Məhkəmə qərarları › İş №2(001)-1007/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1007/2023

27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1007/2023 27.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı işlədiyi müddətdə istehsalat qəzası nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirdiyinə görə 2560 manat ödəncin və mediasiya təşkilatına ödənilmiş 50 manatın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı işlədiyi müddətdə istehsalat qəzası nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirdiyinə görə 2560 manat ödəncin və mediasiya təşkilatına ödənilmiş 50 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1999-cu ildən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixdə saat 14:30-da M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində qoyulmuş məişət tullantıları qutularının yanında olan məişət tullantılarını təmizləyərkən, yoldan keçən Opel Astra markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onu vurmuşdur. Hadisə nəticəsində onun sağ ayağı dizdən aşağı sınmış və sağlamlığını itirmişdir. Hadisə nəticəsində o, əmək qabiliyyətini itirmiş və ona bu barədə arayış verilmiş, həmin arayışı 2020-ci ilin aprel ayında 35 saylı Şəhər Poliklinikasına təqdim etmişdir. 35 saylı Şəhər Poliklinikası həmin sənəd əsasında ona əmək qabiliyyətinin olmaması barədə 6 ay müddətinə bülleten vermiş, bülleteni o, işlədiyi müəssisəyə təqdim etmişdir. Lakin bu günə qədər birlik tərəfindən ona müavinət ödənilməmişdir. Tibbi Sosial Ekspert Komissiyası onun sağlamlığını itirməyi ilə əlaqədar əmək qabiliyyətinin itirimə faizini xx.xx.2021-ci il tarixdə 20%, xx.xx.2022-ci il tarixdə 20% müəyyən etmişdir. O, əmək qabiliyyətini artıq 32 aydır itirib, cavabdeh təşkilat ona hər ay üçün 80 manat olmaqla cəmi 2560 manat müavinət ödəməlidir. Qala Həyat Sığorta Şirkəti tərəfindən hadisədən sonra ona hər ay 77,50 manat sığorta ödənişi ödənilmiş və halhazırda da ödənilir. Ona görə də Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində işlədiyi müddətdə istehsalat qəzası nəticəsində sağlamlığını itirdiyinə görə 2560 manat ödəncin və mediasiya təşkilatına ödədiyi 50 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 1999-cu il tarixdən Binəqədi rayon MKTB-də fəhlə işləyir. xx.xx.2020-ci il tarixdə iş vaxtı yoldan keçən Opel Astra markalı maşın iddiaçını vuraraq ona xəsarət yetirmişdir. Bununla bağlı aidiyyəti üzrə Əmək Müfəttişliyinə məlumat verilmiş və hadisə ilə əlaqədar təhqiqat işləri aparılaraq yekun akt tərtib olunmuşdur. İddiaçı işçi olaraq icbari sığorta olunduğundan X3 Şirkətinə təqdim olunmuşdur. Qanunvericiliklə istehsalatda baş veran bədbəxt hadisələrin 4 növ nəticəsi müəyyən olunmuşdur: 1) əmək qabiliyyətinin tam davamlı itirilmasi; 2) əmək qabiliyyətinin qismən davamlı itirilmasi; 3) əmək qabiliyyətinin müvəqqəti itirilmasi; 4) ölüm. Göründüyü kimi kompensasiyanın məbləği əlilliyin səbəbindən və dərəcəsindən asılıdır. İşəgötürən öz işçilərini istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən sığortalamalıdır. Sığorta hadisəsi zamanı peşə xəstəlikləri va ya istehsalatda bədbəxt hadisələrin baş verməsi nəticəsində işçinin həyat va sağlamlığına zərərin vurulması nəticəsində işçinin ölümü və ya əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanunvericiliklə sığorta ödənişləri nəzərdə tutulmuşdur. İşçi əmək qabiliyyətini müvəqqəti itirdikdə ona orta əmək haqqının məbləği ilə faiz nisbətində müavinət ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığorta edilən şəxsə əmək qabiliyyətinin itirilməsi müddəti ərzində bərpa olunanadək və ya əlilliyi aradan qaldırılanadək ödənilir. Sonuncu halda əlillik dərəcəsi tibbi komissiya tarafindən müəyyən edilir. Əmək qabiliyyətinin tam davamlı itirilməsi müəyyən edildikdə birdəfəlik müavinət ödənilir. Əlillik dərəcəsi tibbi komissiya tərəfindən müəyyən edilir və yenidən baxılır. İşçinin ölümü zamanı birdəfəlik müavinət ödənilir. Dəfnə görə iki növ müavinət ödənilə bilər. Dövlət müavinəti 120 manat təşkil edir. Sığorta müavinətinin minimum məbləği ölümə qədər ölmüş işçinin son 12 ay ərzində orta əmək haqqının üç mislinə bərabərdir. İcbari sığorta müqaviləsinə görə sığorta ödənişi əmək haqqının birillik fondu ilə sığorta tarifinin hasili vasitəsilə müəyyən edilir. Aşağıdakı tarif sığortaları müəyyən edilmişdir: qulluqçular üçün - 0,2-0,5%, işçilər üçün 0,4-2%. Sığorta ödənişi sığorta edən tərəfindən sığorta edilənə hissə-hissə va ya birdəfəlik olaraq icbari sigorta müqaviləsində nəzərdə tutulmuş qaydada müqavilə ilinin əvvəlində ödənilir. Sığorta ödənişləri üç növ üzrə həyata kecirilir: 1) aylıq sığorta ödənişi - əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənilməyən aylıq əmək haqqının kompensasiyası, 2), birdəfəlik sığorta ödənişi - işçi əlil olduqda va ya öldükdə; 3) əlavə sığorta ödənişi-müalicə, əlavə qidalanma, dərmanların alınması, protezləmə, sosial xidmət, sanatoriya-kurort müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi və digər peşəyə hazırlıq xərclərinin ödənilməsi üçün. İddia ərizəsində qeyd olunanların cavabdeh olaraq birliyə aidiyyəti yoxdur, tamamilə əsassızdır və ona görə də rədd edilməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən Qala Həyat SŞ ASC-də sığortalandığından Sığorta Şirkəti tərəfindən ona ödənişlər aparılır. Sığorta ödənişlərini almasını iddiaçı izahatında da etiraf edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; Maddə 12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: j) işçilərin icbari tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək. Maddə 225. 1.İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Maddə 239. 1.İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2.İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3.İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4.İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 3.1.Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); Maddə 4.0. Bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: 4.0.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; 4.0.2. dövlət orqanları; 4.0.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; 4.0.4. seçkili orqanlar; 4.0.5. fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Maddə 5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; Maddə 8.1. Faydalanan şəxsin aşağıdakı hüquqları vardır: 8.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişini almaq; Maddə 16.1. Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: 16.1.1. aylıq sığorta ödənişi; 16.1.2. birdəfəlik sığorta ödənişi; 16.1.3. əlavə sığorta ödənişi. Maddə 16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Binəqədi rayon Mənzil-Kommunal təsərrüfatı birliyinin rəisi Elmin Zamanov tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında 03/2020 saylı aktdan müəyyən olunur ki, Nəqliyyat sahəsinin fəhləsi İddiaçı xx.xx.2020-ci il tarixdə iş yerinə gəlmiş və rəhbərlik tərəfindən təlimatlandırıldıqdan sonra əmək funksiyasına uyğun olaraq nahar fasiləsinə kimi ona təhkim olunmuş xidməti ərazisində təmizlik işləri ilə məşğul olmuşdur. Nahar fasiləsindən sonra S.Cəbiyev fəhlə F.A.Hüseynovla birlikdə təmizlik işləri ilə məşğul olmaq məqsədilə sürücü E.Ə.Əliyevin idarə etdiyi Kamaz markalı məişət tullantıları daşıyan maşınla yenidən xidməti əraziyə getmişlər. Təxminən saat 14:30 radələrində ünvan 1 ünvanında qoyulmuş məişət tullantıları qutularının yaxınlığında olan zibilləri təmizləmək üçün S.Cəbiyev maşından düşmüş, ətrafdakı zibilləri təmizləyərək zibil qutusuna atdıqdan sonra yolun əks tərəfinə keçmək istəyərkən vətəndaş E.M.Alıyevin idarə etdiyi Opel Astra markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən vurulmuşdur. Hadisə nəticəsində İddiaçı yerǝ yıxılmış, sağ ayağında ağrılar hiss etdiyi üçün iş yoldaşları F.Hüseynov və E.Əliyev onu yol-nəqliyyat hadisəsini törədən E.Alıyevin maşını ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi tədqiqat travmatologiya va ortopediya institutuna aparmışlar. Bədbəxt hadisənin səbəbi kimi Opel Astra markalı, **-ON-*** dövlǝt qeydiyyat nişanlı avtomobilin sürücüsü E.M.Alıyevin öz hərəkətləri ilə yaşayış zonasında hərəkət etmə qaydalarını pozması göstərilmişdir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat sahəsinin fəhləsi İddiaçı xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından müəyyən olunur ki, komissiya təhqiqat aktının 4-cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmiş, İddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində uçota alınmalıdır. Aktdan daha sonra müəyyən olunur ki, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından Qala Həyat Sığorta Şirkəti ASC-də icbari sığorta edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS №027 saylı epikrizindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə sağ qamış sümüyünün distal ucunun bitişmiş sınığı, osteosintezdən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı qamış sümüyünün distal şöbəsinin sınığı, sağ baldır sümüklərin distal ucunun oynaqdaxili bitişmiş sınığı, osteoparoz, sağ aşıq-baldır oynağının artrozu ağırlaşma M19.1 digər oynaqların posttravmatik artrozu, sağ aşıq-baldır oynağının artrozu diaqnozu qoyulmuş və o, əmək qabiliyyətinin 20%-ni itirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli müayinə aktından çıxarışdan müəyyən olunur ki, qamış sümüyünün distal şöbəsinin sınığı, sağ baldır sümüklərin distal ucunun oynaqdaxili bitişmiş sınığı, osteoparoz, sağ aşıq-baldır oynağının artrozu diaqnozu qoyulmuş İddiaçı əmək zədəsi səbəbindən 1 il müddətinə əmək qabiliyyətini 20% itirməklə əlillik müəyyən olunmuş, İddiaçı əmək qabiliyyətlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli müayinə aktından çıxarışdan müəyyən olunur ki, qamış sümüyünün distal şöbəsinin sınığı, sağ baldır sümüklərin distal ucunun oynaqdaxili bitişmiş sınığı, osteoparoz, sağ aşıq-baldır oynağının artrozu diaqnozu qoyulmuş İddiaçı əmək zədəsi səbəbindən 1 il müddətinə əmək qabiliyyətini 20% itirməklə əlillik müəyyən olunmuş, növbəti müayinə tarixi xx.xx.2023-cü il tarixi təyin edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli 525 saylı məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə istehsalat xəsarəti almış, bununla bağlı ƏƏSMN-nin Əmək müfəttişliyi tərəfindən təhqiqat aparılaraq yekun rəy verilmiş və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı 2020-ci ilin aprel ayında 346,10 manat hesablanaraq kart hesabına ödənilmişdir. Sığortaçı Qala Həyat Sığorta Şirkəti ASC ilə sığortalı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında bağlanmış xx.xx.2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasının QH**********/2 əlavəsindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı işəgötürən tərəfindən sığortalanmışdır. Sığortaçı Qala Həyat Sığorta Şirkəti ASC ilə sığortalı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasının QH********** saylı əlavəsindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı işəgötürən tərəfindən sığortalanmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 333,64 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 405,90 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 460,74 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 416,55 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabından müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 483,08 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 507,09 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 487,98 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 460,90 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 273,27 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 508,03 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 458,78 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədərki dövrü əhatə edən xəstəlik vərəqəsinə əsasən ödəniləcək müavinət 336,77 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Nəqliyyat sahəsinin fəhləsi İddiaçı xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalatla əlaqəli olması müəyyən edildikdən sonra İddiaçı əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun ödənişlər Qala Həyat Sığorta Şirkəti ASC tərəfindən ödənilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işəgötürənin bağladığı icbari sığorta müqaviləsinə əsasən faydalanan şəxs olan iddiaçıya istehsalatda xəsarət alması ilə nəticələnən bədbəxt hadisə ilə bağlı hər ay Qala Həyat Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi ödənildiyindən iddia ərizəsi təmin edilə bilməz. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə qanunla nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı işlədiyi müddətdə istehsalat qəzası nəticəsində sağlamlığını və əmək qabiliyyətini itirdiyinə görə 2560 manat ödəncin və mediasiya təşkilatına ödənilmiş 50 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar