Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1021/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) qarşı “tutulmuş sadələşdirilmiş verginin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “tutulmuş sadələşdirilmiş verginin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı-satqısı zamanı tutduğu 3097,80 manat (üç min doxsan yeddi manat 80 qəpik) məbləğində sadələşdirilmiş vergi məbləğinin və onun hazırki məhkəmə iddiasının verilməsi ilə əlaqədar çəkdiyi bütün xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, birinci qrup əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşıdır. O, xx.xx.2016-cı il tarixindən öz mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda mülkiyyətində olan ümumi sahəsi 0.034 ha ölçülü torpaq sahəsini, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 11 saylı notariat ofisində aparılmış alqı-satqı əməliyyatı nəticəsində satmışdır. Alqı-satqı əməliyyatı aparılarkən notariat ofisi onun satdığ evin təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş dərəcə və əmsalları tətbiq edərək 3097,80 manat (üç min doxsan yeddi manat 80 qəpik) məbləğində sadələşdirilmiş vergi tutmuşdur. Eyni qaydada, cavabdeh torpağın təqdim edilməsinə görə 204 (iki yüz dörd) manat sadələşdirilmiş vergi tətbiq edilmişdir. Yuxarıda qeyd edilən vergi məbləğləri tətbiq edilərkən cavabdeh Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218-1.1.5.1 və 218- 1.1.5.1-1-ci maddələri ilə müəyyən edilmiş azadolmaların evin alqı-satqı əməliyyatına şamil edilmədiyinə dair yanlış qənaətə gəlmişdir. Baxmayaraq ki, alqı-satqı əməliyyatından əvvəl tərəflərin ümumi qənaəti evə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218- 1.1.5.1 və 218-1.1.5.1-1-ci maddələri ilə müəyyən edilmiş azadolmaların şamil edildiyi istiqamətində olmuşdur, onun vəziyyəti verginin tətbiq edilməsinə alqı-satqı əməliyyatı zamanı etiraz etməyə yaxud məsələnin aydınlaşdırılmasına imkan verməmişdir. Alqısatqının baş tutması üçün əməliyyatın yerinə yetirilməsinə də etiraz edilməmişdir. Bununla belə alqı-satqıdan sonra vergi tutulması ilə bağlı aparılmış araşdırma ilə aydın olmuşdur ki, evin alqı-satqısına 3097,80 manat məbləğində sadələşdirilmiş verginin tutulması, vergi qanunvericiliyi ilə müəyyən edilmiş azadolmaların yanlış tətbiqinin nəticəsidir. O, satdığı evdə Vergilər Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyatda olmasa da, alqı-satqı əməliyyatının aparıldığı günə qədər o, evdə 3 təqvim ilindən artıq müddətdə yaşamış və ev onun mülkiyyətində olan yeganə əmlak olmuşdur. Bu baxımdan evlə bağlı alqı-satqı əməliyyatı Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyat tələbini əsas olaraq alqı-satqını həyata keçirmiş notariat ofisinə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdehə bundan daha əvvəl, xx.xx.2022-ci il tarixində edilmiş müraciətə cavab olaraq isə cavabdeh onun satılan evdə qeydiyyatda olmadığını müəyyən etdiyindən alqı-satqı əməliyyatına münasibətdə sadələşdirilmiş vergi tətbiq edildiyini qeyd etmişdir. Cavabdehin verdiyi cavabdan aydın olur ki, o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyat tələbini əsas olaraq alqı-satqısı əməliyyatına münasibətdə sadələşdirilmiş vergiyə cəlb etmişdir. Halbuki cavabdeh Məcəllənin 218- 1.1.5.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydanı tətbiq etmiş olsaydı evin alqı-satqısı əməliyyatı vergidən azad edilməli idi. Cavabdeh şifahi qaydada Məcəllənin 218-1.1.5.1-1ci maddəsi ilə müəyyən edilmiş “...o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda” müddəasını da sadələşdirilmiş verginin tətbiqi üçün səbəb olaraq göstərmişdir. Amma müvafiq qaydada real vaxt rejimində əldə etdikləri məlumatlar belə onun həyat yoldaşının adına (başqa) digər yaşayış sahəsinin olmadığını göstərir. Belə ki, alqı-satqı əməliyyatı aparılarkən onun həyat yoldaşının mülkiyyətində Abşeron rayonu Fatmayı kəndi, Qara Qarayev küçəsində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı ərazi olmuşdur. Qeyd edilən torpaq sahəsində yaşayış sahəsi (ev) yoxdur. Eyni zamanda qeyd edilən torpaq sahəsinin hazırda dövlət məqsədləri üçün alışı nəzərdə tutulduğundan, onunla bağlı hər hansı əməliyyatın aparılmasına qadağa mövcuddur. Bu baxımdan hesab edirlər ki, onun həyat yoldaşının mülkiyyətində boş torpaq sahəsinin olmasını, onun və arvadının ümumi mülkiyyətində olan yaşayış sahəsi kimi qəbul edilməsi də və bu əsasda evin alqı-satqısına sadələşdirilmiş verginin tətbiq edilməsi də yanlışdır. Bunlardan əlavə, alqı-satqı əməliyyatının aparıldığı tarixdən keçən müddətdə o, məsələnin aydınlaşdırılması, araşdırılması və müvafiq qaydada sənədlərin hazırlanması üçün 200(iki yüz) manatdan artıq vəsait sərf etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X2 ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əlavə cavabdeh, Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia tələbinə dair etirazla məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin cavabdehlər sıradan çıxarılması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Dövlət Vergi Xidməti cavabdehlər siyahısından çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixli AN-İ №1050327 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağladığını və həmin müqavilə üzrə satıcı qismində əldə etdiyi gəlirdən 11 saylı notariat ofisi tərəfindən sadələşdirilmiş verginin tutularaq dövlət büdcəsinə köçürüldüyünü bildirmişdir. Lakin iddiaçı həmin gəlirinin vergidən azad olduğunu və tutulmuş vergi məbləğinin ona geri qaytarılmalı olduğunu hesab edərək məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi ilkin olaraq Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı yönəldilsə də daha sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyinin iş üzrə cavabdehlər qismində cəlb edilməsini xahiş etmişdir. Bu isə prosessual qanunvericiliyin normalarına zidd olmuşdur. Vergi Məcəlləsinin 17.1 və 17.2-ci maddələrinə əsasən vergi agenti həmin Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxs olmaqla, onun həmin Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. Yəni iddiaçının qaytarılmasını tələb etdiyi vergilər ödəmə mənbəyindən tutulan vergi növü olmaqla vergi agenti tərəfindən tutularaq dövlət büdcəsinə köçürülən vergilərə aiddir. Hazırkı halda isə tərəflər arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə vergi agenti qismində Bakı şəhəri 11 saylı notariat ofisi çıxış etmişdir.Həmçinin, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə həmin Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə olan halda, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin əqd üzrə əldə edilmiş mənfəətdən verginin hesablanması, tutulması, qanunvericiliklə nəzərdə tutulmuş azadolmaların tətbiqi üzrə öhdəliklər vergi agentinin, yəni notariusun üzərinə düşür və eyni zamanda artıq hesablanmış vergilərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən qaytarılmasına dair subyektiv hüququn daşıyıcısı qismində həmin notarius (vergi agenti) çıxış edir. Belə ki, Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən həmin Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmçinin, Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarına əsasən “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının” 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən isə vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 gün və ya həmin Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Göründüyü kimi, daşınmaz əmlakın alğı-satqısı üzrə hesablanmış vergini notarius vergi agenti qismində tutaraq dövlət büdcəsinə ödəmişdir. Həmçinin, notariusun vergi agenti qismində vergi ödəyiciləri ilə eyni hüquqları vardır. Belə ki, notarius vergini səhv tutsa belə həmin məbləğin büdcədən qaytarılması barədə iddiaçı deyil, həmin məbləği dövlət büdcəsinə ödəmiş notarius vergi orqanına müraciət etməli, vergi orqanının rəyi əsasında maliyyə orqanları həmin vəsaitin notariusa qaytarılmasını təmin etməlidir.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, qaytarılmasını tələb etdiyi vergilərin qanunamüvafiq qaydada hesablanması, tutulması və dövlət büdcəsinə ödənilməsinə görə Dövlət Vergi Xidməti hər hansı məsuliyyət daşımadığından iş üzrə cavabdeh qismində göstərilməsi əsassızdır.Lakin iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin hansı hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna, o cümlədən qaytarılması tələb edilən vergilərin məhz vergi orqanı tərəfindən tutulduğuna və ya məhz iddiaçı tərəfindən dövlət büdcəsinə köçürüldüyünə dair sübutlar təqdim edilməmiş, iddia tələbi isə əsaslandırılmamışdır.Bu isə onu deməyə əsas verir ki, hazırki iddia tələbi üzrə iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada subyektiv hüququ mövcud deyildir, cavabdeh Dövlət Vergi Xidməti isə qoyulan tələb üzrə cavab verməli olan inzibati subyekt deyildir.Beləliklə, İddiaçı iddiası üzrə cavabdeh qismində Dövlət Vergi Xidmətini göstərməsi qanunvericilik baxımından tam əsassızdır. Eyni zamanda yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbi də əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan Bakı şəhəri 11 saylı notariat ofisində 07 iyun 2022-ci il tarixdə bağlanmış 4Ə-365 saylı reyestrlə təsdiq olunmuş AN-İ seriyalı ******* №li alqı-satqı müqaviləsinin surətindən görünür ki, Həsənov X3 rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda mülkiyyətində olan ümumi sahəsi 0.034 ha ölçülü torpaq sahəsini 175000 (yüz yetmiş beş min) manata X1. Həmin müqavilənin 4-cü maddəsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinə görə 3097,80 manat və həmin ünvanda mülkiyyətində olan ümumi sahəsi 0.034 ha ölçülü torpaq sahəsinə görə 204 manat olmaqla, ümumilikdə 3301,80 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli 421 №-li ödəniş tapşırığının surətindən görünür ki, Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixli 4Ə-365 r/n alqı-satqı müqaviləsinə əsasən tutulmiş 3301,80 manat məbləğində vergi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin İddiaçı ünvanlanmış 10 noyabr 2022-ci il tarixli, **********010000 №-li məktubdan görünür ki müraciətdə qeyd edilən məsələ ilə bağlı daşınmaz əmlakın alqı-satqısı əməliyyatı keçirilmiş notariat ofisinə müraciət edilməsi tövsiyə olunmuşdur, vergi orqanının müvafiq rəyi təqdim edildikdən sonra onlar tərəfindən büdcəyə artıq ödənilmiş vəsaitin dövlət büdcəsindən geri qaytarılması təmin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin İddiaçı nümayəndəsi X5 ünvanlanmış XK-1707 saylı, 02 noyabr 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-365 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanarkən satıcının satdığı Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyatda olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə əsasən satdığı mənzildə və fərdi yaşayış evində 3(üç) ildən artıq qeydiyyatda deyilsə sadələşdirilmiş vergi ödəməlidir. Həmin fərdi yaşayış evinin satılması sadələşdirilmiş vergidən azad olunma halı ilə bağlı da notariat ofisinə heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, yaşayış məntəqələrinin torpaqların kateqoriyasına aid torpaq sahəsinin alqı-satqısı zamanı satıcı tərəfindən sadələşdirilmiş vergidən azad olunmur. Göstərilənlərə əsasən Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqısı zamanı tutulmuş sadələşdirilmiş verginin geri qaytarılması ilə bağlı məhkəməyə və ya vergi orqanına müraciət etməkləri tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəyə verilmişdir və və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1(6 otaq,ü/s 202.10 kv.m, y/s 132.90 kv.m) və həmin evin yerləşdiyi 0.034 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqlı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC Bağlar rayon sukanal idarəsi üzrə ödənişlərin siyahısına dair xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Digah qəsəbəsi, ev-712/C ünvanı üzrə sudan istifadə ilə əlaqədar müvafiq ödənişlər edilmişdir. İş materiallarında olan abunə kodu **********02420 olan abunə haqqında sənədin surətindən görünür ki, ünvan 5 ünvanı üzrə elektrik enerjisinin istifadəsi ilə əlaqədar abunəçi X6 tərəfindən xx.xx.2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində müvafiq ödənişlər edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ev üzrə abonent kodu **********00177 nömrəli abonent X6 tərəfindən qazın istehlakı ilə əlaqədar 2017-ci ildən 2022-ci il tarixədək olan dövr üçün ödənişlər edilmişdir. Beləliklə təsvir edilənlərdən mübahisəsiz qaydada görünür ki, iddiaçı Həsənov X3 rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 3 ildən artıq həyat yoldaşı ilə birlikdə faktiki olaraq yaşamış və kommunal xidmətlərdən istifadə edərək, həmin ünvanda abonent kimi qeydiyyatda olmuşlar. Eləcə də iddiaçının və onun həyat yoldaşının mülkiyyətində başqa yaşayış sahəsi olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən, vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. 17.2-ci maddəsinə əsasən, vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 150.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. 150.1.9-cu maddəsinə görə fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar. 218-1.1.5.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiqlənmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 4.8, 4.9 və 4.10-cu bəndlərinə əsasən, Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır.Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin normaları ilə müəyyən edilir ki, iddiaçı alqısatqı müqaviləsinin obyekti olan Abşeron rayonu, Digah qəsəbəsi, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olmasa da 3 ildən çox müddətdə həmin yaşayış sahəsində yaşaması və mülkiyyətində başqa yaşayış sahəsi olmadığından, Abşeron rayonu, Digah qəsəbəsi, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin satılması ilə əlaqədar Vergilər Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq vergiddən azad olduğu halda, 07 iyun 2022-ci il tarixdə bağlanmış 4Ə-365 saylı reyestrlə təsdiq olunmuş AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinə görə 3097,80 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıdan tutulmuş 3097,80 manat məbləğində sadələşdirilmiş vergi ona qaytarılmalıdır. Lakin iddiaçı cavabdeh qismində Bakı şəhəri 11 saylı Notariat Ofisi ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərilmiş olsa da, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh vergi orqanı arasında hüquq münasibəti olmamış, ödəniş edən agent Bakı şəhəri 11 saylı Notariat Ofisi olmuş və buna görə də hüquq münasibəti məhz iddiaçı ilə Bakı şəhəri 11 saylı Notariat Ofisi arasında yarandığından, Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinə görə iddiaçı tərəfindən ödənilmiş 3097,80 manat məbləğində sadələşdirilmiş vergi Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən geri qaytarılmalıdır Eyni zamanda iddiaçı iddia tələbində hazırki məhkəmə iddiasının verilməsi ilə əlaqədar bütün çəkdiyi xərclərin cavabdehdən tutulmasını xahiş edərək, iddia ərizəsində iddia tələbini alqı-satqı əməliyyatının aparıldığı tarixdən keçən müddətdə məsələnin aydınlaşdırılması, araşdırılması və müvafiq qaydada sənədlərin hazırlanması üçün 200 (iki yüz) manatdan artıq vəsait sərf etməsi ilə əlaqədar əsaslandırmış olsa da, 200 manat məbləğində xərc çəkməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş və məhkəmə araşdırması zamanı da sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Təsvir olunanlara əsasən məhkəmə hesab ki, iddia qismən təmin edilməli, İddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına görə ödədiyi 3097,80 manat məbləğində sadələşdirilmiş vergi İddiaçı Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən qaytarılmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına görə ödədiyi 3097,80( üç min doxsan yeddi manat 80 qəpik) manat məbləğində sadələşdirilmiş vergi cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən İddiaçı qaytarılsın. Cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisindən 54 (əlli dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1021/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1021/2023
01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver