Məhkəmə qərarları › İş №2(001)-1010/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1010/2023

18.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1010/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının Cavabdeh qarşı maddi ziyana görə 20 manatın tutulmasına, iddiaçının ərasinə quraşdırdığı sputnik antenasının çıxarılmasına, dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızı Cavabdeh qarşı maddi ziyana görə 20 manatın tutulmasına, iddiaçının quraşdırdığı sputnik antenasının çıxarılmasına, dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı qonşusu Cavabdeh anası Ülkər adlı şəxs iddiaçının iki daşdan hörülmüş hasarını bir aydan sonra çəkiclə vurub sökdüyündən iddiaçı DİN-nin 102 xidmətinə məlumat vermiş və onun barəsində cərimə tətbiq olunmuşdur. Cavabdeh tərəf hasarı dağıtmasının səbəbi kimi ürəyinin belə istəməsini, iki daşla onların havasının kəsilməsini, həyətin qaranlıq olmasını demişdir. Lakin iddiaçı onların yarım qoduqları işi tamamlamışdır. Aparılmış video çəkilişdən də görünür ki, dörd daş onlar tərəfindən yarımçıq hörülmüşdür. İddiaçı kərpiclə tikilini tamamlayıb həyətinə çox hündür olmayan çardaq timək istəmişdir. Tikinti işləri zamanı cavabdeh etirazını bildirmiş, daha sonra tikilən iki daşı onların evi tərəfdən təmir olunmasını tələb etmiş, iddiaçı bu işləri öz vəsaiti hesabına aparmışdır ki, problem olmasın. xx.xx.2022-ci il tarixdə cavabdeh çardaqdan üzü hasara istiqamətə 1,5 metr ölçüdə şiferlə açıq sahəni bağlamış, halbuki iki daşa görə evi qaranlıq olur, havası kəsilirdi deyirdi. Yəni iddiaçı evi təmir edərkən qonşusu onu səbəbsiz incitmiş, iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Sökülmüş hasarın yenidən bərpasının xərcini iddiaçı çəkmiş, cavabdeh sadəcə cəriməni dövlətə ödəmişdir. Hasar tək daşla iddiaçının sütunu ilə davam etməsinə baxmayaraq cavabdeh hasarı mənimsəmiş, çardağın dəmirlərinin 1 sm belə iddiaçının həyətinə keçməsinə icazə verməyəcəyini demişdir. İcra, bələdiyyə nümayəndəliyi baxaraq iddiaçıya heç bir qeyri-qanuni tikinti olmadığını demişlər. xx.xx.2022-ci il tarixdə qonşusu iddiaçıya 10 ildir iddiaçının həyətində olan sputnik antenasının xarab olduğunu və onu düzəltmək üçün həyətə ustanın girməsinin vacib olduğunu bildirmişdir. Videodan da görünür ki, antena cavabdehin evinə bitişik, lakin iddiaçının həyətinə düşür. İddiaçı antenaya görə öz çardağını çox qısa tikdirməli olmuşdur. İddiaçı ustanın həyətə girməsinə bir şərtlə razılaşmışdır ki, cavabdeh antenanın yerini dəyişdirsin, çünki onlar artıq münaqişəli qonşu olmuşlar. Lakin usta antenanı çıxarıb iddiaçıdan icazəsiz iddiaçının çardağına çıxaraq bayırdan cavabdehin sütunlarına birləşdirmiş, iddiaçı etirazını bildirmişdir. İddiaçının ərazisinə icazəsiz daxil olan usta iddiaçının çardağını əzib ona maddi ziyan vura bilərdi. İddiaçının icazəsi olmadığı üçün 102 xidmətinin sayəsində antena iddiaçının ərazisinə vurulmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə iddiaçının işdə olmasından istifadə edərək cavabdeh qanunsuz iddiaçının ərazisinə daxil olmuş, sputnik antenanı ora yerləşdirmişdir. İddiaçının 2 azyaşlı uşaqları axşam saat 18-00-19-00 radələrində çardaqda gəzən adam görüb qorxaraq iddiaçıya zəng vurmuş, iddiaçı iş saatını bitirərək 102-yə müraciət etmişdir. Polis işçiləri qanunsuz vurulan antenanı çıxartmaq üçün icazələrinin olmadığını bildirib məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Şəkildə göründüyü kimi boz sütun iddiaçının, sarı sütun isə qonşunundur. Lakin iki sütununda ona aid olduğu bildirlir. İddiaçı öz sütununu hörərək artırıb ora öz sputnik antenasını və kamera yerləşdirmək istəyir. Onun üçündə qonşunun antenası iddiaçının həyətindən, çardağının üstündən məhkəmənin verdiyi qərarla götürülməli, iddiaçı öz antenasını istənilən istiqamətdə öz binasının sol və sağ tərəfinə yerləşdirə bilər, yetərincə əlverişli şəraiti vardır. Ona görə də iddiaçıya vurulan 20 manat maddi ziyanın cavabdehdən tutulmasına, iddiaçıdan gizlin, icazə alınmadan iddiaçının mülkünə daxil olaraq çardağını əzərək iddiaçının ərasinə quraşdırdığı sputnik antenasının, iddiaçının öz sütununu beş daş, cavabdehin sütununa bərabər hüdürlükdə artıra bilməsi üçün çıxarılmasına, dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızı qızı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 822 saylı qərarının surətindən müəyyən olunur ki, X2 xx.xx.2011-ci il tarixli 430 saylı qərarla fərdi yaşayış evinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 100 kv.m. torpaq sahəsinin Sumqayıt şəhər sakini X1 adına verilməsini ərizə ilə Binəqədi qəsəbə Bələdiyyəsindən xahiş etmiş, R.T.Quliyevi və Ş.İ.Xəlilovun ərizələri nəzərə alınaraq cizgidə göstərilən 100 kv.m. torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları X1 istifadəsinə verilməsi qərara alınmaqla sonuncuya ayrılmış ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılmış tikintinin eskizinin və layihəsinin nəzərə alınması həvalə edilmişdir. AR-İ 952065 saylı xx.xx.2020-ci il tarixli 7E-2413 reyestr nömrəli etibarnamənin surətindən müəyyən müəyyən olunur ki, etibar edən X3 etibar edilən Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızına Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 100 kv.m. torpaq sahəsini özəlləşdirməyi, tikinti işlərini aparmağı, adından ərizə verməyi, Azərbaycan Respublikası DT və XK-ə ƏMDK-nin DƏDRX-i İdarəsinə sənədləri təqdim etməyi, torpaq sahəsinə və tikiliyə kadastr planı almağı, çıxarış, texniki pasport, arayış aldıqdan sonra müqavilə bağlamağı və s. səlahiyyətləri həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2354 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, baxış zamanı Cavabdeh tərəfindən ünvan 1 ünvanında antena quraşdırdığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında quraşdırılmış antenanın Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızına maneə yaradıbyaratmamasının müəyyən edilməsi tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid deyildir. Cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan divara bərkidildiyi müəyyən olunsa da, antenının çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 20 manat maddi ziyan vurulmasını, cavabdehin quraşdırdığı antenanın ona maneələr yaratmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bu hallar öz təsdini tapmamışdır. Belə ki, yaşadığı evə dair hüquq müəyyənedici sənədi olmayan iddiaçı vurulmuş maddi ziyanla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdeh tərəfindən quraşdırılmış antenanın cavabdehin faktiki istifadəsində olan öz divarına bərkidildiyi, antenının çıxıntısının fəzadan iddiaçının faktiki istifadəsində olan sahəyə tərəf keçdiyi müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızının Cavabdeh qarşı maddi ziyana görə 20 manatın tutulmasına, iddiaçının ərasinə quraşdırdığı sputnik antenasının çıxarılmasına, dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Şahvələdova Sevı̇ nc Mübarı̇ z qızından ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar