ailəmi dolandırıram. İdarə etdiyim yük maşınında nasazlıq olanda Xocasən yolunda avto təmir sexində təmir etdirirdim. Azər də sürücü olduğundan orada rastlaşır, bəzən isə yük daşıyanda yolda rastlaşırdıq. 2018-ci ilin təxminən mart-aprel aylarında Azəri «Mercedes Axor» markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edərkən görmüşdüm. O, həmin avtomobilin və yarımqoşqunun özünə məxsus olduğunu deyirdi. Həmin vaxtlarda mən, Azərdən qeyd etdiyim nəqliyyat vasitələrini hansı yolla, hansı şərtlə və kimdən aldığını maraqlanmadım, özü də bu barədə mənə demədi. 2018-ci ilin təxminən noyabr-dekabr aylarında Azər ilə rastlaşanda o, “Mercedes Axor” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlandığını danışdı. Mən səbəbini soruşanda qeyd etdiyim nəqliyyat vasitələrini mənim tanımadığım Almaniyada yaşayan Mehdi adlı şəxslə danışıb ilkin ödəniş etmək, ayda 1.700 ABŞ dolları kredit ödəmək, ödənişi tam başa çatdırandan sonra nəqliyyat vasitələrinin ona qalmaq şərtilə almağı razılaşdığını, buna görə mənə məlum olmayan məbləğdə ilkin ödəniş və kredit pulu ödədiyini, sonradan həmin nəqliyyat vasitələrinin son 1-3 ayda ödəniş etmədiyinə görə Mehdinin anası, nəqliyyat vasitələrinin sahibi mənim tanımadığım Elmira adlı qadın tərəfindən verilən etibarnamələrin ləğv edildiyini, bu səbəbdən də sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinin saxlanılıb əlindən alındığını bildirdi. Qeyd edirəm ki, Azərin konkret olaraq hansı məbləğdə və kimə verdiyini mən bilmirəm. Bu barədə mənə danışandan sonra Azər, həmin nəqliyyat vasitələrini geri almaq istədiyini, lakin kredit pulunu ödəmədiyinə görə Elmira və Mehdi ilə aralarında inciklik yarandığını deyib, məndən Mehdi və Elmira, eləcə də onların tanışı, Bakı şəhərində onların işlərinə köməklik edən mənim tanımadığım Asiflə görüşərək danışmağımı xahiş etdi. Həmçinin, Azər, 1.500 ABŞ dolları mənə verib Asifə kredit pulundan verməyimi istədi. Mən də razılaşıb, həmin ərəfədə qardaşım Müqabil və Azər ilə birlikdə metronun «Ulduz» stansiyasının yaxınlığında ilk dəfə gördüyüm sonradan dəqiq adı mənə məlum olan Cavabdeh3 Tərbiz oğlu ilə görüşdük. Orada söhbət əsnasında Azər maddi çətinliyi olduğundan yarımqoşqu və avtomobilə görə kredit pulunu ödəyə bilmədiyini, kredit pulundan 1.500 ABŞ dolları Asifə təklif edib, nəqliyyat vasitələrinin qaytarılmasına köməklik etməsini xahiş etdi. Mən də bir həmyerli kimi Asifdən imkan daxilində Azərə köməklik etməsini xahiş etdim. Asif isə pulu götürməkdən imtina edərək razılaşmayıb, özünün Mehdi və ya Elmira ilə danışmasını bildirdi. Bundan sonra, elə oradaca Azərdən Mehdinin whatssap telefon nömrəsi ilə əlaqə saxlayıb, ondan Azərin bir qohumu və həmyerlisi kimi nəqliyyat vasitələrini əvvəlki şərtlərlə Azərə verməsini xahiş etdim. Mehdi isə telefonda mənə nəqliyyat vasitələrinə görə pulun ödənişində gecikdirmələr etdiyinə görə Azərdən incidiyini, bu səbəbdən razı olmadığını bildirdi. Mənim xahişlərimdən sonra Mehdi, nəqliyyat vasitələrini Azərə verməyi razılaşıb, anası Elmiraya bu barədə deyəcəyini bildirdi. Qeyd edirəm ki, həmin vaxt göstərdiyim nəqliyyat vasitələri orada idi. Bundan sonra oradan getdik və 1500 ABŞ dollarını Azərə qaytardım. Bundan bir neçə gün sonra, Azər, mənə zəng edib Azərə Yasamal rayonu ərazisində hazırda xatırlamadığım notariat kontorunda olduğunu deyib, Elmira ilə aralarında narazılıq olduğuna görə hənim də oraya gəlməyimi xahiş etdi. Mən də Azər dediyi yerə getdim. Həmin vaxt orada Azər, ilk dəfə gördüyüm Elmira və onun vəkili Zaur adlı oğlan var idi. Zaur, orada mənə nəqliyyat vasitələrini mənə görə Azərə verməyə razılaşdıqlarını deyib, mənim adıma bu barədə müqavilə imzalamağımı istədi. Mən həmin müqaviləni oxumadan imzaladım. Həmin müqavilə Zaurda qaldı. Bundan sonra Elmira Azər ilə danışandan sonra onlar arasında yenidən narazılıq yarandı və Elmira Azərə etibarnamə verməkdən imtina etdi. Belə olduqda mən və Azər oradan getdik. Bundan sonra yenə də Azərin xahişi ilə mən telefonla Mehdi ilə danışıb, nəqliyyat vasitələrini Azərə verməsini xahiş etdim. Bir müddət mənim xahişlərimdən sonra Mehdi razılaşdı və Elmiraya bu barədə deyəcəyini bildirdi. Bundan sonra, 30 yanvar 2019-cu il tarixdə mən, Elmira ilə telefonla danışanda o, Yasamal rayon 56 saylı notariat kontoruna gəlməyimi dedi. Mən də həmin notariat kontoruna getdim. Həmin vaxt Azər və Elmira orada idi. Orada Elmira, nəqliyyat vasitələrinə görə mənim adıma 3 aylıq etibarnamə verəcəyini dedi. Mən, tərəddüd etsəm də, Elmira Azərin pulu ödənşlərində gecikdirmələr etdiyinə görə Azərin adına etibarnamə verməyəcəyini dedi. Azər isə kredit pulunu ödəyəcəyini söz verərək, məndən etibarnaməni öz adıma yazdırmağımı xahiş edərək, sonradan onun adına öz adımdan etibarnamə verməyimi istədi. Mən də köməklik məqsədilə razılaşdım. Sundan sonra Elmira mənim adıma «Mercedes Axor» markalı **-XC-*** zsovlət qeydiyyat nişanlı yük avtomobilin və **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşquya aid 3 ay müddətinə etibarnamə, eləcə də şəhadətnamələrini mənə verdi. Elmira, Azərə inanmadığına görə etibarnaməni 3 ay müddətinə verdiyini, Azərin vaxtlı-vaxtında ödəniş edəcəyi halda avtomobili onun adına keçirəcəyini dedi. Bundan sonra həmin tarixdə də mən və Azər, notariatdan çıxıb, ikimiz birlikdə Qaradağ rayon ərazisində «Meyvəli» bazarının yanındakı notariat kontoruna getdik. Orada Elmira mənə verdiyi etibarnamə əsasında Azərin adına etibarnamə verdim. Daha sonra Azər, məndən ayrılıb getdi. Sonradan Azərlə əlaqə saxladıqda o, nəqliyyat vasitələrini götürdüyünü danışdı. Bundan bir müddət sonra Mehdi, mənə zəng edib Azərin nəqliyyat vasitələrinə görə kredit ödəmədiyini bildirdi.” - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-853/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Məhkəməsinin 1(005)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən məhkum, onun müdafiəçisi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiay şikayətləri üzrə zərəçəkmiş şəxs Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum edilmiş şəxs İddiaçı və onun müdafiəçisi Vəkil1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Məhkəməsinin 1(005)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 263/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarından məhkum, onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, məhkum İddiaçı və onun müdafiəçisi Vəkil1 kassasiya şikayəti qismən təmin edilmişdir. Qərarda aşağıdakı işin mübahisəsiz halları qeyd olunmuşdur: - 18.03.2018-ci il tarixdə Cavabdeh2 2012-ci il istehsalı olan "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 1 il müddətinə İddiaçı istifadə hüququna dair (səlahiyyətlərin digər şəxsə verilmə hüququ olmadan) etibarnamə vermiş, xx.xx.2018-ci ildə etibarnaməyə xitam verilmişdir. - Cavabdeh2 ilə X12 arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 məxsus olan "Mercedes Axor" markalı **-XC-*** dövlət nömrə nişanlı yük maşını və **-ZB-*** dövlət nömrə nişanlı qoşqusu olan nəqliyyat vasitəsi 32 ay müddətində istifadəyə görə 1700 ABŞ dolları bank hesabına ödəmək və bu məbləğdən əlavə 7400 ABŞ dolları məbləğində ilkin ödənişi 2019-cu ilin mart ayına kimi ödəmək şərti ilə Cavabdeh2 tərəfindən M.Baxışovun istifadəsinə verilmişdir. Müqavilənin şərtinə görə 32 ay müddətində ödəmələr başa çatdıqdan sonra avtomobili M.Baxışovun adına rəsmiləşdirilməsini Cavabdeh2 öz üzərinə götürmüşdür. - xx.xx.2018-ci il tarixdə Cavabdeh2 2012-ci il istehsalı olan "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin xx.xx.2018-ci ilə qədər olan müddətdə X8 istifadə hüququna dair (səlahiyyətlərin digər şəxsə verilmə hüququ ilə) etibarnamə vermiş, xx.xx.2019-cu ildə etibarnamə qüvvədən düşmüşdür. - 31.01.2019-cu il tarixdə Cavabdeh2 2012-ci il istehsalı olan "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin xx.xx.2019-cu ilə qədər olan müddətdə X8 istifadə hüququna dair (səlahiyyətlərin digər şəxsə verilmə hüququ ilə) etibarnamə vermiş, xx.xx.2019-cu ildə etibarnaməyə xitam verilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, olan "Mercedes Axor" markalı **-XC-*** dövlət nömrə nişanlı yük maşını və **-ZB-*** dövlət nömrə nişanlı qoşqusu olan nəqliyyat vasitəsinə 30 yanvar 2019-cu il tarixdə İddiaçı adına etibarnamə verilmişdir. Həmin etibarnamə 30 aprel 2019-cu il tarixdə ləğv edilmişdir. - 19 avqust 2019-cu ildə İddiaçı "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elnur Məmmədova könüllü olaraq qaytarmış və müstəntiq avtomobilə mütəxəssisin iştirakı ilə baxış keçirmədən qəbul etmişdir. - Cavabdeh2 xx.xx.2019-cu il tarixli iltizamından və xx.xx.2019-cu il tarixli qeydindən görünür ki, o, qeyd olunan avtomobili 19 sentyabr 2019-cu il tarixdə istintaq orqanından heç bir pretenziya irəli sürmədən sürülü vəziyyətdə qəbul etmişdir. Avtomobilin təhviltəslimi zamanı istintaq orqanı tərəfindən heç bir sənədləşmə aparılmamış, yalnız Cavabdeh2 iltizamının alınması ilə kifayətlənilmişdir. - İttihamda qeyd edildiyinin əksinə olaraq zərərçəkmiş şəxs Cavabdeh2 ilə X12 arasında arasında "Mercedes Axor" markalı **-XC-*** dövlət nömrə nişanlı yük maşını və **-ZB-*** dövlət nömrə nişanlı qoşqusu olan nəqliyyat vasitəsinə dair bağlanmış 17 dekabr 2018-ci il tarixli yazılı müqavilə olduğu halda, həmin müqavilənin şərtlərinin Münasib Baxışov tərəfindən deyil, İddiaçı tərəfindən yerinə yetirilməli olmasının zərərçəkmiş şəxs Cavabdeh2 tərəfindən tələb edilməsi ümumiyyətlə araşdırılmamış və məhkəmə qərarlarında gəlinən nəticə əsaslandırılmamışdır. - İddiaçı verilən ittihamdan və məhkəmə qərarlarından görünür ki, o, 04 mart 2019-cu il tarixdə əmlakın mülkiyyətçisi Cavabdeh2 icazəsi olmadan avtomobilin saxlanılması ilə bağlı sonuncu tərəfindən etibar olunmuş şəxs Cavabdeh3 guya sənədlərini götürüb qaytaracağı adı ilə avtomobilin açarlarını götürərək ünvan 1 ünvanında yerləşən "Bakı Soyuducular Zavodu"nun yanında yerləşən avtoyuma məntəqəsinin qarşısından "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilini götürməklə, Cavabdeh2, ümumilikdə, 113000 manat mühüm ziyan vurub özbaşınalıq etmişdir. - 31.01.2019-cu il tarixdə Cavabdeh2 2012-ci il istehsalı olan "Mercedes Axor" markalı **-XC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin xx.xx.2019-cu ilə qədər olan müddətdə X8 istifadə hüququna dair (səlahiyyətlərin digər şəxsə verilmə hüququ ilə) etibarnamə vermiş və yalnız xx.xx.2019-cu ildə etibarnaməyə xitam vermişdir. - X12 isə Cavabdeh2 etibarnaməsində verdiyi səlahiyyətə müvafiq olaraq İddiaçı adına etibarnamə vermiş və həmin etibarnamə 30 aprel 2019-cu il tarixdə ləğv edilmişdir. Beləliklə, 04 mart 2019-cu il tarixdə qeyd olunan avtomaşın qanunvericilikdə müəyyən edilmiş qaydalara müvafiq olaraq İddiaçı istifadəsində olmuşdur. İttihamda göstərilənlərin əksinə olaraq avtomobilin sahibi Cavabdeh2 Cavabdeh3 həmin avtomobili etibar etməsinə dair hər hansı bir rəsmi sənədi olmamışdır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2019-cu il tarixli 26256 saylı rəyindən görünür ki, ”X11” MMC tərəfindən 24 sentyabr 2019- cu il tarixdə verilmiş icra aktındakı dəyişilməli ehtiyat hissələri və təmir bərpa hissələri barədə məlumatlara əsasən təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir bərpa xərci hadisə baş verən günə, yəni 04 mart 2019-cu il tarixdə nəzəri hesablama yolu ilə təxminən 48.216 manat müəyyən edilir. O cümlədən, dəyişilməli olan hissələrin qiyməti 44.716 manat, təmir-bərpa işlərinin qiyməti 3500 manat. - Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elnur Məmmədovun “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2019-cu il tarixli qərarının 7-ci bəndində zərərçəkmiş şəxs Cavabdeh2 məxsus olan "Mercedes Axor" markalı **-XC-*** (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanın kim, yaxud da kimlər tərəfindən müəyyən edilməsi istintaq dövründə mümkün olmadığından, həmin xüsusatlar üzrə araşdırma aparılması üçün cinayət işinin materiallarından ayrıca material ayrılmışdır. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən İddiaçı qarşı zərərçəkmiş şəxs Cavabdeh2 məxsus olan "Mercedes Axor" markalı 39- XC-273 (**-ZB-*** qoşqu) dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş maddi ziyanla bağlı ittiham irəli sürülməmişdir.” - 17.12.2018-ci il tarixli müqavilədə qeyd olunmuşdur ki, “Biz aşağıda imza edənlər: Füzuki rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan X12 (şəxsiyyət vəsiqəsi seriyası: AZE-********) və qarşı tərəf ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 oğlu (şəxsiyyət vəsiqəsi seriyası: AZE-********) ilə öz aramızda aşağıdakı məzmunda müqavilə bağlayaraq razılığa gəldik:

1. X6 qeyd edirəm ki, Cavabdeh2 qızma məxsus olan, Mercedes-Benz axor markalı, **-XC-*** dövlət nömrə nişanlı yük maşını və **-ZB-*** dövlət nömrə nişanlı qoşqusu olan nəqliyyat vasitəsini istifadə etdiyimə görə hər ay onun bank hesabına 1700 ABŞ dolları olmaqla 32 ay müddətində mütəmadi ödəməyi və bu məbləğdən əlavə ona olan 7400 ABŞ dolları ilkin ödənişi 2019-cu ilin mart ayının birinə qədər olan müddət ərzində hər ay olmaqla 3 dəfəyə ödəməklə qaytaracağımı öz öhdəmə götürürəm. Həmçinin aylıq ödənişləri hər ayın 18-dən gec olmayaraq ödəməyi, həmin nəqliyyat vasitəsində GPRS aparatının quraşdırılmasmın təmin edilməsini, nəqliyyat vasitəsini sığortasız idarə etməməyi, 3 aylıq ful kaskonu ödəməyi öz öhdəmə götürürəm.

2. Mən Cavabdeh2 mənə məxsus olan Mercedes-Benz axor markalı, **-XC-*** dövlət nömrə nişanlı yük maşını və **-ZB-*** dövlət nömrə nişanlı qoşqusu olan nəqliyyat vasitəsinə görə X4 32 ay ərzində hər ay 1700 ABŞ dolları ödəməsi və 7400 ABŞ dolları ilkin ödənişini 2019-cu ilin mart ayının birinə qədər hər ay 3 dəfəyə hissə-hissə ödəmək şərti ilə sonda həmin nəqliyyat vasitəsini X7 adına rəsmiləşdirilməsini öz öhdəmə götürürəm.

3. Pulun son məbləğinin ödənilməsinə qədər olan müddət ərzində bu razılaşma öz qüvvəsində qalacaqdır. Əks təqdirdə pul son məbləğə qədər ödənilməsə ödənilmiş məbləğlər maşından hər ay istifadəyə görə icarə haqqı hesab olunmaqla yük maşınının X7 adma rəsmiləşdirilməsi barədə razılaşma öz qüvvəsini itirmiş hesab olunacaqdır.

4. Müqavilə müddətinin hansı ayından asılı olmayaraq ödəmənin gecikdirilməsi 3 dəfə təkrarlanarsa nəqliyyat vasitəsinin sahibi qarşı tərəfi xəbərdar etmədən müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.

5. Etibarnamə nəqliyyat vasitəsinin sahibi tərəfindən 2019-cu ilin fevral ayının sonuna qədər hər ayın 18-dən 1 ay müddətində veriləcəkdir. 2019- cu ilin mart ayına qədər ilkin ödəniş tam ödənildikdən sonra 3 ay müddətinə veriləcəkdir. Müqavilə şərtləri pozulmadığı halda 2019-cu ilin may ayından etibarnamə 1 illik müddətə veriləcəkdir. Müqavilə şərtləri pozulmadığı halda 2020-ci ilin may ayından 2 illik etibarnamə veriləcəkdir.

6. Həftənin hər hansı günündən asılı olmayaraq ödəmə 2 (iki) gündən artıq gecikərsə növbəti günlər 100 (yüz) ABŞ dolları olacaqdır. Gecikmə 17 gündən artıq olarsa (1 aylıq ödəmə məbləğində) qarşı tərəf xəbərdar edilmədən müqavilə öz qüvvəsini itirir.

7. Nəqliyyat vasitəsini etibarnamə əsasənda sürən şəxslər Azərbaycan Respublikası daxili və beynəlxalq yol hərəkət hərəkəti və yük daşıması qaydalarına riayət etməklə istifadə etməyi öz öhdəsinə götürür.

8. Ödəmələr aşağıdakı hesaba ödənilməsi nəzərdə tutulmuşdur:- Beneficiary Account number İBAN: AZ21AZEG********************, X14 Khalilova, Beneficiary Bank AGBANK ASC, SWİFT: AZEGAZ22; X18 Business Center, J.Mammadguluzade 102A Str., AZ1022 Baku, Azerbaijan Republic.

9. Nəqliyyat vasitəsini sahibi və etibarnamə əsasında istifadə edən şəxslər tərəfindən müqavilənin hər hansı şərtinin ən azı birinin pozulması tərəflərdən biri tərəfindən qeydşərtsiz onun ləğv edilməsi üçün əsasdır. Hər ay bankdan çıxarışlar müqavilənin ayrılmaz tərkib hissəsidir. Razılaşma bizim niyyətimizi ifadə edir və onu imza etdiyimiz andan qüvvəyə minir.” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, ilk iddiaçı onun istifadəsinə verilmiş 2012-ci il istehsal tarixi ilə təqdim olunmuş, əslində isə istehsal tarixi 2007-ci il olan “Mercedes AXOR” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı dartıcı yük avtomobili və istehsal tarixi 2002-ci il olan **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu üçün cavabdehlər Cavabdeh2 5650 manat, Cavabdeh3 5000 manat və 2000 ABŞ dolları, Cavabdeh1 15300 ABŞ dolları, Cavabdeh4 5000 ABŞ dolları və 2000 Avro məbləğində pulun tutulması tələbi ilə çıxış edir və tələbini heç bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Qarşılıqlı iddiaçı ona məxsus avtomobillərin cavabdehlər İddiaçı və X12 istismar etdiklərinə görə ödənilməmiş icarə haqqı kimi 27200 ABŞ dolları (46240 manat ekvivalentində), avtomobilə vurulmuş zərərə görə 48216 manat məbləğində pul vəsaitinin İddiaçı, həmçinin 3 ay ərzində avtomobildən birgə istifadəyə görə X12 və İddiaçı müştərək qaydada 5100 ABŞ dolları (8670 manat ekvivalentində) pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun İddiaçı tutulması tələbi ilə çıxış edir. Qarşılıqlı iddiaçı tələbinin maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə istinad etmişdir. İşin müəyyən edilən hallarına görə tərəflər arasında münasibətlər dartıcı yük avtomobillərinin istismarı ilə bağlı yaranmışdır və hazırkı tələblərldə hər iki tərəf bununla bağlı biri birinə dəymiş zərəri tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, həm ilk həm qarşılıqlı iddia tələbləri bilavasitə sübutetmə ilə bağlıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İlk iddia üzrə iddiaçı Cavabdeh2 5650 manat, Cavabdeh3 5000 manat və 2000 ABŞ dolları, Cavabdeh1 15300 ABŞ dolları, Cavabdeh4 5000 ABŞ dolları və 2000 Avro məbləğində pulun tutulmasını tələb etsə də məhz bu məbləğlərin cavabdehlər tərəfindən ona ödənilməli olduqları barədə məhkəməyə heç bir əsaslı dəlil təqdim etməmiş, onunla cavabdehlər arasında heç bir rəsmi müqavilə bağlanmamışdır. Belə olan halda ilk iddiaçının tələbdə qeyd olunan məbləğləri hansı əsasla cavabdehlərdən tutulmasını tələb etdiyi iş üzrə müəyyən edilmir. Odur ki, ilk iddia əsassız olduğundan təmin edilə bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, tələbdə deliktə istinad olunsada işin halları ilə bunu təsdiq edən faktiki hallara dair sübutlar mövcud deyil. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırkı halda nə İddiaçı və nə də X7 törədilmiş əməlinin hüquqa zidd olması müəyyən edilmir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-853/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Məhkəməsinin 1(005)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən məhkum, onun müdafiəçisi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə zərəçəkmiş şəxs Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, məhkum edilmiş şəxs İddiaçı və onun müdafiəçisi Vəkil1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Məhkəməsinin 1(005)-49/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Bununla yanaşı qarşılıqlı iddiaçının tələbinə əsassız varlanma kimi də qiymət verilməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Əldə edilənlərdən götürülən faydaya (bu qayda sadəcə əsassız varlanan şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu hallara (vicdansız sahib) aiddir); Əldə edilənləri vermək mümkün olmadıqda, məsələn əsassız varlanma natura şəklində baş verdikdə, onların dəyəri ödənilir. Qeyd olunmalıdır ki, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, sübutetmə institutu xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, tərəflər arasında yük avtomobillərinin istsismarı ilə bağlı yaranmış münasibətlər çərçivəsində avtomobillərin cavabdehlər İddiaçı və X12 istismar etdiklərinə görə ödənilməmiş icarə haqqı kimi 27200 ABŞ dolları (46240 manat ekvivalentində), avtomobilə vurulmuş zərərə görə 48216 manat məbləğində pul vəsaitinin İddiaçı, həmçinin 3 ay ərzində avtomobildən birgə istifadəyə görə X12 və İddiaçı müştərək qaydada 5100 ABŞ dolları (8670 manat ekvivalentində) pulun ödənilməsi ilə bağlı qarşılıqlı iddiaçının dəlilləri əsaslı kimi qəbul edilə bilməz. Qarşılıqlı iddianın mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun İddiaçı tutulması hissəsidə əsassızdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” Qarşılıqlı iddiaçı mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilk iddia ərizəsi üzrə Cavabdeh2 5650 manat, X5 5000 manat və 2000 ABŞ dolları, Cavabdeh1 15300 ABŞ dolları, Cavabdeh4 5000 ABŞ dolları və 2000 Avro məbləğində pulun tutularaq ona ödənilməsi tələbi, habelə qarşılıqlı iddia üzrə Cavabdeh2 ödənilməmiş icarə haqqı kimi 27200 ABŞ dolları (46240 manat ekvivalentində), avtomobilə vurulmuş zərərə görə 48216 manat məbləğində pul vəsaitinin İddiaçı, həmçinin 3 ay ərzində avtomobildən birgə istifadəyə görə X4 və İddiaçı müştərək qaydada 5100 ABŞ dolları (8670 manat ekvivalentində) pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hər iki iddia rədd olunduğundan məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ilk iddia ərizəsi üzrə Cavabdeh2 5650 manat, X5 5000 manat və 2000 ABŞ dolları, Cavabdeh1 15300 ABŞ dolları, Cavabdeh4 5000 ABŞ dolları və 2000 Avro məbləğində pulun tutularaq ona ödənilməsi tələbi rədd olunsun. Qarşılıqlı iddia üzrə Cavabdeh2 ödənilməmiş icarə haqqı kimi 27200 ABŞ dolları (46240 manat ekvivalentində), avtomobilə vurulmuş zərərə görə 48216 manat məbləğində pul vəsaitinin İddiaçı, həmçinin 3 ay ərzində avtomobildən birgə istifadəyə görə X4 və İddiaçı müştərək qaydada 5100 ABŞ dolları (8670 manat ekvivalentində) pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun İddiaçı tutularaq ona ödənilməsi tələbi rədd olunsun. İş üzrə məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bak ışəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar