Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1017/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 2001-2003cü il tarixdə həqiqi hərbi xidmətdə olduğu dövrdə tanış olmuş, sonradan uzun illər birlikdə işləmişlər. 2014-cü il tarixdə cavabdeh işgörmək və gəlir əldə etmək məqsədilə iddiaçıdan 12000 manat məbləğində pulu almış və bu günə kimi geri qaytarmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh ondan əlavə başqa şəxslərdən müxtəlif bəhanələrlə külli miqdarda pul vəsaitini mənimsəmiş və nəticə etibarı ilə Bakı şəhəri Binəqədi Rayonu Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə cavabdeh həbs edilmiş, sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-607/2017 saylı hökmünə əsasən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdir. Hazırda cavabdeh cəzasını çəkib başa vurmuş və azadlığa çıxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddiaçıya 4.000 manat borcunun olduğu etiraf etdi və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-601/2017 saylı hökmündən görünür ki, Cavabdeh daxili və xarici turizimlə və aviabiletlərin satışı ilə məşğul olan "xxxx" MMCnin direktoru işləyərkən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə vətəndaş İddiaçı 5.000 manat pulu borc olaraq aldıqdan sonra həmin pulu geri qaytarmaqla İddiaçı etibarını qazanmış və sonradan turzim işində yaxşı gəlir olduğunu İddiaçı bildirərək şərikli biznes fəaliyyəti ilə məşğul olacaqlarına dair yalan vədlər verib aldadaraq 2014-cü ilin iyul ayında Bakı şəhəri Sabunçu rayonu Sabunçu dairəsində 7.000 manat pulunu, daha sonra 2014-cü ilin avqust aylarında ünvan 1 ünvanında yerləşən Bakı Əyləncə Mərkəzinin qarşısında 5.000 manat pulunu ələ keçirib, İddiaçı vahid niyyətlə külli miqdarda yəni 12000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, hökmün nəticə hissəsinin 3-cü bəndinə əsasən, zərərçəkmiş şəxslər İddiaçı və Səmədov Xəyyam oğluna göstərilən tələblə bağlı İddiaçı 10000 manat və və Xəyyam Səmədova 2950 manat məbləğində pul təqsirlədirilən şəxs Cavabdeh alınaraq onlara qaytarılması barədə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının(xx.xx.2020-ci il tarixli düzəlişlərlə)” 4-cü bəndinə əsasən AR MPM-nin 82.4 maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Beləliklə, MPM-nin 82.4-cü maddəsinə görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü mülki iş üzrə sübut olunmaqdan azaddır: 1)hərəkətin olub-olmaması faktı(yəni cinayətin törədilib-törədilməməsi faktı); 2)bu hərəkətin konkret şəxs tərəfindən edilməsi faktı(yəni cinayətin subyekti barədə məsələ); Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Məhkəmənin hökmü ilə müəyyən edilən digər hallar mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir və mülki iş üzrə icraat qaydasında mübahisələndirilərək araşdırılmalıdır. Beləliklə, qanuni qüvvəyə minmiş hökmlə Cavabdeh İddiaçı qarşı AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetirilmişdir. Lakin Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş hökmlə maddi ziyanın məbləği və həcmi müəyyən edilməmişdir. Belə ki, hökmün “müəyyən etdi” hissəsində və zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahatında İddiaçı ümumi olaraq 10000 manat məbləğində maddi ziyanın vurulması qeyd olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı nə mülki məhkəmə icraatında aparılan məhkəmə iclasında bununla bağlı sübut təqdim etmişdir, nə də hökmdə hər hansı sübut qeyd olunmamışdır. Yalnızca Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)-601/2017ci il tarixli hökmündə xx.xx.2017-ci il tarixli “üzləşdirmə”protokoluna istinad olunmaqla, iş üzrə keçirilmiş üzləşmə zamanı İddiaçı istintaqa verdiyi ifadəsinin Cavabdeh üzünə qarşı deyərək bir daha təsdiq etməsi, Cavabdeh həmin üzləşmə zamanı İddiaçı 1800 manat borcunun qalması qeyd olunmuşdur (mülki iş səh. 16). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan(zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işguzar nüfuzuna vurulmuş ziyanın əvəzinitam həcmdə ödəməyə borclu olur, zərərçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir. Delikt məsuliyyətinin əsası kimi zərər dedikdəmülki hüquq subyektinin malik olduğu şəxsi qeyri-əmlak və ya əmlak hüquqlarının pozulması ilə bağlı əmələ gələn mənfi nəticə başa düşülür. Mənfi nəticə həm əmlak, həm də qeyri-əmlak xarakterli ola bilər. Bu nəticə subyektə məxsus olan əmlakın məhv olması və ya zədələnməsində, habelə fiziki şəxsin şikəst olmasında və ya ölməsində ifadə edilə bilər. Zərərin vurulduğu obyektlərin dairəsi müxtəlifdir. Belə ki, cinayət nəticəsində dəymiş ziyanın (zərərin) 3 növü müəyyən edilir: - fiziki -əmlak -mənəvi Göründüyü kimi, hazırki mülki iş üzrə tələb cinayət nəticəsində dəymiş əmlak zərəri ilə bağlıdır. Beləliklə, Məhkəmə cavabdehin məhkəmə etiraf ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə 10000 manat pul məbləğində borcun verilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Lakin sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edilərək, qismən qəbul edildiyindən (4000 manat), iddiaçı həmin faktları (4000 manat borcun verilməsi hissəsində) sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1017/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1017/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver