Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1023/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 2230 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 2230 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki iş üzrə xx.xx.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun atası X4 xx.xx.2018-ci il tarixdə xəstəxanada insultdan vəfat etmişdir. Atası vəfat etməzdən əvvəl 4 gün Əfəndiyev adına xəstəxanada reanimasiya şöbəsində olmuş, o zaman onlar dərman və müalicələr üçün 1000 manat xərcləmişlər. Mərhumun xx.xx.2018-ci il tarixdə Təzə Pir məsçidində keçirilən yas mərasimində, xx.xx.2018-ci il tarixindəki 40 mərasimində və xx.xx.2019-cu il tarixindəki il mərasimində 100 nəfər iştirak etmişdir. Onlar keçirilən yas mərasimləri üçün adambaşına 13 manat olmaqla 3900 manat ödəniş etmişlər. Bundan başqa keçirilən 6 cümə axşamı mərasimi üçün hər dəfə 50 nəfər olmaqla 300 manat olmaqla cəmi 1800 manat xərcləmişlər. Cavabdeh onun bacısıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh onların yaşadıqları atalarına məxsus Bakı şəhəri Yasamal rayonu M.Fətəli küçəsi 3 saylı evin 28 saylı mənzilinə vərəsə olaraq tanınmışdır. Lakin cavabdeh atasının sağlığında, xəstə olarkən və rəhmətə gedərkən heç bir maddi köməklik göstərməmiş, yuxarıda qeyd olunan xərclərin çəkilməsində iştirak etməmişdir. Onlar indiyə qədər maddi vəziyyətləri ağır olduğundan atalarının məzarına baş daşı qoya bilməmişlər. Çəkilmiş xərcləri təsdiq edəcək sübutlar onlara təqdim olunmadığından bu sübutları məhkəməyə təqdim edə bilmirlər. Ona görə də çəkdikləri 6700 manat xərcin cavabdehin payına düşən 2230 manatının cavabdehdən onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək İddiaçı1 ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, qardaşı İddiaçı1lə birlikdə çəkdikləri 6700 manat xərci təsdiq edəcək sübutu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 məlumat verilmiş, iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun iştirakı olmadan baxılıb iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, atası xəstəxanada olarkən müalicə xərclərinin ödənilməsində iştirak etmiş, dərmanlar almışdır. O, mərhum atasının 3 dəfə cümə axşamı mərasimlərində iştirak etmişdir. O, mərhumun 40 mərasimini öz vəsaiti hesabına vermək istəsə də, ona İddiaçı2 imkan verməyib onu qovmuşdur. O, yaşadığı evdə atası üçün yas mərasimi keçirmiş, atasının məzarında öz vəsaiti hesabına baş daşı qoydurmuşdur. İddiaçılardan İddiaçı1miras əmlakda olan paydan imtina etmişdir. İddiaçılar iddia tələblərində istinad etdikləri hallara dair yəni qeyd etdikləri vəsaiti xərcləmələri ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-T № 049688 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4902 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası X2r. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli AЗБ № 139006 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 876 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X5, anası X2r. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 904551 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2018-ci il tarixdə beyin ödemi səbəbilə Bakı şəhərində ölmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmişdir. İddiaçı1 31 saylı Notariat kontoruna ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış daşınar və daşınmaz əmlaklardan ona düşən paydan bacısı İddiaçı2 xeyrinə imtina etmişdir. Cavabdeh 31 saylı Notariat kontoruna ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X3 qanun üzrə vərəsəsi kimi miras əmlakdan ona çatan payı qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum atalarının müalicə və yas mərasimi ilə bağlı çəkdikləri xərcin bir hissəsinin Cavabdeh alınaraq onlara verilməsini iddia etsələr də, iddia tələblərində istinad etdikləri halları, yəni həmin xərcin həqiqətən çəkilməsini, xərc çəkilərkən cavabdehin razılığının alınmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçılar iddia tələblərində istinad etdikləri halları sübuta yetirə bilmədiklərindən onların cavabdehə qarşı 2230 manat tələbinə dair iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçıların tələbləri təmin edilmədiyi üçün ödədikləri dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 2230 manat tələbinə dair iddia ərizələri təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1023/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1023/2021
17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver