Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-101/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Birləşdirilən iş üzrə İddiaçı2, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Nuriyev X8 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması” tələblərinə dair iddiası, birləşdirilən iş üzrə İddiaçı2 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Cavabdeh1 və İddiaçı1 qarşı “müqavilənin hissəvi etibarsız hesab olunması və sair” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdehlər Nuriyev X8 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil uzun illərdir istifadəsindədir. Ömrünün mühüm əhəmiyyətli hissəsini keçirdiyi həmin mənzilin təmiri və yaxşılaşdırma işləri də onun tərəfindən həyata keçirilmişdir. Özünü dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün göndərilən sosial xidmət müəssisəsinin işçisi kimi təqdim edən Cavabdeh2 onu aldadaraq mənzilin onun adına özəlləşdirilməsinə kömək edəcəyini vəd etmişdir. Mənzilin onun adına özəlləşdirilməsi çoxdankı arzusu olsa da, sənədləşmə işlərini təkbaşına həyata keçirə bilmədiyi üçün özəlləşdirilmə işlərinin onun tərəfindən aparılmasına inanaraq razılıq vermişdir. Cavabdeh2 yaşlı və tənha olmağından sui-istifadə edərək, ondan 5000 (beş min) manat almış, öz adına və tanımadığı vəkilin adına etibarnamə sənədləşdirilmişdir. Cavabdeh1 ona qarşı iddia tələbi üzrə məhkəməyə çağırıldıqdan sonra özünü onun nümayəndəsi kimi təqdim edən Cavabdeh2 ilə cavabdeh Nuriyev X15 arasında ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 31A ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısı ilə bağlı 09 oktyabr 2021-ci il tarixli, AN-İ N0977822 saylı müqavilə bağlanılmasını öyrənmişdir. Halbuki, o, həmin mənzillə bağlı alqı-satqı müqaviləsinin bağlanılmasına və ya hər hansı digər notariat əməliyyatının aparılmasına dair tapşırıq verməmiş, hər hansı razılaşmada iştirak etməmiş və ya razılaşmanı təsdiq etməmiş, mənzili satmaq niyyəti və iradə ifadəsi olmamış, hər hansı məbləğ almamış və ona hər hansı məbləğ verilməmişdir. Cavabdeh2 mənzili ələ keçirdiyi vaxtdan başlayaraq, onunla əlaqə saxlamamış, telefon zənglərinə cavab verməmiş və aradan çıxmışdır. Yaşlı olduğundan və məsələnin hüquqi mahiyyəti məhkəmə tərəfindən ona izah edilmədiyindən işin real vəziyyətini vəkil tutduqdan sonra başa düşmüş və ona görə də, iddianın verilməsi bir qədər ləngimişdir. Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, mənzil 34500 (otuz dörd min beş yüz ) manat, yəni real dəyərindən 3 dəfə ucuz qiymətləndirilmişdir. Bu da təsdiq edir ki, cavabdehlər Cavabdeh2 Cavabdeh1 ilə əlbir hərəkət etmişdir. Sözügedən alqı-satqı müqaviləsi mənzilin qanuni sahibinin onun həqiqi və sərbəst iradəsi ifadəsi deyildir. Aldatma və etibardan sui-istifadə etmə yolu ilə əldə edilmiş etibarnamə əsasında nümayəndənin digər tərəflə pis niyyətli razılığa gəlməsi nəticəsində onun son dərəcə ağır vəziyyətə düşməsinə səbəb olan əqd bağlanılmış və mənzil Nuriyev Əli X3. Qüvvədə olan mülki qanunvericliyin tələblərinə görə qeyd olunan halların mövcud olması səbəbindən 09 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır və onun üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Deməli, Cavabdeh2 əvvəlcədən düşünülmüş, başqa şəxsləri cəlb etməklə müxtəlif aldatma üsullarından istifadə edərək ona mülkiyyət hüququ ilə məxsus olan mənzili tamah niyyəti ilə əvəzsiz olaraq ələ keçirmiş və Cavabdeh1 adına rəsmiləşdirməklə onu olduqca dözülməz vəziyyətə salmışdır. Baş verənlər ona güclü sarsıdıcı təsir göstərmiş, ruhi vəziyyətini pisləşdirmiş, sarsıntılar keçirməsinə və səhhətinin pisləşməsinə səbəb olmuşdur. O, hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələbinə görə, qeyd olunan halların mövcudluğuna görə 09 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun nəticələri ləğv olunmalı, 5000 manat məbləğində ziyan onun xeyrinə tutulmalıdır. Onun tərəfindən hüquqi yardım üçün müqavilə əsasında 720 manat, iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.3, 339.5 və 1097-ci maddələri ilə əsaslandıraraq, onun adından Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısına dair 09 oktyabr 2021-ci il tarixli AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 5000 manatın, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 720 manat hüquqi müdafiə xərcinin, 100 manat dövlət rüsumunun və 5000 manat mənəvi ziyan əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birləşdirilən iş üzrə İddiaçı2 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Cavabdeh1, İddiaçı1 qarşı “müqavilənin hissəvi etibarsız hesab olunması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil onun atası X1 qalan mənzildir. Həmin mənzil orderlə atasına məxsus olmuşdur. Həmin order əsasında verilmiş yaşayış sahəsinin kirayə müqaviləsində onun adı və analığı İddiaçı1 adı qeyd olunmuşdur. Həmçinin o, həmin dövrdən qeyd olunan mənzildə qeydiyyatdadır. Atası rəhmətə gedəndən sonra, analığı onu incitməyə başlamışdır. Dəfələrlə onu qeyd olunan mənzildən qovmuşdur. Beləliklə də, onunla analığı arasında olan mübahisə bu günədək məhkəmələrdə davam edir. Bundan başqa, 1996-cı ildə qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə onun qeyd olunan mənzilə köçürülməsi qət olunmuş və həmin qətnamə icra olunmuşdur. Lakin yenə də İddiaçı1 qohumlarının dəstəyi ilə onu qeyd olunan mənzildən uzaqlaşdırmağa nail olmuşdur. Tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edən zaman ona məlum olmuşdur ki, mübahisə predmeti olan mənzil, Cavabdeh1 mülkiyyətindədir. Bundan sonra o, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilin qanunsuz olaraq özəlləşdirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri 11 saylı Notariat Ofisi 02 iyul 2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, qeyd olunan mənzilin özəlləşdirilməsini xahiş etmişdir. Hansıki, notariat ofisinin bu məktubu onlara çox maraqlı gəlmiş. Bundan dərhal sonra da, mərhum atası X2 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq çıxarış verilmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı notariat ofisi xx.xx.2021-ci il tarixdə “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə vermiş və həmin şəhadətnamə ilə mənzilə dair verilmiş çıxarış xx.xx.2021-ci il tarixdə İddiaçı1 adına dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə isə İddiaçı1 qeyd olunan mənzili Cavabdeh1 satmışdır. Bundan sonra da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sonuncunun adına çıxarış verilmişdir. Qeyd olunan vərəsəlik şəhadətnaməsi üzrə, miras qoyan X2 oğludur. Həmçinin qeyd olunan miras əmlak, yəni ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzildə bu günədək qeydiyyatdadır. Birləşdirilən iş üzrə iddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 1225.1 və 1225.3-cü maddələri ilə əsaslandıraraq, Bakı şəhəri 11 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satqısı ilə bağlı AN-İ №0977822 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, ünvan 3 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1262/2024 saylı 12 fevral 2024cü il tarixli qərardadına əsasən (hakim Günel Abbasova) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası üzrə olan 2(001)- 1262/2024 saylı mülki işlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dair iddiası üzrə 2(001)-101/2024 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən birləşdirilən iş üzrə İddiaçı2, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı2 izahatında bildirmişdir ki, 1997-ci ildə məhkəmə qətnaməsinə əsasən sözügedən mübahisəli mənzilə köçürülsə də, qısa müddət ərzində həmin ünvanda yaşamış, İddiaçı1 qohumlarının dəstəyi ilə onu qeyd olunan mənzildən uzaqlaşdırmağa nail olmuşdur. Eyni zamanda nümayəndə Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 11 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv olunması, ünvan 3 ünvanında yerləşən mənzilin alqı-satıqısı ilə bağlı AN-İ №0977822 saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ünvan 3 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 və onun nümayəndəsi X7 hər biri ayrıayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda nümayəndə S.Nuriyeva mübahisəli mənzilin alqı-satqısında şəxsən iştirak etməsini, mənzilin satılması ilə bağlı məlumatı elanda gördüyünü və bu barədə qardaşı hazırki iş üzrə Cavabdeh1 məlumat verdiyini, dəfələrlə hazırki iş üzrə İddiaçı1 müraciət edərək, mübahisəli mənzilin satılması ilə bağlı hər hansı bir problemin olub-olmamasını soruşmuş, İddiaçı1 isə hazırki iş üzrə Cavabdeh2 onun bacısı oğlu olmaqla yanaşı, sənədləşmə işlərinin məhz onun tərəfindən aparılacağını bildirmişdir. Həmçinin Cavabdeh1 hazırki iş üzrə Cavabdeh2 əvvəllər ümumiyyətlə tanımadığını, onu ilk dəfə mübahisəli mənzili almaq istəyərkən həmin mənzilə baxmağa gedəndə mənzildə gördüyünü bildirmiş və Cavabdeh2 İddiaçı1 bacısı oğlu olduğunu öyrənmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, mübahisə predmeti olan mənzilin alqı-satqısında mülki qanunvericiliyin tələblərinə riayət edildiyini, əqdin etibarsızlığı üçün hər hansı bir əsasın olmadığını, cavabdehin vicdanlı alıcı olmasını əsas gətirərək iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları, yəni özünü dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün göndərilən sosial xidmət müəssisəsinin işçisi kimi təqdim edən Cavabdeh2 tərəfindən aldadıldığını, mənzilin onun adına özəlləşdirilməsinə kömək edilməsi məqsədilə tərəfindən Cavabdeh2 etibarnamə verildiyini, Cavabdeh2 onun yaşlı və tənha olmasından sui-istifadə edərək ondan 5000 (beş min) manat aldığını və mənzili satdığını əsas gətirərək, iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı1 və digər cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və ya məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə İddiaçı1 və cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, eyni zamanda onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 31a ünvanında yerləşən 1 saylı mənzilin hüquqi statusu haqqında məlumatın və onun İddiaçı1 mülkiyyətinə keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə sorğulara aidiyyəti üzrə baxılmış və bununla əlaqədar bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil 04 oktyabr 2021-ci il tarixli, V-17/1997 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı1 adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontorunun 09 oktyabr 2021-ci il tarixli, 4Ə-470 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Hazırda sonuncunun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzil (Yeni qaydalarla: AZ1108, ünvan 6 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 07 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X29 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən təsdiq etmişdir ki, 09 fevral 1994-cü il tarixdə vəfat etmiş – Xudaverdiyev Məmməd-Əli Mustafa oğlunun vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan arvadı İddiaçı1dır və o, miras əmlakı irs almalıdır. Şəhadətnamə üzrə verilən əmlak – DƏDRX tərəfindən 01 oktyabr 2021-ci il tarixdə Xudaverdiyev Məmməd-Əli Mustafa oğluna verilmiş **********39-05101-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, mənzil 1 (Yeni qaydalarla: AZ1108, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 36.36 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzil (Yeni qaydalarla: AZ1108, ünvan 6 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 09oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı1ilə alıcıCavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzilə (Yeni qaydalarla: AZ1108, ünvan 6 dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin mənzil 34500 manata satılmış, həmin müqavilə İddiaçı1 əvəzinə Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı1 nümayəndəsi tərəfindən verilmiş və Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş ərizənin surətindən görünür ki, İddiaçı1 nümayəndəsi Cavabdeh2 ünvan 3 (14-cü Aşırım) ünvanında yerləşən mənzilin İddiaçı1 əri mərhum Xudaverdiyev Məmməd-Əli Mustafa oğlunun adına özəlləşdirilməsinə etiraz etməmişdir. İş materiallarında olan AR-İİ seriyalı, 288341 №-li etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Etibar edən İddiaçı1 tərəfindən etibar edilən Cavabdeh2 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində etibarnamə verilmişdir. Etibarnamə üzrə İddiaçı1 tərəfindən verilən səlahiyyətlər: həmin etibarnamə ilə mənə məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, yerli və xarici vətəndaşları qeydiyyata salmağı, vərəsəlik işini rəsmiləşdirməyi, ona çatası miras payı qəbul etməyi, həmin paydan imtina etməyi, miras payın bağışlanması haqqında müqavilə bağlamağı, həmin müqavilədə imza etməyi, bununla bağlı ərizələr verməyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, əvəzindən imza etməyi, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə və sair. dövlət idarələrində, təşkilatlarında və qeyri-dövlət qurumlarında təmsil etməyi, istənilən bankda həmçinin Beynəlxalq Bankda, Kapital Bankda və bütün filiallarında adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğlərini almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid Pin kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, çıxarışı, texniki pasportu, əmlakın yüklü olub/olmaması haqqında arayışı (Forma 1) Forma 2 və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı, ASAN imzada sənədləşmə işləri görməyi, imza etməyi, ərizə verməyi, ona çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətləri yerinə yetirilməsini etibaredilir; Etibarnamə 10 il müddətinə verilmiş və 19aprel 2031-ci il tarixədək qüvvədədir. Həmin Etibarnamə İddiaçı1 tərəfindən ad soyadı öz xətti ilə yazılmaqla imza edilmişdir. İş materiallarında olan AR-İİ seriyalı, 397934 №-li etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Etibar edən İddiaçı1 tərəfindən etibar edilən Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat ofisində etibarnamə verilmişdir. Etibarnamə üzrə İddiaçı1 tərəfindən verilən səlahiyyətlər: həmin etibarnamə ilə mənə məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, yerli və xarici vətəndaşları qeydiyyata salmağı, vərəsəlik işini rəsmiləşdirməyi, ona çatası miras payı qəbul etməyi, həmin paydan imtina etməyi, miras payın bağışlanması haqqında müqavilə bağlamağı, həmin müqavilədə imza etməyi, bununla bağlı ərizələr verməyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, əvəzindən imza etməyi, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə və sair. dövlət idarələrində, təşkilatlarında və qeyri-dövlət qurumlarında təmsil etməyi, istənilən bankda həmçinin Beynəlxalq Bankda, Kapital Bankda və bütün filiallarında adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğlərini almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid Pin kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, çıxarışı, texniki pasportu, əmlakın yüklü olub/olmaması haqqında arayışı (Forma 1) Forma 2 və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı, ASAN imzada sənədləşmə işləri görməyi, imza etməyi, ərizə verməyi, ona çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətləri yerinə yetirilməsini etibar edilir; Etibarnamə 1 il müddətinə verilmiş və 02sentyabr 2022-ci il tarixədək qüvvədədir. Həmin Etibarnamə İddiaçı1 tərəfindən ad soyadı öz xətti ilə “oxudum, razıyam” müvafiq qeydi yazılmaqla imza edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4316/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzilinə (yeni qaydalarla: ünvan 6 olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6527/2023 saylı 28 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4316/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq 2(103)-6527/2023 saylı mülki işin icraatı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dair mülki mübahisəyə baxılanadək (məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanadək) dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7772/2023 saylı 14 dekabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dairmülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 tərəfindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə (vəsatətə) məhkəmə tərəfindən baxılmış və həmin mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş,İddiaçı1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət təmin olunmuş vəBakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5790/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-91/2023 saylı 17 may 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi X18 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 noyabr 2022-ci il tarixli qərarından İddiaçı1 məhkəmə nəzarəti qaydasında şikayətinə baxılaraq, şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi X18 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 noyabr 2022-ci il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş və şikayətçi İddiaçı1 şikayət ərizəsinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması və həmin şikayət üzrə həmin Məcəllədə nəzərdə tutulan əsaslı qərarın qəbul edilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan ünvan 8 ünvanlanmış 04 oktyabr 2021-ci il tarixdə 2V-234 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və vərəsəlik işinin təsdiq edilmiş surətlərindən görünür ki, həmin notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 8 təqdim edilmiş sənədlərdən görünür ki, X5 09 fevral 1994-cü il tarixdə vəfat etmiş, İddiaçı1 həyat yoldaşından qalan əmlaka, yəni Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzilinə dair qanun üzrə irs almaq hüququna dair şəhadətnamə verilməsi barədə 1997-ci ildə müraciət etmişdir. ünvan 9 ünvanlanmış 23 iyul 2021-ci il tarixli məktubdan məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzilinə dair Mənzil-Kommunal İstismar Sahəsində mövcud olan hüquq müəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmiş, həmin sənədlərdə olan 03 mart 1997-ci il tarixli qətanmənin surətindən məlum olmuşdur ki, İddiaçı1 İddiaçı2 qarşı mənzildə yaşayış hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda İddiaçı2 İddiaçı1 qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən İddiaçı1 iddiası əsassız olduğun rədd edilmiş, lakin İddiaçı2 qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, həmin mənzilin (hazırki mübahisə predmeti olan mənzilin) icarədarı İddiaçı1dır və tərəflər mənzildə qeydiyyatdadırlar. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 1987-ci ildə mənzilə qeydiyyata götürülsə də, orada yaşamışdır. İddiaçı2 isə tələbini onunla əsaslandırmışdır ki, atasının ilindən sonra İddiaçı1 onun mənzildə yaşamasına maneəçilik törətmişdir. Eyni zamanda həmin qətnamədə qeyd edilmişdir ki, İddiaçı1 oğulluğu Şahinin həmin mənzilə qeydiyyata düşməsini bilməmiş, 1995-ci ildə Şahinin razılığı ilə mənzilin icarə müqaviləsinin öz adına keçirmiş, amma Şahin özəlləşməyə razılıq verməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı2 ailə üzvü kimi mübahisəli mənzildə yaşamış, atası, analığı ilə bir təsərrüfat aparmış, atasının ölümündən sonra İddiaçı1 öz qohumunu yanına gətirmək məqsədilə müxtəlif formada onun mənzildə gecələməsinə, sonra evə gəlib-getməsinə maneəçilik törətmişdir. Həmin sənədlərə əlavə edilmiş 04 may 1978-ci il tarixli Orderin surətindən görünür ki, Bakı şəhəri, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzili order əsasında Xudaverdiyev Məmməd-Əli Mustafa oğluna verilmiş, həmin yaşayış sahəsi ümumi sahəsi 17.26 kv.m olmaqla 1 otaqdan ibarət olmuş, eyni zamanda V.Q.Çebotarla dəyişmə yolu ilə Xudaverdiyev Məmməd-Əli Mustafa oğlu həmin mənzilə tək gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 aprel 2024-cü il tarixli məktubdan məlum olur ki, məhkəmənin 29 mart 2024-cü il tarixli 2(001)-101/2024 nömrəli müraciətinə baxılmış, müraciətə cavab olaraq bildirilmişdir ki, 31 avqust 2005-ci il tarixdən Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 31A, mənzil 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı2 məxsus AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin Suraxanı Rayon Polis İdarəsi tərəfindən səhvən fəaliyyətsizləşdirildiyi müəyyən edildiyindən həmin İdarənin xx.xx.2021-ci il tarixli vəsatəti əsasında qeyd olunan səhv aradan qaldırılmış və şəxsiyyət vəsiqəsi aktiv statusa qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02may 2024-cü il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzilin (Yeni qaydalarla: AZ1108, ünvan 6 02may 2024-ci il tarixə bazar dəyəri 83000 manat, likvid dəyəri 79000 manat, 2021-ci il üzrə (alqı-satqı müqaviləsi bağlan dövrə münasibətdə) bazar dəyəri 75000 manat, likvid dəyəri isə 70000 manat təşkil etmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.(Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (Mülki Məcəllənin 339.1-ci maddəsi) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Mülki Məcəllənin 339.2-ci maddəsi) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Mülki Məcəllənin 339.3-cü maddəsi) Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (Mülki Məcəllənin 359.1-ci maddəsi) Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. (Maddə 359.2.) Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. (Maddə 359.3.) Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. (Maddə 359.4.) Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinin tələbinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Həmin qərarda məhkəmə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında məhkəmə vurğulamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, birləşdirilən iddia tələbi ilə bağlı (İddiaçı2 iddiasına münasibətdə) hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki,İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onlarınyaşayış sahəsi daha uzun müddət saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İlk növbədə İddiaçı1 iddia tələblərinə qiymət verərək, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçının tələbləri mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, mübahisəli mənzil, yəni Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzillə bağlı hazırki iş üzrə İddiaçı1 tərəfindən 19 aprel 2021-ci il tarixdə Bakı şəhəri 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində hazırki iş üzrə Cavabdeh2 etibarnamə verilmiş, həmin etibarnamədə bir sıra digər səlahiyyətlərlə yanaşı, ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, yerli və xarici vətəndaşları qeydiyyata salmağı, vərəsəlik işini rəsmiləşdirməyi, ona çatası miras payı qəbul etməyi, həmin paydan imtina etməyi, miras payın bağışlanması haqqında müqavilə bağlamağı, həmin müqavilədə imza etməyi, bununla bağlı ərizələr verməyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, əvəzindən imza etməyi, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə və sair. dövlət idarələrində, təşkilatlarında və qeyri-dövlət qurumlarında təmsil etməyi, istənilən bankda həmçinin Beynəlxalq Bankda, Kapital Bankda və bütün filiallarında adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğlərini almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid Pin kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, çıxarışı, texniki pasportu, əmlakın yüklü olub/olmaması haqqında arayışı (Forma 1) Forma 2 və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı, ASAN imzada sənədləşmə işləri görməyi, imza etməyi, ərizə verməyi, ona çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətləri yerinə yetirilməsini etibar etmiş, etibarnamə 10 il müddətinə verilmiş və etibarnamənin qüvvədə olma müddəti 19 aprel 2031-ci il qeyd edilmişdir. Həmin Etibarnamə İddiaçı1 tərəfindən ad soyadı öz xətti ilə yazılmaqla imza edilmişdir. Bununla yanaşı 11 saylı notariat ofisində İddiaçı1 tərəfindən Cavabdeh2 yenidən AR-İİ seriyalı, 397934 №-li etibarnamə verilmiş, etibar edən İddiaçı1 tərəfindən etibar edilən Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat ofisində eyni məzmunlu etibarnamə təkrarən verilmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və 02 sentyabr 2022-ci il tarixədək qüvvədə olmuşdur. Həmin Etibarnamə İddiaçı1 tərəfindən ad soyadı öz xətti ilə “oxudum, razıyam” müvafiq qeydi yazılmaqla imza edilmişdir. Müvafiq etibarnamələr əsasında həmin mübahisəli mənzilə dair İddiaçı1 adına 04 oktyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X29 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən təsdiq etmişdir ki, 09 fevral 1994-cü il tarixdə vəfat etmiş – Xudaverdiyev Məmməd-Əli Mustafa oğlunun vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan arvadı İddiaçı1dır və o, miras əmlakı irs almalıdır. Şəhadətnamə üzrə verilən əmlak – DƏDRX tərəfindən 01 oktyabr 2021-ci il tarixdə Xudaverdiyev Məmməd-Əli Mustafa oğluna verilmiş **********39- 05101-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, mənzil 1 (Yeni qaydalarla: AZ1108, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 36.36 kv.m olan mənzildən ibarətdir. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı1 ilə alıcı Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzilə (Yeni qaydalarla: AZ1108, ünvan 6 dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin mənzil 34500 manata satılmış, həmin müqavilə İddiaçı1 əvəzinə etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 31a, 1 saylı mənzil (Yeni qaydalarla: AZ1108, ünvan 6 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16 oktyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda İddiaçı1 onun tərəfindən mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsinin bağlanılmasına və ya hər hansı digər notariat əməliyyatının aparılmasına dair tapşırıq verilməməsi, hər hansı razılaşmada iştirak etməməsi və ya razılaşmanı təsdiq etməməsi, mənzili satmaq niyyəti və iradə ifadəsinin olmaması, hər hansı məbləğin onun tərəfindən alınmaması və ya ona verilməməsi, həmçinin mülkiyyətində olan daşınmaz əmlakın bazar qiymətindən xeyli aşağı qiymətə satılmasına əsaslanaraq, onun adından Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin alqısatqısına dair 09 oktyabr 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla yanaşı məhkəmə tərəfindən notarial qaydada təsdiq edilmiş həmin alqı-satqı əqdi bağlanan zaman yol verilən qüsurların mövcudluğu müəyyən edilməmişdir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakının bazar qiymətindən xeyli aşağı qiymətə satılması dəlilinə münasibətdə məhkəmə hesab edir ki, təkcə bu halın özü sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün yetərli deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 tərəfindən 19 aprel 2021-ci il tarixdə Bakı şəhəri 5 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində hazırki iş üzrə Cavabdeh2 verilmiş etibarnamədə iddiaçı könüllü olaraq bir sıra digər səlahiyyətlərlə yanaşı, ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı əqdlərini bağlamaq səlahiyyətini vermişdir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə mübahisələndirilən əqdin bağlanması zamanı və bağlanandan sonra alıcının hərəkətlərini qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh1 vicdanlı alıcı olduğunun da təsdiq edilməsi İddiaçı1 iddia tələblərinin təmin edilməməsi üçün əsasdır. Bununla yanaşı İddiaçı1 özünü dövlət tərəfindən kimsəsiz və yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün göndərilən sosial xidmət müəssisəsinin işçisi kimi təqdim edən Cavabdeh2 onu aldadaraq, mənzilin onun adına özəlləşdirilməsinə kömək edəcəyi, mənzilin onun adına özəlləşdirilməsinin Cavabdeh2 tərəfindən aparılmasına inanaraq razılıq verməsi, Cavabdeh2 onun yaşlı və tənha olmasından sui-istifadə edərək, ondan 5000 (beş min) manat almasını bildirərək, Cavabdeh2 5000 manatın tutulmasını tələb etsə də, bu halları da təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, satıcı İddiaçı1 (onun adından Cavabdeh2) və Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin alqı-satıqısına dair 09 oktyabr 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı əsaslar mövcud olmadığından, həmin əqd notarial qaydada rəsmiləşdirilərkən qanun pozuntusuna yol verilmədiyindən, Cavabdeh1 vicdanlı alıcı olduğu müəyyən edildiyindən iddia tələbləri 09 oktyabr 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satıqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməli, İddiaçı1 Cavabdeh2 qarşı mənzilin satışından əldə edilmiş vəsaitin ona qaytarılması ilə bağlı pul tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bununla yanaşı iddia tələblərindən “5000 manat pul vəsaitinin Cavabdeh2 alınaraq İddiaçı1 verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin tələb də mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Birləşdirilən iş üzrə İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə, İddiaçı1, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddia ərizəsinə münasibətdə məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzili 04 may 1978-ci il tarixli Order əsasında İddiaçı2 atası Xudaverdiyev Məmməd-Əli Mustafa oğluna verilmişdir. Həmin orderdə İddiaçı2 adı qeyd edilməmişdir. Xudaverdiyev Məmməd-Əli Mustafa oğlu 09 fevral 1994-cü il tarixdə vəfat etdikdə mübahisəli mənzil onun xüsusi mükiyyətində olmamış, onun adına özəlləşdirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 1997-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 İddiaçı2 qarşı “mənzildə yaşayış hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası rədd edilmiş, İddiaçı2 “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31 saylı evin 1 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı2 izahatında həmin qətnaməyə əsasən sözügedən mübahisəli mənzilə köçürüldüyünü, qısa müddət ərzində həmin ünvanda yaşadığını, lakin İddiaçı1 qohumlarının dəstəyi ilə həmin mənzildən uzaqlaşdığını bildirsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı2 mübahisəli mənzildən 6 aydan çox müddətə başqa yaşayış sahəsinə köçdüyünə görə onun həmin mənzilə dair istifadə hüququ itirildiyindən mübahisəli mənzil İddiaçı1 adına rəsmiləşdirilərkən onun razılığının əhəmiyyəti olmadığından, həmçinin Cavabdeh1 mübahisəli mənzilin vicdanlı alıcısı olduğundan İddiaçı2 iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması” tələblərinə dair iddiası təmin edilməsin. Birləşdirilən iş üzrə İddiaçı2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə, İddiaçı1, Nuriyev X13 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiası təmin edilməsin. İddia tələbləri təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-101/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-101/2024
15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver