Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1024/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında ona məxsus həyətyanı torpaq sahəsi üzərində tikililərin Cavabdeh tərəfindən sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 80000 manat, mənəvi ziyana görə 15000 manat olmaqla cəmi 95000 manat ziyanın, hüquqi yardım üçün ödədiyi 100 manatın, dövlət rüsumu olaraq ödədiyi 376 manatın onun xeyrinə tutulmasına və sökülmüş əmlakın cavabdehin vəsaiti hesabına bərpa olunmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında ona məxsus həyətyanı torpaq sahəsi üzərində tikililərin Cavabdeh tərəfindən sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 80000 manat, mənəvi ziyana görə 15000 manat olmaqla cəmi 95000 manat ziyanın, hüquqi yardım üçün ödədiyi 100 manatın, dövlət rüsumu olaraq ödədiyi 376 manatın onun xeyrinə tutulmasına və sökülmüş əmlakın cavabdehin vəsaiti hesabına bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 1108 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin inşası üçün Bakı şəhəri Binəqədi rayonu ərazisində 9 nəfərdən ibarət ailə üçün 3 fərdi yaşayış evi tikilməsi məqsədilə kvadratı 49 rubldan hesablanaraq, ümumilikdə 90000 rubl ödəyərək, ayrı-ayrılıqda hər biri 600 kv.m torpaq sahəsi olan 3 yer ayrılmışdır. Ayrılmış torpaq sahəsi üzərində 1 darvaza, 1 qaraj qapısı və 1 giriş qapısı 3 hissəyə ayrılaraq, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 30/867 saylı, xx.xx.1998-ci il tarixli reyestr nömrəsi ilə qeydiyyata alınmış, 32832030 manat məbləğində dəyərləndirilmişdir. Qeyd olunan tikililər xx.xx.1998-ci il tarixli 30/225 saylı qeydlə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı 1998-ci ildə həyətində təsərrüfat və tikinti işləri ilə məşğul olduğu zaman qonşusu ünvan 2 ünvanda yaşayan polis əməkdaşı X3 tanımadığı 2 nəfər şəxslə iddiaçıya yaxınlaşaraq, ona torpaq sahəsi və ya otaq satmağını tələb etmiş, əks halda, peşman olacağını bildirmişdir. Həmin şəxs iddiaçının paspotunu məcburi şəkildə ondan alaraq, xx.xx.1998-ci il tarixli qeydlə yazılmış, imzası olmayan saxta kağız parçasını əldə rəhbər tutaraq, Ələkbərova (Hümbətova) Elnarə Nazim qızı adına mülkiyyət sənədini əldə etmişlər. xx.xx.1999-cu il tarixdə tələblərinin davamı olaraq, notarius vaasitəsilə ona alqı-satqı müqqaviləsinə imza atmağı məcbur etdirmiş, əmlakı təhvil-təslim etmədən müqaviləni götürüb getmiş və iddiaçı ilə bütün əlaqələri kəsmişlər. 2002-ci ilədək həyətdə mövcud olan B və Q literli tikililərə müdaxilə etmədən iddiaçının mülkiyyətində qalan 480x880 ölçüdə A literli tikiliyə 720x900 kv.m ölçüdə tikili əlavə etmiş (90 kv.m ölçüdə 2 otaq və 1 yardımçı sahədən ibarət, 10x11 ölçüdə 110 kv.m-lik 1 otaq, 7x6 ölçüdə 42 kv.m-lik 2 mərtəbəli, 2 otaq və 2 yardıımçı sahədən, ümumilikdə 84 kv.m sahədən ibarət tikililər), verilmiş sərəncamlara qismən uyğun tikililər tikmişdir. Ailə üzvlərindən 2 nəfər hərbiçi olduğu üçün, tikililərdən vaxtında mütəmadi istifadə edə bilməmişlər. İddiaçı 2003-cü ilədək mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşamışdır. Mülkiyyətində olan əmlaklar Ələkbərova (Hümbətova) Elnarə Nazim qızı və yaxınları tərəfindən zəbt olunduğundan, əmlakının vaxtında qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, B literli tikili, yəni qaraj da qeyri-qanuni sənədləşdirilərək satılmışdır. Hər bir vətəndaş özünün şəxsi əmlakından, həmçinin ata-baba mirasında olan əmlakdan və dövlət mülkiyyətində olan əmlakdan istifadə etmək hüququna malikdir. 2003-cü ildə iddiaçının ata-baba mülkündə yaranmış problemlərlə bağlı olaraq, şəxsi əmlakı müvəqqəti olaraq nəzarətsiz qalmışdır. Bundan istifadə edən Cavabdeh əmlakını bütövlükdə mənimsəyərək, zəbt etmiş, saxtalaşdırlmış əlyazmalar təşkil edərək əmlakını satmışdır. Uzun müddətdən sonra, yəni 2016-cı ildə iddiaçı cavabdehlə əlaqə saxlayaraq görüşmüş və mülkiyyətlə bağlı ona məxsus sənədləri təqdim etməyini tələb etmişdir. Səbəb olaraq isə, giriş-çıxışı bir qapıdan ibarət olan əmlakını, ona məxsus A literli tikilini sökərək, yerinə darvaza qoyulmasını bildirmişdir. İddiaçı aidiyyatı sənədləri cavabdehə təqdim etməkdən imtina edərək, əmlakını yoxlamağa getmişdir. Həqiqətən də, 90 kv.m sahədən ibarət A literli tikili sökülərək, yerində istifadədə olan qaz xəttindən hündür iri 1 ədəd darvaza qoyulmasının şahidi olmuşdur. İddiaçı bu barədə, bir sıra dövlət idarələrinə müraciətlər etmiş, nəticədə, həmin ərazi üzrə sahə müvəkili mayor Zaur Orucovun rəhbərliyi və iştirakı ilə sökülmüş əmlakının bərpa edilməsi məqsədilə qeyri-qanuni qoyulmuş darvazanın asma qıfılını kəsmişdir. Həmin zaman iddiaçının əmlakını qanunsuz əldə edən sakinlər tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. İddiaçı qeyd olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmiş, müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar çıxarılmışdır. Bununla da, mülkiyyəti qanunsuz sökülərək, iddiaçıya xeyli miqdarda ziyan vurulmuşdur. Belə ki, qeyd olunan ərazidə tərəfindən tikilmiş fərdi yaşayış sahəsi və yardımçı tikili Ələkbərova (Hümbətova) Elnarə Nazim qızı tərəfindən qanunsuz sökülərək, ona 80000 manat maddi ziyan vurulmuş, bununla bağlı iddiaçıya dəymiş mənəvi ziyan 15000 manat olmaqla, ümumilikdə 95000 manat ziyan vurulmuşdur. Ona görə də ünvan 1 ünvanda iddiaçıya məxsus həyətyanı torpaq sahəsi üzərində tikililərin Cavabdeh tərəfindən sökülməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyana görə 80000 manat, mənəvi ziyana görə 15000 manat olmaqla cəmi 95000 manat ziyanın, hüquqi yardım üçün ödədiyi 100 manatın, dövlət rüsumu olaraq ödədiyi 376 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına və sökülmüş əmlakın cavabdehin vəsaiti hesabına bərpa olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, darvaza götürülməli və əmlakına cavadeh tərəfindən vurulmuş ziyan ödənilməlidir. Belə ki, 2016-cı ildə Elnarə Hümbətova giriş və çıxışı ayırmaq üçün onun əmlakını sökərək yerinə darvaza qoyduğunu ona etiraf etmişdir. A tikilisi və B tikilisinə 1999-cu ildə 11000 ABŞ dollarına yaxın qiymət qoyulmuşdur. O, 2002-ci ilə qədər A tikilisinə artırma edərək 90 kv.m etmiş, onun qeydiyata alınmasına əmlakı zəbt edən şəxslər tərəfindən imkan yaradılmamışdır. 2018-ci ildə qapının kilidini kəsib əmlakından istifadə etmək istəmiş, lakin ailəlikcə onun üzərinə hücum olunmuşdur. O, bu barədə 4-cü Polis Bölməsinə şikayət etmiş və şikayət təmin olunmamışdır. O, cavabdehin poçt ünvanını bilmədiyindən vaxtında məhkəməyə müraciət etməmişdir. A tikilisinin yerinə darvaza qoyulmuş, bacı və qardaşı hərbiçi ailəsi olduğu üçün mülklərdən istifadə edə bilməmiş və əmlak onun tərəfindən idarə olunmuşdur. Elnarə Q tikilisinin ölçüsünü göstərməmişdir. 2003-cü ilə qədər əmlakdan istifadə etmişdir. 2016-cı ildə Elnarə ilə görüşdükdə Elnarə 2014-cü ildə əmlakı sökdüyünü ona etiraf etmişdir. 2018-ci ildə tikinti işlərinə başlamış, Elnarə isə məhkəmədə iddia qaldırmışdır ki, guya onun əmlakında söküntü işləri aparılmışdır. 2014-cü ilə qədər torpaq sahəsində 84 kv.m sahəsi olan 2 mərtəbəli ev, qaraj, sahəsi 110 kv.m olan 3 otaqlı ev, sahəsi 90 kv.m olan 3 otaqlı ev mövcud olmuşdur. İcra Hakimiyyətinin sərəncamı olmadığından həmin sahəni qeydiyyata almaq mümkün olmamışdır. A tikintisini o, həyat yoldaşına bağışlamışdır. A tikilisinə dair torpaqda heç nə qalmamışdır. 2022-ci ildə ekspert rəy verərkən söküntünün ölçüsünü göstərmədiyindən, söküntünün şəkili olmadığından ekspert rəyi qanunsuzdur. Texniki pasport və qeydiyyat vəsiqəsində göstərilənərə əsasən 2022-ci ildə torpaq sahəsini ½ hissədə bağışlamışdır. A və B tikililərinin satılması saxta əlyazmalar əsasında aparılmışdır. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 Hümbət oğlu iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı tərəfindən Q hissəsi sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən torpaq sahəsi 3 hissədə müəyyən edilmişdir. İddaçının subyektiv hüquqlarının təmin olunması üçün kifayət qədər əsaslar olduğundan iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 Babahəsən oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı qaldırdığı iddiası təmin olunmuş, məhkəmə aktları hazırda da qüvvədədir. Bu mülklə bağlı onlarla məhkəmə qərarları vardır. Baxmayaraq ki, sərəncam var, lakin iddiaçının torpaq sahəsinə hüququ tanınmamışdır. Torpaq sahəsində A, B və Q tikililəri olmaqla 3 tikili var. A və B tikililərinin mülkiyyətçisi qeydiyyat vəsiqəsinə əsasən iddiaçıdır. Elnarə yalnız Q tikilisinin mülkiyyətçisidir. 2003-cü ildə A tikilisi Hüseynə, B tikilisi Məlik Orucova qeyri-notarial qaydada satılmışdır. Daha sonra A və B tikililərinin boşaldılması haqqında mütəmadi olaraq iddialar verilmişdir. A, B və Q tikililərinin müqəddəratı o vaxt həll olunmuş, bununla bağlı məhkəmə qərarları vardır. Ona görə də iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 000575 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən 68-ci korpus küçəsindəki 2 otaqlı 432 kv.m yaşayış sahəsi 60,1 kv.m ümumi sahəsi olan 42 saylı fərdi yaşayış evi bir yaşayış otağı hissəsində İddiaçı və bir yaşayış otağı hissəsində X1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və bu barədə 02 saylı reyestr kitabının 197 səhifəsində 30/925 saylı xx.xx.1998-ci il tarixli qeydiyyat aparılmışdır. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.1999-cu il tarixli 074181 saylı alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı qiyməti 10000000 AZM olan ünvan 4 ünvanında 599,7 kv.m torpaq sahəsində yerləşən evin Q hissəsini bütünlüklə alıcıya satmışdır. Binəqədi RPİ-nin 4-cü PŞ-nin xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında Asif Orucov barəsində toplanılmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-32/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilərək ünvan 5 ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh mülkiyyətində olan Q tikilisinin texniki pasport əsasında inşaat norma və qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması və cavabdeh İddiaçı dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3933/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 32/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5959/2022 saylı qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3933/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə-maddi zərər tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında Q tikilisinə X1, A tikilisinin 1/2 hissəsinə X2 və A tikilisinin 1/2 hissəsinə Nümayəndə1 xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını iddia etsə də, iddia ərizəsində istinad etdiyi halları, yəni sökülməsini iddia etdiyi tikililərin mövcud olmasını, nə vaxt, hansı tikililərin cavabdeh tərəfindən sökülməsini təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları, yəni cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini sübuta yetirə bilmədiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında ona məxsus həyətyanı torpaq sahəsi üzərində tikililərin Cavabdeh tərəfindən sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə 80000 manat, mənəvi ziyana görə 15000 manat olmaqla cəmi 95000 manat ziyanın, hüquqi yardım üçün ödədiyi 100 manatın, dövlət rüsumu olaraq ödədiyi 376 manatın onun xeyrinə tutulmasına və sökülmüş əmlakın cavabdehin vəsaiti hesabına bərpa olunmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1024/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1024/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver