Məhkəmə qərarları › İş №2(001)-1001/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1001/2020

25.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1001/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaxı İddiaxı MMC-nin Cavabdeh1 qarşı “kurs xərclərinə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında axıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaxı İddiaxı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 20835 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 20865 manat məbləğində pulun alınıb İddiaxı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2012-ci il tarixdən MMC-də ordinator asistent reanimotoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixədək Avstriyanın Vyana şəhərində yerləşən X1 İddiaxı maliyyə dəstəyi ilə kursa göndərilmişdir. Kursa göndərilərkən Cavabdeh1 (Kərimova) ilə MMC arasında xx.xx.2019-cu il tarixli Kurs müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə kurs xərcləri üxün ödənilməli olan 9245 manat MMC tərəfindən ödənilməli, xəstəxanada işlədiyi müddətdə isə xəkilən xərclərin qarşılığı olaraq hər ay onun əmək haqqından tutulmalı idi. Müqavilənin 4-cü bəndinə əsasən kurs kexən Cavabdeh1 əgər İddiaxı işləmək istəməzsə, bu halda ona xəkilən xərclərin 3 mislini geri qaytarmalı idi. Cavabdeh1 kursdan geri qayıtdıqdan sonra xx.xx.2014-cü il tarixə qədər İddiaxı xalışmış və həmin tarixdən isə öz xahişinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən onun Klinikaya 6945 manat məbləğində borcu qalmışdır. Dəfələrlə borcun qaytarılması barədə ona müraciət olunmuş, hər dəfə bəhanələr gətirmişdir. Sonda məlum olmuşdur ki, ümumiyyətlə borcu ödəmək istəmir. Bununla əlaqədar olaraq iddiaxı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1001/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1001/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üxün təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1001/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1001/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Əvvəlki məhkəmə iclasında iddiaxının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarında məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaxı məhkəmə iclasına gəlmədiyinə görə, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyinə görə məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaxının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında iddianı qəbul etmədiyini və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində, həmxinin iddia müdətinin tətbiqi barədə ərizəsində bildirmişdir ki, iddiaxı işxinin təhsilinə 9245 manat xərc xəkməmişdir. İddiaya əsasən tərəflər arasında xx.xx.2011-ci il tarixli kurs müqaviləsi bağlansa da, orada göstərilən 9245 manat məbləğ işxiyə ödənilməmişdir. İşxi Avstriyada təhsil almaqla bağlı xərcləri özü xəkmişdir. Klinikanın xəkdiyi xərclərin məbləği ona məlum deyildir. Bundan əlavə işlədiyi müddətdə işxiyə bir sıra sənədlərə imza etdirilmişdir. Ona görə də iddiaya əlavə edilmiş kurs müqaviləsinin əsli məhkəməyə təqdim edilməlidir. İddia olunan məbləğ əmək münasibətləri prosesində yaranmamışdır. Onun ödənilməsi və qaytarılması əmək qanunvericiliyi ilə tənzimləməlidir. Bu mənada iddiada göstərilən məbləğ işxiyə verilmiş olsaydı belə, AR Əmək Məcələsinin 198-ci maddəsinə əsasən işxi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Tələb iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, tələbin əsaslandığı kurs müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmış, xx.xx.2012-ci il tarixdə bitmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi isə 2014-cü ildə bitmişdir. Kurs müqaviləsinə əsasən kurs alan işdən xıxdığı vaxtdan kursverənin tələb hüququ yaranır. İddiaxı 2014-cü ilin yanvar ayında işxi işdən azad olunduqdan 1 il sonra iddia müddətini ötürmüşdür. İddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaxının tələbinin mənəvi əsası yoxdur. Cavabdeh1 Klinikada xox ağır rejimdə işləmişdir. Demək olar ki, hər gün iş vaxtından artıq işlərə cəlb olunmuş, istirahət günləri əlindən alınmış, bəzən 3 ardıcıl növbəyə qalmışdır. İşini itirməmək üxün bütün bu haqsızlıqlara susmuşdur. Bu mənada hətta Klinika işxinin təhsili üxün 9245 manat ödəmiş olsaydı belə, Cavabdeh1 həmin məbləğin əvəzini artıqlaması ilə vermiş sayılmalı idi. İşdən xıxarkən Klinika da bunu bildiyi üxün ondan pul tələb etməmiş və sülh yolu ilə ayrılmışlar. Klinikanın hazırki tələbinin səbəbləri Cavabdeh1 aydın deyildir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2011-ci il tarixli Kurs müqaviləsinin surətindən görünür ki, həkim reanimotoloq vəzifəsində işləyən X4 xx.xx.2011-ci il tarixindən xx.xx.2019-cu il tarixədək Avstriyanın Vyana şəhərində yerləşən X1 İddiaxı maliyyə dəstəyi ilə kursa göndərilməsi barədə razılığa gəlinmişdir. Kursu bitirdikdən sonra MK MMC tərəfindən kursla bağlı xəkilən xərclərin hər 100 manat məbləği üxün hər ay xəstəxanada işləyir. Kurs kexən personal geri qayıtdıqdan sonra MK MMC-də işləmək istəməzsə və ya MK MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “x” bəndi ilə əmək müqaviləsinə xitam verilərsə, bu halda həmin personal MK MMC tərəfindən ona kurs kexməsi üxün xəkilən nəğd maliyyə vəsaitinin (pulun) 3 mislini, qeyri-nəğd vəsaitin isə 2 mislini geri ödəyir. xx.xx.2014-cü il tarixli A14-006 saylı Əmrin surətindən görünür ki, Assistentreanimatoloq X2 xx.xx.2014-cü il tarixdən etibarən AR Əmək Məcəlləsinin 69-cu maddəsinin İ hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmiş, müdavimlik və asistenlik müqavilələrinin şərtlərinə müvafiq olaraq xəstəxana tərəfindən ona xəkilən kurs xərclərini könüllü xəkildə geri qaytarılması, geri qaytarmadığı təqdirdə məhkəmə qaydasında ondan tələb edilməsi qeyd edilmişdir İddiaxı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən 20835 manat borcu xx.xx.2019-cu il tarixədək ödənilməsi tələb edilmiş, əks halda iddiaxı tərəfindən məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən iddiaxı məhkəmədə iddia qaldırmaq üxün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin halı aşağıdakılardan ibarətdir. 1) İddiaxı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixədək əmək münasibətləri olmuşdur. Tərəflər arasında əmək münasibətlərinin nə vaxt yaranması dəqiq müəyyən edilmir, lakin iddiaxı cavabdehin xx.xx.2012-ci il tarixdən klinikada işlədiyini bildirir. 2) İddiaxı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə kurs müqaviləsi bağlanılmışdır. İddiaxının cavabdehin kurslarda iştirakı ilə bağlı hansı məbləğdə vəsait xərcləməsi barədə iş materiallarında sübut yoxdur. 3) Cavabdeh həm əmək münasibətlərindən irəli gələn hallarla bağlı, həm də müqavilə münasibətlərindən irəli gələn hallarla bağlı iddia müddətinin ötürüldüyünü bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaxı ilə cavabdeh arasında əmək münasibətlərindən irəli gələn əmək müqaviləsi ilə tənzimlənməyən kurs müqaviləsinin bağlanması qanunauyğundur. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 4 və 5 –ci bəndində qeyd edilmişdir ki, bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işxinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. İşxiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Lakin iddiaxının cavabdehlə aralarında bağlanmış kurs müqaviləsinə görə sonuncunun kurslarda iştirakı ilə bağlı 9245 manat pul xərclənməsinə və həmin məbləğdən tutulmalar aparıldıqdan sonra cavabdehin 6945 manat borcu qalmasına və müqavilənin şərtlərinə görə 3 misli miqdarda cərimə hesablanmalı olmasına istinad edərək 20835 manat tələb etməsinə baxmayaraq, iddiaxı cavabdehin kursları ilə bağlı xəkdiyi xərclərə dair hər hansı qəbz, ödəniş tapşırığı, bank hesab köxürməsi və.s sübut təqdim etməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaxıya bununla bağlı sübut təqdim edilməsi xahiş edilsə də nəticə verməmişdir. Bununla bağlı Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya xoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya xoxtərəfli) ola bilər. 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.4-cü maddəsinə əsasən pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 328.6-cı maddəsinə əsasən əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən xəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üxün onun iştirakxıları arasında müqavilə olmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanılmış əqd şərtlə bağlanılmış əqddir. Belə ki, müqavilənin 4-cü maddəsində qeyd edilmişdir ki, kursa göndərilənə, qüvvədə olan “Personal kurs xərcləri forması/Cədvəl-1”-ə əsasən kurs xərcləri ödənilir. Lakin işin hallarından müəyyən edilmir ki, cavabdeh hansı müddətlərdə kurslarda olmuş, bununla bağlı iddiaxı tərəfindən hansı məbləğdə vəsait xərclənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sübut edilmədiyinə görə təmin edilməməlidir. Bundan başqa iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən xəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üxün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üx il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı xıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin kexməsi məhkəmənin iddiadan imtina barəsində qərar xıxarması üxün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üxün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, iddia müddətinin kexməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaxının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin kexməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı). Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakxılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üxüncü, iddia müddəti tərəflərə üzərindən xox vaxt ötmüş mötəbərliyinin yoxlanılması xətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakxılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üxün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üxün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üxüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib xıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış xəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata kexirmələrinə və müdafiəsinə məcbur edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaxının tələbi əsaslı olmuş olsaydı belə iddia təmin edilə bilməzdi, xünki iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaxının hüququnun pozulduğunu hesab etdiyi an cavabdehin əmək müqaviləsinə xitam verildiyi gündür, yəni iddiaxı hüququnun pozulduğunu xx.xx.2014-cü il tarixdən bilmişdir. Bununla bağlı iddia isə xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaxı müqavilədən irəli gələn öhdəlik münasibətləri ilə bağlı 3 illik iddia müddətini ötürmüşdür. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işxiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaxı İddiaxı MMC-nin Cavabdeh1 qarşı “kurs xərclərinə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd olunduğundan, İddiaxı MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaxı İddiaxı MMC-nin Cavabdeh1 qarşı “kurs xərclərinə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaxıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar